08 September 2022

İsrail ABŞ-ın xəbərdarlığına məhəl qoymadı

ABŞ Dövlət Departamenti Sionist Ordusunun Cenin şəhərində ƏL-Cəzirə telekanalının jurnalisti Şirin Əbu Əqilənin öldürülməsi ilə bağlı təhqiqatla bağlı açıqlamasına reaksiya verib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel açıqlamasında deyib ki, ABŞ prezidenti Co Bayden hökuməti münaqişə qaydalarını dəyişdirmək üçün sionist rejimə bir müddətdir təzyiq edir.

Veteran cüdoçumuz 10-cu dəfə dünya çempionu oldu

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən Dünya çempionatında qızıl medal qazanıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, M7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Rəcəbli ardıcıl olaraq Ukrayna, Böyük Britaniya və Almaniyadan olan rəqiblərini məğlub edib.

Paşinyan: Brüssel görüşündə əsas fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Ermənistan, Azərbaycan liderləri və Avropa Şurası sədrinin Brüsseldə keçirilən üçtərəfli görüşündə ən mühüm məsələlər üzrə ortaq mövqe müəyyən etmək mümkün olmayıb. Bu barədə Ermənistan baş naziri Nikol Paşinyan cümə axşamı Vladivostokda erməni icması ilə görüşdə bildirib.

Hizbullah hərəkatının xəbərdarlığından sonra İsrail şirkəti münaqişəli qaz yatağında qazma işini təxirə salıb

 İsrailin “Eenergian” şirkəti münaqişəli Kariş qaz yatağında qazma işini bir ay təxirə salıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə ölkənin siyasi və hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, “Energien” şirkətindən hökumətə qazma işlərinin daha bir ay təxirə düşdüyü barədə xəbər daxil olub.

Livanın müdafiə naziri: İsrail ölkənin işğal edilmiş ərazilərindən çıxmalıdır

Livanın müdafiə naziri İsrail ordusundan “Məzare Şəbaa” və işğal edilmiş Livan ərazilərinin qalan hissəsindən çıxmağı tələb edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Livanın müdafiə naziri Salim Muris bunu ölkə mətbuatına açıqlamasında deyib.

İraq silahlı qüvvələri Ərbəin ziyarətini hədəfə alan qrupu zərərsizləşdirib

İraq Silahlı Qüvvələrinin tərkib hissəsi olan “Haşd-Şabi” (Xalq Səfərbər Qüvvələri) qüvvələri Ərbəin mərasimini hədəfə almaq və təxribat törətməyi planlaşdıran qrupu zamanında zərərsizləşdirdiyini açıqlayıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə “Haşd-Şabi” qüvvələri bəyanat veriblər.

Bildirilib ki, ölkə ərazisində fəaliyyəti qadağan edilmiş sabiq Səddam rejiminin “BƏƏS” partiyasına bağlı qrup zərərsizləşdirilib.

"Bu məsələləri Putinlə müzakirə edəcəyik" - Ərdoğan

"Taxıl daşımalarında bu günə kimi Rusiyadan göndəriş yoxdur. Putinin haqlı olduğu bir şey var. Bu taxıl daşımasında gələn taxıl zəngin ölkələrə gedir. Kasıb ölkələrə isə yox". 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xorvatiyalı həmkarı Zoran Milanoviçlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dəhlizin məqsədi yoxsul ölkələrə yüklərin daşınmasıdır. 

"Rusiyaya qarşı 11 min sanksiya Avropanı diz çökdürə bilər" - Orban

Rusiyaya qarşı “11 min sanksiya”nın nəticələri onu zəiflətməyib, əksinə, Avropanı “diz çökdürə”cək qədər gücləndirib. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki,  bunu Macarıstanın Baş naziri Viktor Orban yerli KİV-lərdən birinə müsahibəsində deyib.  

Orbanın sözlərinə görə, hazırda Rusiyaya qarşı “11 min sanksiya” qüvvədədir, lakin onların səmərəsiz olduğu sübuta yetirilib.

