16 September 2022

"Sabah"ın baş məşqçisi cəzalandırıldı

AFFA İntizam Komitəsi ötən tur "Qarabağ"la oyunda qırmızı vərəqə alan "Sabah"ın baş məşqçisi Murad Musayevi cəzalandırıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, rusiyalı mütəxəssis onun üçün ayrılmış texniki zonanı tərk edərək birinci köməkçi hakimə etiraz etməsinə görə 1 oyunluq cəzalandırılıb. "Sabah" isə buna görə 800 manat cərimə olunub.

"Kim desə ki, onun əmlakını talamışam, üzr istəyərəm” - Rasim Məmmədov

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam edir.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili Pərviz Məmmədov vəsatət qaldıraraq hazırda həbsdə olan vəkil Elçin Sadıqovun iştirakı olmadan keçirilməsinə etiraz edib: " Elçin Sadıqov bu işdə əsas vəkildir. Bütün müdafiəni onun üzərində qurmuşuq".

Ermənistan Baş Qərargah rəisinin 12-14 sentyabr tarixlərində ərazi itkiləri haqqında açıqlaması

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Azərbaycan SQ Cermuk rayonunda Ermənistan ərazisinin 7,5 km dərinliyinə irəliləyib, bu barədə Cermukda xarici səfirlər üçün keçirilən brifinqdə Ermənistan SQ Baş Qərargah rəisi Edvard Asryan bildirib.

Onun sözlərinə görə, Azərbaycan qüvvələri bu istiqamətdə "müəyyən uğur əldə ediblər", belə ki, onlar cəbhənin 8,5 km enində və 7,5 km-ə qədər dərinliyində Ermənistan ərazisinə nüfuz ediblər, deyə Asryan bildirib.

Zəngəzur dəhlizi bütün ölkələr üçün faydalıdır - İlham Əliyev

Operativ.tv Turan-a istinadən xəbər verir ki, cümə günü Səmərqənddə ŞƏT-in iclasında Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını  bildirib.

Ermənistan MN: “Erməni əsgər azərbaycanlı hərbçi ilə dəyişdirilib”

Ermənistan ordusunun təxribatları zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılan erməni hərbçi düşmən tərəfindən əsir götürülən azərbaycanlı hərbi qulluqçu ilə dəyişdirilib.

Operativ.tv “Az.shafaqna.com”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

O bildirib ki, erməni hərbçi Zəngəzur ərazisində itkin düşmüşdü.

Husilərin lideri: Səudiyyə Ərəbistanın hərəkatın aparıcı şəxslərinə qarşı sui-qəsd planları baş tutmayıb

“Təcavüzkar koalisiya (Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya) təkfirçilərdən və başqalarından partlayışlar törətmək kimi cinayət planlarını həyata keçirmək üçün çox çalışdı. Düşmən dövlət və xalqın siyasi-ictimai xadimlərinə qarşı sui-qəsd əməliyyatları həyata keçirməyə çalışdı və cəhdlərin əksəriyyəti uğursuzluqla nəticələndi.”

Baş Prokurorluq: Şəhid qardaşının videolarına görə təqsirkarların məsuliyyətə cəlb edilməsi təmin olunacaq

Şəhid qardaşının sosial şəbəkələrdə paylaşılan videoları ilə bağlı təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı açıqlamada bildirilir.

Barəsində 4 ay həbs qəti imkan tədbiri seçilmiş Elçin Sadıqov aclıq aksiyası keçirir

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, sentyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun keçirilməli olan məhkəmə iclası keçirilib. O, külli miqdarda rüşvət almaqda köməkçilik etməkdə ittiham olunur.

Prosesdə apellyasiya şikayəti hakimlərə təqdim edilib. Elçin Sadıqovun vəkili İradə Cavadova iki vəsatət qaldırdığını və həmin vəsatətlərin hakim tərəfindən qəbul edildiyini bildirib:

Tərsə qoyulan siyasət

Hakimiyyətin təəccüblü siyasi yanaşması, təəssüf ki, ünvanını tərsə çevirib. Bu mövzu qəribə bir forma alaraq Azərbaycan reallığında hakimiyyətin siyasi yanaşmasının təzahürüdür. İki qütblü olan bu günün siyasi səhnəsi Azərbaycan hakimiyyətindən iradəli addım tələb etdiyi halda, rejim cəsarətini qütblər üzərində icra etməli olduğu halda, bunu xalqa tətbiq edir.

