15 September 2022

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. 

Operativ.tv Report-a istinadən məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında Avropa çempionatında gümüş medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov mükafatlandırılıb.

Operativ.tv Report-un yarışa ezam olunmuş əməkdaşının məlumatına istinadən, 60 kq çəki dərəcəsində gümüş medal qazanan idmançı fəxri kürsüyə qalxarkən göz yaşlarını saxlaya bilməyib.

O, finalda hakim qərarı ilə qələbəni əldən verdiyi üçün ağlayıb. Təşkilatçılar cüdoçuya təsəlli verərək, onu sakitləşdiriblər.

"MTN işi": Mövlam Şixəliyev məhkəmədə son sözlə çıxış edib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

2023-cü il icmal büdcənin gəlir və xərcləri açıqlanıb

2023-cü il icmal büdcənin gəlir və xərcləri açıqlanıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, 2023-cü ildə icmal büdcənin gəlirləri 32939,4 milyon manat (ÜDM-nin 31,1 faizi) səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2022-ci ilin yenidən baxılmış proqnozuna nəzərən 3721,5 milyon manat və ya 10,2 faiz azalma deməkdir.

'Rusiyanın Azərbaycandan istəklərindən ikisi gündəmdədir' - Səmərqənddən gözləntilər

Rusiya Prezidenti Vladimir Putinin Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi gözlənilir. İki gün sürəcək sammit sentyabrın 15-də başlayıb.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putinlə Əliyev arasında baş tutacaq görüşdə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət gündəmin əsas mövzusu olacaq.

Düşmən dəyirmanına su tökənlər

Xalqımızın bu ağrılı-acılı günlərində xalqın, 18 yaşlı şəhid valideynlərinin yanında olmaqdan,  kimlərsə dəfn mərasimlərdə deyilən mərsiyələr və əzadarlıqlardan  yaxud "Allahu Əkbər vəya Ya Huseyn" şüarlarından narahatlıq keçirir və buna istehza edir. Üstəlik bu əməlləri hansısa ənəbi ölkəylə əlaqələndirir və təxribat adlandırır.

İranın Bakıdakı səfirliyi: “Sosial şəbəkələrdə çox söz yaza bilərlər”

Sosial şəbəkələrdə çox söz yaza bilərlər. İran Ermənistana 30 ildə heç bir silah, texnika və ya muzdlu göndərməyib.

Operativ.tv Az.shafaqna.com”-a istinadən xəbərinə görə, bu barədə İranın Bakıdakı səfirliyi bildirib.

Sosial şəbəkələrdə 12-13 sentyabrda Ordumuzun İran PUA-ları ilə vurulması barədə yayılan məlumatı şərh edən səfirlik rəsmisi bildirib:

Taliban hökumətinə müxalif qüvvələr Vyanada toplantı keçirir

Başda Əfqanıstanın Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud olmaqla Talibana müxalif qüvvələrin nümayəndələri Vyanada bir araya gəliblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Vyanada Talibana qarşı olan siyasi qüvvələrin təmsilçilərinin iştirakı ilə Əfqanıstandakı mövcud vəziyyət və Talibana qarşı müqaviməti nəzərdən keçirmək üçün toplantı keçirilib.

Putin: Beynəlxalq məsələlərdə Moskva ilə Tehranın mövqeyi üst-üstə düşür

Rusiya Prezidenti Vladimir Putin və İran dövlət başçısı İbrahim Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüblər.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən görüşdə Putin İranın ŞƏT-ə qoşulmasından məmnunluq ifadə edib.

Ərbəin-milyonlar öz İmamını ziyarət edir

Aylar ötüb, günlər keçməsinə baxmayaraq, sevimli Peyğəmbərimizin Kərbəla çölündə torpağa tapşırılmış güllərinin ətri hələ də bütün bəşəri bürüməkdədir. O güllər ki, ətri günbəgün artır, təravəti zaman keçdikcə daha da çoxalır. Artıq Ərbəin günü yaxınlaşır, milyonlarla insan Hüseynə (ə) tərəf gedir. Kərbəlada İmam və onun səhabələrini həmin ilin ərbəin günündə, yəni Səfər ayının 20-də ilk ziyarət edən kəslər Peyğəmbərin (s.s) əzəmətli səhabələrindən olan Cabir ibn Abdullah və onun yaxın köməkçisi Ətiyyə olmuşlar.

Reyslər gecikir- Təqsirkar AZAL-dır, yoxsa SalamTour?