Partiyalar haqqında yeni qanun layihəsi mürtəce xarakter daşıyır, müxalifətçilər belə hesab edirlər

Operativ.tv Turan-a istinadən xəbər verir ki, siyasi partiyalar haqqında yeni qanun layihəsi ölkənin müxalif təşkilatlarının tənqidinə səbəb olub. Sənəd mürtəce xarakter daşıyır və ölkədə siyasi fəaliyyətin məhdudlaşdırılmasına yönəlib, Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi belə hesab edir.

“Zəfər-44” mini futbol turnirinə yekun vurulub

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər-44” mini futbol turnirinə yekun vurulub.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, 20 komandanın iştirak etdiyi turnirin final oyunu “Petrovka” və “Ocaqlı-Xəlili” komandaları arasında keçirilib.

Gərgin mübarizə şəratində keçən oyunda “Petrovka” komandası qalib gələrək turnirin qalibi olub.

Qalib gələn komandalar kubok, diplom və medallarla tətif olunublar.

“Eynulla Fətullayev mənə 100 min manat təklif etdi” – Əvəz Zeynallı

Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı həmkarı Eynulla Fətulluyevin onun barəsindəki iddialara münasibət bildirib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbərinə görə, Ə.Zeynallı Xural TV-nin efirində canlı yayım edərək, iddiaları təkzib edib. O qeyd edib ki, E. Fətullayev özü ona rüşvət təklif edib:

Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"

Baş Prokurorluq jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamının ailəsindən 20 min manat pul tələb etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Operativ.tv Qurumun Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, cinayət faktı haqqında mediada dərc edilmiş və səsləndirilmiş hər bir məlumat prokurorluq orqanları tərəfindən araşdırılır.

Yunanıstan Türkiyədən NATO və BMT-yə şikayət etdi

Yunanıstan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyanatları ilə bağlı NATO və BMT-yə şikayət məktubu göndərib və Ankaranın davranışını pisləməyi tələb edib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bundan əvvəl Avropa İttifaqı prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstanı Egey dənizindəki hərbsizləşdirilmiş adaları “işğal etməkdə” günahlandırdığı və hücumla hədələdiyi açıqlamalarından narahatlığını bildirib.

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər Almaniyanın Xarici İşlər nazirliyində Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Benedict Göbel ilə görüşüb

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər Almaniyanın Xarici İşlər nazirliyində Cənubi Qafqaz və Mərkəzi Asiya ofisinin rəhbəri Benedict Göbel ilə görüşüb. Bu barədə məlumatı "Müdafiə Xətti"-nə istinadən Operativ.tv verib.

Əl-Vifaq Cəmiyyəti: Sionist rejimlə normallaşma Bəhreynə qarşı ən təhlükəli layihədir

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Bəhreyn əl-Vifaq Cəmiyyəti bu bəyanatlarla çıxış edib ki, İsraillə müqavilə imzalamaq Bəhreynin suverenliyinə, İslam və Ərəb tarixinə zərər verən ən təhlükəli layihədir.Bəhreyn və İsrail rejimi arasında münasibətlərin normallaşmasının ildönümü xəyanət günüdür. Bu gün bədbəxtlik gününün ildönümü olacaq. Bəhreyn xalqı bu cinayətdə günahsızdır və bütün məsuliyyət Bəhreyn hakimiyyətinin üzərinə düşür.

İran: MAQATE-nin hesabatı siyasi məqsədlər daşıyan əvvəlki əsassız iddiaların təkrarlanmasından ibarətdir

Operativ.tv İRNA-ya istinadən xəbər verir ki, İran Atom Enerjisi Agentliyinin sözçüsü Kəmalvəndi MAQATE-nin baş direktorunun İranın nüvə proqramı ilə bağlı hesabatı ilə bağlı “siyasi hədəflərlə əvvəlki əsassız iddiaları təkrarlamaq” ifadəsini işlədib.

MN: Kəlbəcər və Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Operativ.tv bu barədə Müdafiə Nazirliyinə istinadən bildirilib.