Minlərlə fələstinli Məscidül-Əqsada camaat namazı qıldı

İşğalçıların Məscidül-Əqsanı yəhudiləşdirmək planlarından qorumaq üçün başladılan “Böyük sübh” kampaniyası çərçivəsində bu səhər Məscidül-Əqsada qılınan sübh namazına çoxlu sayda insanın qatıldığı bildirilib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Əl-Xəlilin Köhnə Şəhər bölgəsi də "Böyük Fəcr" kampaniyası çərçivəsində, bu səhər İbrahim Əl-Xəlil məscidinə səhər namazını qılmağa gələn çoxlu sayda fələstinlini qəbul edib.

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında 1/4 finala yüksəlib.

Operativ.tv Report-un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə 1/8 final qarşılaşmalarından Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qalib ayrılmağı bacarıb.

Tacikistan Qırğızıstanın hava limanına raket zərbəsi endirdi

Tacikistan ordusu Batkenin hava limanı və ətraf ərazilərinə raket hücumu həyata keçirib.

Operativ.tv Unikal-a istinadən xəbər verir  ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb. 

“Batken şəhər hava limanının ətrafı və şəhərin kənarındakı obyektlər Tacikistanın yaylım atəşi raket sistemləri ilə hücuma məruz qalıb. Şəhərin mülki infrastrukturunun obyektləri dağıdılıb”, - deyə məlumatda bildirilir. 

Səmərqənd Bəyannaməsi qəbul edildi

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə “Sputnik-Uzbekistan” məlumat yayıb.

Sammitin əsas sənədi olan Səmərqənd Bəyannaməsi təşkilatın gələcək inkişafı məsələləri, qlobal və regional gündəlikdə duran aktual məsələlər üzrə ŞƏT-ə üzv dövlətlərin vahid mövqeyini əks etdirir.

Türk dövlətləri gömrük sazişi imzalayacaq

“Biz gömrükdə keçidin sadələşdirilməsi ilə bağlı saziş imzalamaq üzrəyik”.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbərinə görə, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev deyib.

“Bu sənəd gömrük işlərini asanlaşdıracaq, ona görə də çox vacib sənəddir”, – deyə o, qeyd edib.

İmam Əli Fondunun sədri Amil Xəlilov: “Ərbəin yolunda ömrümüzün sonuna qədər xidmət edəcəyik”

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Gürcüstanın İmam Əli (ə) fondunun sədri Amil Xəlilovdan Ərbəindəki xidməti ilə bağlı müsahibə alıb.

Sözügedən müsahibəni əziz oxucularımıza təqdim edirik:

Bismilləhir Rəhmanir Rəhim.

Öncə, uzaq yoldan gəlib bizdən müsahibə aldığınız üçün sizə təşəkkür edirik.

İraqın rəsmi mənbəsi Ərbəin ziyarətinə qatılanların sayını açıqlayıb

 “Bu il öncəki illərlə müqayisədə Ərbəin yürüşü və ziyarətinə daha çox zəvvar qatılıb. İlk dəfədir ki bu qədər zəvvar var. Xarici zəvvarların sayı beş milyondur. Ümumilikdə 20 milyon zəvvar Ərbəinə qatılıb.”

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu İraq Ordusunun Baş Qərargahının mətbuat katibi briqada generalı Yəhya Rəsul deyib.

Üç ərəb dövlətinə Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusu verilir

Misir və Qətərdən sonra daha 3 ərəb ölkəsi “Şanxay” Təşkilatının “dialoq tərəfdaşı” statusu alacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev cümə günü Şanxay Əməkdaşlıq Sammitinin iclasında bildirib ki, Bəhreyn, Maldiv adaları, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Myanmaya təşkilatda "dialoq tərəfdaşı" statusu veriləcək.

KTMT-nin əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Birləşmiş Qərargahının Əməliyyat qrupu Ermənistanda fəaliyyətə başlayıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Bildirilib ki, qrupa KTMT-yə üzv olan bütün dövlətlərin nümayəndələri daxildir. Bu qrup Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Ermənistana göndərilib.

