"Çin raketləri bizim ərazi sularımıza düşüb" - Tayvan

Tayvan, adanı əhatə edən təlimlər zamanı Çin ordusunun atdığı bəzi raketlərin "ərazi suları" olaraq xarakterizə etdiyi bölgəyə düşdüyünü açıqlayıb. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvan boğazının şərqindəki bəzi bölgələrə adi raketlərin atıldığını və "hədəflərin müvəffəqiyyətlə vurulduğunu" bildirib. 

Qeyd edək ki, Çin ordusu ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra Tayvan boğazında raket təliminə başlayıb.