07 September 2022

"Suriyada elə bir ərazidə yaşayıb ki, orada kommunal xidmətlər də daxil olmaqla, bir çox məsələlər Türkiyənin nəzarətində idi"

Ən böyüyü səkkiz yaşında olan dörd övladını, həyat yoldaşını qoyub Suriyaya gedən Səfa Dabaxov iddia edir ki, ona orada rahat yaşayış vəd olunmuşdu. Demişdilər ki, orada heç bir maneə olmadan dini inanclarına da əməl edə biləcək. Onun sözlərinə görə, gedəndən bir müddət sonra vədlərin doğru olmadığını görüb peşman olsa da, qayıtmaq imkanı olmayıb.

"Ərbəin mərasiminin düşmənləri bu fürsətdən məhrum edilməlidir!"

“Ərbəin mərasiminin düşmənləri, Səddamın davamçıları və hər hansı rəzil insanlar bu fürsətdən məhrum edilməlidir”

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İraqdakı Sədr hərəkatının lideri Müqtəda Sədr İraqda bəzi qrupların fitnə salmağa çalışdıqlarını bildirib.

Müqtəda Sədr çərşənbə axşamı axşam Twitter səhifəsində Ərbəin mərasiminin əhəmiyyəti barədə paylaşım edib.

AEBA: “İran zənginləşdirilmiş uran ehtiyatlarını 60%-ə qədər artırıb”

“İran zənginləşdirilmiş uran ehtiyatlarını 60%-ə qədər artıraraq 55,6 kiloqrama çatdırıb və sonrakı zənginləşdirmə isə nüvə silahı yaratmağa kifayət edə bilər”.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə “Reuters” Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) hesabatına istinadən məlumat yayıb.

Türkiyədə meşə yanğını yaşayış məntəqələrinə yaxınlaşıb, yüzlərlə insan təxliyə edilib

Türkiyənin Mersin şəhərinin Gülnar rayonunda meşə yanğını yaşayış sahəsinə yaxınlaşıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, rayonda 110 təsərrüfatdan 450 nəfər təxliyə edilib.

Güclü küləyin təsiri olduğu bölgədə Adana, Antalya, Karaman və Konyadan gələn qruplar, təyyarə və helikopterlər yanğınsöndürmə işlərinə dəstək verir.

Yanğının söndürülməsinə 5 təyyarə, 18 helikopter, 49 gəmi və 500 canlı qüvvə cəlb olunub.

Serbiya Türkiyədən Azərbaycan elektrik enerjisinin nəqlinə yardımçı olmağı xahiş edib

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Serbiya sentyabrın 7-si Türkiyədən Azərbaycan elektrik enerjisinin nəqlinə şərait yaratmağı xahiş edib. Həmin elektrik enerjisinin həcmi 2 qiqavat-saat olması nəzərdə tutulur.

Belqradda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bərabər mətbuat konfransında çıxış edən Serbiya prezidenti Aleksandar Vuçiç Türkiyədən Azərbaycan enerjisinin nəqli üçün məkanın ayrılmasını xahiş etdiyini bildirib.

İraqda Sədr cinahının parlamentin buraxılması ilə bağlı tələbi rədd edilib

İraqın Ali Federal Məhkəməsi Parlamentin buraxılması ilə bağlı tələbi rədd edib.

Operativ.tv SalamNews-dan Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə İraqın Ali Federal Məhkəməsi bəyanat verib.

Bildirilib ki, İraq Parlamentinin buraxılması ilə bağlı tələbə müsbət cavab verilməyib.

Laçında ekskavator atəşə tutulub

Sentyabrın 7-si saat 08:10-dan 12:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

"Bu, Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaracaq" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın və beynəlxalq ictimaiyyətin diqqətinin Ukraynada cəmlənməsinin Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcəyindən narahatlığını bildirib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, o, bu barədə Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında çıxışı zamanı deyib.

Paşinyan qeyd edib ki, hazırda regionda “təhlükəsizliklə bağlı çağırışlar” kəskinləşir.

Tomas Tuxel "Çelsi"dən istefaya göndərilib

İngiltərənin "Çelsi" klubu almaniyalı baş məşqçisi Tomas Tuxellə yollarını ayırıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, buna "zadəganlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Xorvatiyada Zaqreb "Dinamo"suna 0:1 hesablı məğlubiyyəti səbəb olub.

Yeni baş məşqçinin tezliklə açıqlanacağı və həmin vaxtadək komandanı məşqçilər heyətinin hazırlaşdıracağı bildirilib.