Veyn Merri: Qafqazda baş verən hər hansı mühüm bir hadisəyə Ankara cəlb olunacaq

Amerika Xarici Siyasət Şurasının (American Foregin Policy Council) baş elmi işçisi Veyn Merri Amerikanın Səsinə müsahibədə sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində baş verən döyüşləri, bu döyüşlərin Aİ-nin vasitəçiliyi ilə aparılan danışıqlara habelə Türkiyə-Ermənistan münasibətlərinə təsirini şərh edib.

Atıcımız Ruslan Lunyov Avropa çempionu oldu

Daxili qoşunların kapitanı atıcımız Ruslan Lunyov qızıl medal qazanaraq Avropa çempionu olub.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Beynəlxalq Atıcılıq İdman Federasiyasının “Avropa Çempionatı 2022” üzrə Polşanın Vrotslav şəhərində keçirilən yarışlarında Azərbaycan atleti Ruslan Lunyov yüksək göstərici əldə edib.

Atıcımız standart tapançadan 25 metr məsafəyə atəşaçmada 574 xal toplayaraq kişilər arasında birincilik qazanıb.

Atəşkəsə baxmayaraq Qırğızıstan-Tacikistan sərhəddində atışma gedir

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi Tacikistanla sərhəddə gərgin döyüşlərin getdiyini açıqlayıb. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə  "RİA Novosti" məlumat yayıb.

“Atəşin dayandırılması səylərinə baxmayaraq, təəssüf ki, Tacikistan tərəfi münaqişə bölgəsinə ağır hərbi texnika gətirməkdə davam edir və bütün mövcud arsenaldan istifadə edərək, bizim ərazimizi ələ keçirməyə cəhd edir”, - deyə QKNB bildirib. 

Doktor Hüseyn ABŞ-ın ən görməkli müsəlmanlarından biri seçildi

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, göstərdiyi xidmətlərə görə ABŞ-lı cərrah ABŞ-ın ən məşhur 100 müsəlmanları siyahısında yer alıb.

Toledo Universitetinin fəxri professoru olan doktor Əmcəd Hüseyn ən görkəmli müsəlmanlardan biri seçilib.

O, ABŞ-dakı təxminən 10 min müsəlman həkimin arasından seçilib.

Müsəlman alim 5 dil bilir.

Abbas Hüseyn zindandan yazdı

Neçə gündür, bütün ölkə əhalisini sarsıdan şəhid xəbərlərini eşidirik. Şəhadət dirilik, ucalıq məqamı olsa da, eyni zamanda ailələr və doğmalar üçün ağır itkidir. Gələn xəbərlərdən şəhidlik məqamına sevindiyim qədər, onların ailələrinin ağrı-acısına da üzülürəm. Allah şəhidlərimizə rəhmət etsin. Allah onların hər  birinin məqamını uca etsin. Allah bu şəhidlərimizə də Kərbəla şəhidləri ilə məşhur etsin,inşallah. Şəhid ailələrinə və yaxınlarına böyük səbir diləyirəm. Allah onların qəlbinə aramlıq və rahatlıq bəxş etsin.

Taliban ABŞ-ı Əfqanıstanın aktivlərini mənimsəməkdə ittiham edir

Taliban hakimiyyəti ABŞ-ı Əfqanıstanın aktivlərini mənimsəməkdə ittiham edib və bu aktivlərin qeyd-şərtsiz qaytarılmasını tələb edib.

Operativ.tv APA-ya istinadən xəbərinə görə, Talibanın sözçüsü Zabihulla Mücahid bildirib ki, dondurulmuş aktivlər əfqan xalqına aiddir və onların istifadəsi qeyd-şərtsiz sərbəstləşdirilməlidir.

Dövlət Departamenti: Tərəflərin atəşkəs rejiminə əməl etməsini alqışlayırıq

Biz Azərbaycan və Ermənistan tərəflərinin atəşkəs rejiminə əməl etməsini alqışlayırıq. Tərəfləri sülh prosesində iştiraka çağırmağa davam edirik.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays Azərbaycan və Ermənistan sərhədindəki vəziyyətlə bağlı brifinqdə suala cavab verərkən deyib.