18 September 2022

Allahşükür Paşazadə Ərəbistanın İslam işləri, dəvət və irşad naziri ilə görüşüb

Allahşükür Paşazadə Qazaxıstanda Ərəbistanın İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx ilə görüşüb. Bu barədə Operativ.tv Sirat-a istinadən xəbər verib.

Görüş zamanı Allahşükür Paşazadə səudiyyəli naziri Azərbaycana dəvət edib. Əbdüllətif Al əş-Şeyx öz növbəsində iki ölkə arasındakı əlaqələri yüksək dəyərləndirib.

Qeyd edək ki, QMİ sədri sentyabrın 12-dən Qazaxıstana səfərdədir.

İsrail Yaxın Şərqin sabitliyini təhlükə altına alır

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki,  Kubanın xarici işlər naziri öz Tvitter səhifəsində İsrail rejiminin Dəməşq və Suriya paytaxtının bəzi cənub bölgələrinə yeni hücumlarına cavab olaraq belə yazıb: “İsrailin hərəkətləri açıq şəkildə beynəlxalq hüququ pozur və Yaxın Şərq regionunda sabitliyə təhlükə yaradır. Suriya hökuməti və xalqına dəstəyimi və həmrəyliyimi bir daha təsdiq edirəm”.

Ermənistanda ölkənin KTMT-dən çıxması üçün nümayişlər keçirilir

Ermənistanın paytaxtı İrəvan şəhərində yüzlərlə fəal, o cümlədən Qərb fondlarından maliyyələşən təşkilatların əməkdaşları tərəfindən Azadlıq meydanında ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması üçün aksiya keçirilir.

Operativ.tv bu barədə Report-a istinadən xəbər verir.

Etirazçılardan biri, sosioloq Karen Sarkisyan bildirib ki, etirazçılar hökumətdən Ermənistanın dərhal KTMT-dan çıxarılmasını istəyir:

Dünya çempionatı: Hacı Əliyev bürünc medal görüşündə məğlub olub

Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında medal qazana bilməyib.

Operativ.tv Report-a istinadən məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada Macarıstan təmsilçisi İsmail Musukayevə uduzub.

Bu gün həmçinin 97 kq-da yer alan Maqomedxan Maqomedov bürünc medal görüşündə iranlı Məhəmmədhüseyn Məhəmmədianla üz-üzə gələcək.

İran və Əfqanıstan yeni tranzit marşrutu quracaq

Əfqanıstanın Nimruz əyalətində Əfqanıstan və İran arasında yeni tranzit marşrutu tikiləcək.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, yerli mənbələr bildiriblər ki, yeni tranzit marşrutu "İpək körpüsünün qeyri-kafi olması səbəbindən" tikiləcək - Əfqanıstan və İran arasında ticarət mallarının Nimruz əyalətində tacirlərin problemlərini həll etmək və ticarət mallarının keçidini asanlaşdırmaq üçün yeganə marşrutdur. 

Pelosi «Avarayr döyüşü» rəsminin qarşısında: Bu xristian Ermənistanın İranla mübarizəsinin təsviridir

Sentyabrın 18-də Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvandakı Cafesjian İncəsənət Mərkəzində çıxış edib.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, Q.Xancyanın “Avarair” tablosu qarşısında çıxış edən Pelosi çıxışına “Bu xristian Ermənistanın İranla mübarizəsinin təsviridir” sözləri ilə başlayıb.

Mənim oğlum İmam Hüseynə (ə) qurban-Şəhid anası

 

Şəhid anası: "Mən oğlumun dəfnində Şəhidlər sərvəri ilə yanaşı oğlumunda adının çəkilməsini istəmişəm". Şəhid Polad Şirinovun Anası bildirib ki, oğlumun dəfn olunan gecəsi Ya Hüseyn şüarı səsləndirənlərə müraciət etdim ki, xahiş edirəm oğlumunda adını çəkin. Lakin bəzi Allahsızlar bundan istifadə edərək, mənim sözlərimdən istifadə edib, İmam Hüseynə (ə) təhqirlər dedilər. Mənim oğlum İmam Hüseynə (ə) qurban.

İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski var

İtaliyada 6,4 milyard kubmetr qaz çatışmazlığı riski var.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə “İl Mattino” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, oktyabr ayından Rusiya qazının tədarükü tam dayandırılacağı təqdirdə, alternativ tədarük və ehtiyatların təşkili nəzərə alınarsa, İtaliyada istehlak səviyyəsindən təxminən 8% (6,4 milyard kubmetr) qaz çatışmazlığı yarana bilər.

2022-ci ilin ən çox qazanan futbolçuları

"Sportico" portalı 2022-ci ilin ən çox qazanan futbolçularının siyahısını dərc edib.
Operativ.tv Unikal-a istinadən xəbər verir ki, siyahının ilk pilləsində PSJ-nin hücumçusu Kilian Mbappe qərarlaşıb. 23 yaşlı oyunçu Paris təmsilçisi ilə 2022-ci ilin mayında imzalanan yeni müqavilə sayəsində ötənilki lider və komanda yoldaşı Lionel Messini qabaqlayıb.Nəşr müəyyən edib ki, 2022/2023 mövsümündə Mbappe 125 milyon dollar qazanacaq. Bunun 105 milyonu futbolçunun maaşı, 20 milyon dolları isə müxtəlif sponsorluq müqavilələridir.

Azərbaycanda səfərbərlik elan olunacaq?

Səfərbərliyin elan olunması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı dərhal kütləvi informasiya vasitələri (KİV) ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Operativ.tv Az.shafaqna.com”-a istinadən xəbərinə görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.

Dövlət Xidməti sosial şəbəkələrdə 10 gün ərzində ölkəmizdə səfərbərlik elan olunacağı barədə yayılan məlumatı qəti təkzib edib:

İsrail Suriyaya zərbə endirdi: 5 suriyalı hərbçi həlak oldu

İsrail Suriyanın Dəməşq əyalətinə hava zərbələri endirib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Suriyadakı Düşmən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbər müavini general-mayor Oleq Yeqorov bildirib.

Qeyd edilib ki, İsrailin Suriya ərazisinə hücumu nəticəsində 5 suriyalı hərbi qulluqçu həyatını itirib.

Unudulmaz qırğın: Səbra Şatila

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, 16-18 sentyabr Səbra və Şatilanın qətlinin 40-cı ildönümüdür. 16-18 sentyabr 1982-ci il tarixləri arasında İsrail ordusu Beyrutun qərbindəki Səbra və Şatila düşərgələrini mühasirəyə alaraq üç günlük qırğında 3500 fələstinli və livanlı qadın və uşaqları qətlə yetirdi. 1980-ci illər işğalçı rejimin livanlılara qarşı ən çox qətl törətdiyi illər olub. Əslində, bu onillikdə Livan vəhşi İsrail cinayətlərinin mərkəzi olmuşdur. Həm müharibə, həm də mülki əhalinin öldürülməsi bu rejimin gündəmində idi.

Avstriyada etirazlar

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada başda olmaqla ölkənin bir çox şəhərində təşkil edilən nümayişlərdə yaşayış xərcləri və qeyri-kafi maaşlar etiraz edilib.

Tacikistan Qırğızıstanla sərhəddə vəziyyətin ağır olduğunu bəyan edib

Tacikistan-Qırğızıstan dövlət sərhədində vəziyyət ağır olaraq qalır.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinin yaydığı məlumatda deyilir.

Həmçinin bildirilib ki, Qırğızıstan sərhədçiləri razılaşmalardan yan keçərək Lyaxş bölgəsini iki dəfə atəşə tutublar.

Ayətullah Xameneinin xəstə olması ilə bağlı xəbərlərə aydınlıq gətirilib

İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Ərbəin mərasiminə qatılıb. Onun ağır yataq xəstəsi olması ilə bağlı bağlı bundan öncə yayılmış xəbərlərə aydınlıq gətirilib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ayətullah Xamenei bu gün Tehranda keçirilən Ərbəin mərasimində iştirak edib. Bundan sonra onun ağır xəstə olması ilə bağlı xəbərlərə aydınlıq gətirilib.

Yaralı hərbçimiz şəhid oldu

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Operativ.tv bu barədə Unikal-a istinadən Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, həkimlərimizin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.