Azərbaycanda siyasi partiyalar üçün yeni hüquq və vəzifələr müəyyənləşib

Azərbaycanda siyasi partiyalar üçün yeni hüquq və vəzifələri müəyyənləşib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Siyasi partiya aşağıdakı hüquqlara malikdir:

- məqsədləri və fəaliyyəti barədə informasiyanı sərbəst yaymaq,

Bakıda hərbçi ailələri oturaq aksiya keçirib-VİDEO

Operativ.tv Azadlıq Radiosu-na istinadən xəbər verir ki, bu gün, sentyabrın 7-də Bakıda vaxtılə ordu sıralarında həlak olan, amma status verilməyən hərbçilərin valideynləri etiraz aksiyası keçirib.

Müxtəlif vaxtlarda hərbi xidmət zamanı həlak olan əsgərlərin valideynləri günün birinci hissəsi şəhərin mərkəzi ərazisində oturaq aksiyaya başlayıblar. Onlar Prezident Administrasiyasının qarşısında aksiya keçirmək istəsələr də, polis əməkdaşları onlara inzibati binaya yaxınlaşmağa imkan verməyib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi fəalların və jurnalistlərin qarşılaşdığı təzyiqlərlə bağlı açıqlama yayıb

Operativ.tv Amerikanın Səsi-nə istinadən məlumat yayıb ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) sentyabrın 1-də Azərbaycanda son zamanlarda hökumət tənqidçiləri, vətəndaş cəmiyyəti fəalları, aktivistlər və jurnalistlərə qarşı artmış siyasi motivli təzyiq və təqib halları ilə bağlı 

Putin: Ukrayna taxılı olan gəmilərin əksəriyyəti kasıb ölkələrə yox, Aİ-yə göndərilib

Bu günə qədər “taxıl müqaviləsi” çərçivəsində Ukraynadan ixrac edilən ərzaq məhsullarının yalnız 3%-i yoxsul ölkələrə göndərilib. Bu baxımdan taxılın ixrac istiqamətini məhdudlaşdırmaq lazımdır.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı bildirib.

İran Ordusu ABŞ və İsrail qüvvələrinə ev sahibliyi edən ölkələrə xəbərdarlıq edib

 İran ABŞ və İsrailin qüvvələrinə ev sahibliyi edən qonşu ölkələrə və Fars Körfəzi hövzəsində olan ərəb ölkələrinə xəbərdarlıq edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri açıqlama verib.

O deyib:

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Operativ.tv bu barədə Report-a istinadən Müdafiə Nazirliyindən bildirilib.

Özbəkistan arxivində Şah İsmayıl Xətayinin divanı aşkarlanıb

Özbəkistan arxivində Şah İsmayıl Xətayinin divanı aşkarlanıb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, 2019-cu ildən başlayaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bu ölkənin Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda Azərbaycana dair saxlanılan əlyazmaların müəyyənləşdirilməsi və onlara dair araşdırma layihəsinə start verilib.

Mbappe Messinin rekordunu qırdı

Ötən gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda PSJ-nin hücumçusu Kilian Mbappe "Yuventus"un qapısına iki qol vurub.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, fransalı hücumçu Çempionlar Liqasında 35-ci qolunu vuraraq, bu qol sayına çatan ən gənc oyunçu olub (23 yaş 260 gün).Qeyd edək ki, bundan öncəki rekord Lionel Messiyə məxsus olub (23 yaş 307 gün).

Türkiyədən Aİ, BMT və NATO-ya “Yunanıstan” məktubu

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi NATO baş katibi Yens Stoltenberqə, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri və 25 Avropa Birliyi ölkəsinə Türkiyə-Yunanıstan gündəmi ilə bağlı məktub göndərib.

İsrail son həftədə ikinci dəfə Hələbin hava limanını hədəfə alıb

İsrailin hərbi təyyarələri Suriyanın şimalında Hələbin beynəlxalq hava limanına aviazərbələr endiriblər.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gün axşam saat 20.16 radələrində Hələbin beynəlxalq hava limanı aviazərbələrə məruz qalıb.

Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb

Bu gün Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə start verilib.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, 12 ailədən (63 nəfər) ibarət növbəti qrup Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” öz doğma yurd-yuvalarına yola salınıb.

Digər 13 ailə (62 nəfər) isə sentyabrın 10-da Ağalı kəndinə köçürüləcək.