"Çelsi" Fransa millisinin yarımmüdafiəçisi ilə anlaşıb

İngiltərənin "Çelsi" klubu Almaniya "Leyptsiq"ində çıxış edən Fransa millisinin futbolçusu Kristofer Nkunku ilə anlaşıb.

Operativ.tv Report-a istinadən məlumatına görə, bu barədə italiyalı jurnalist Nikola Skira sosial şəbəkə hesabında paylaşıb edib.

O bildirib ki, London təmsilçisi 25 yaşlı yarımmüdafiəçini qış fasiləsində heyətinə qatmağı planlaşdırır. "Zadəganlar" fransalı oyunçu üçün qarşı tərəfə 80 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Kristofer Nkunku Bundesliqa təmsilçisinə 2019-cu ilin yayında ölkəsinin PSJ komandasından keçib.