Operativ.tv Rakurs.tv-yə istinadən xəbər verir ki, AZAL-ın İraqa planlaşdırılan reysləri artıq bir neçə gündür ki, həyata keçirilmir. Söhbət Bakı-Nəcəf reysindən gedir. Bu barədə sözügedən marşrutla səfərə çıxmaq istəyən vətəndaşlar məlumat verib. Şikayətçilərin bildirdiyinə görə, bu reyslərlə səfər edənlərin əksəriyyəti İraqdakı müqəddəs ziyarətgahlar yerləşən şəhərlərə getmək istəyən zəvvarlardır və onların səfər təşkilatçısı SalamTour turizm şirkətdir. Belə ki, sentyabrın 12-də Bakı-Nəcəf reysi ilə 2 təyyarə hərəkət etməli idi.

Amerika bazasında partlayış

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, çərşənbə günü gecə Suriyanın şərqində ABŞ ordusunun ən böyük bazalarından birində çoxsaylı partlayış səsləri eşidilib.

Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki “Əl-Ömər” neft yatağında Amerika işğalçı bazasında bir neçə güclü partlayış səsi eşidilib. Sözügedən partlayışlardan sonra bu bazada böyük yanğının başladığı bildirilir. “Əl-Ömər” neft yatağında amerikalı terrorçu əsgərlərin bazasında baş verən partlayışların səbəbi hələ müəyyən edilməyib.

Ərbəində Azərbaycan şəhidləri də anılır

Operativ.tv müqəddəs Ərbəin yürüşlərinin davam etdiyini bildirir. Dünyanın müxtəlif nöqtələrindən bu səfərə qoşulan aşiqlər sırasında azərbaycanlı zəvvarlar da yer alır. Qeyd edilir ki, yürüşün gerçəkləşdiyi yol boyu Azərbaycan şəhidləri yad edilir. Şəhidlərin şəkilləri milyonlarla zəvvarın keçdiyi Kərbəla yolunda asılmaqdadır. Bununla da şəhidlərin ruhuna ehtiram nümayiş edilir.

Qeyd edək ki, Ərbəin sentyabrın 17-nə təsadüf edir.

Azərbaycanda yeni dərs ili başlayıb

Azərbaycanın bütün ümumtəhsil, orta ixtisas və ali təhsil məktəblərində ilk zəng çalınıb.

Operativ.tv Report-a istinadən xəbərinə görə, bununla da ölkədə 2022-2023-cü tədris ilinə start verilib.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin birinci sinifinə 158 297 şagird gedib. Doqquzuncu sinifdə 147 029, on birinci sinifdə isə 100 455 nəfər təhsil alacaq. Ümumilikdə, yeni tədris ilində 1 616 214 şagird oxuyacaq.

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Azərbaycanın 4 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada start götürəcək gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

Operativ.tv Report-a istinadən məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Kristian Qustiuk (Moldova) / Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Pireslə (Portuqaliya) görüşəcək.

MİDA-nın saytı çökdü, mənzil satışı təxirə salındı

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışında ASAN loqin üzərində yüklülük nəticəsində texniki problem yaranıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür, mənzil seçimi ilə bağlı vətəndaşlara əlavə məlumat veriləcək.

ABŞ hərbi əməliyyatların dayandırılması üçün Bakı və Yerevanla fəal əməkdaşlıq edir

Operativ.tv Turan-a istinadən xəbər verir ki, çərşənbə günü Bayden administrasiyası bildirib ki, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərə əvvəlkitək “dərindən cəlb olunub” və “hərbi əməliyyatların dayandırılması və gərginliyin səngiməsi üçün mümkün olan hər şeyi etməyə hazırdır”. Bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays mətbuat üçün keçirdiyi brifinqdə bildirib.

İranın Şanxay Əməkdaşlıq Təşkilatına qoşulması haqda sənəd imzalanıb

İranın xarici işlər naziri ilə Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi rəsmi Tehranın təşkilata qoşulmasını ehtiva edən sənədi imzalayıblar.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu imzalanma mərasimi İran prezidentinin Özbəkistana səfəri çərçivəsində baş tutub.

DSX: Çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.

İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın impiçmentinə çalışır

İrəvanda müxalifət Baş nazir Nikol Paşinyanın impiçmentinə çalışır.

Operativ.tv APA-ya erməni mediasına istinadən xəbər verir ki, Parlamentin baş nazirə etimadsızlığı üçün 18 səs çatmır.

Müxalif deputatlar hakim partiya deputatlarına impiçment kampaniyasına qoşulmaları üçün vaxt veriblər.