05 September 2022

«Tərtər işinə» görə məsul şəxslər hazırda iş başındadır” – R.Səfərov

«Tərtər işi» ilə bağlı yenidən araşdırma başlanandan sonra zərərçəkənlər və hüquq müdafiəçiləri arasında şikayətlər var ki, işin təşkilatçıları, işgəncə verməyə təhrik edənlər, yüksək rütbəlilər hələ də azadlıqdadır, onların heç ifadələri belə alınmır. Halbuki zərərçəkənlər birbaşa onların adlarını hallandırırlar. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən verir. 

Parataekvondoçularımız Qran-pridə 3 medal qaazandı

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə gümüş medal qazanıb.

Operativ.tv Milli Paralimpiya Komitəsindən Unikal-a istinadən verilən məlumata görə, 58 kq-da çıxış edən idmançı yalnız finalda uduzaraq, ikinci yerlə kifayətlənib.

Millinin digər üzvləri İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) isə turniri bürünc medalla başa vurublar.

Məhkəmə Rasim Məmmədovu ev dustaqlığına buraxmayıb

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun ev dustaqlığına buraxılması və şüşə qəfəsdən çıxarılması ilə bağlı vəsatətlər təmin edilməyib.

Operativ.tv Report-a istinadən verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə davam etdirilən hazırlıq iclasında qərar qəbul edilib.

Səlim Müslümov məhkəmədə özünü təqsirli bilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə iclası davam etdirilib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktının digər hissəsi elan olunub.

İttiham aktında bildirilib ki, təqsirləndirilən şəxs bir qrup şəxslə əlbir olaraq müxtəlif mənimsəmə faktı törədib.

'Pandemiyanı fürsət bilib toplaşmaq hüququnu məhdudlaşdırdılar'

 

Operativ.tv Azadlıq Radiosu-na istinasən xəbər verir ki, sentyabrın 5-6-da İsveçrənin Bern şəhərində Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclası keçiriləcək. Tədbirdə Azərbaycan deputatları da iştirak edirlər.

İclasın gündəliyinə COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər daxil edilib.

İran və Rusiya iki ölkə arasında qrup turist vizalarını ləğv ediblər

Tehran və Moskva 2023-cü ilin yanvar ayından etibarən turistlər üçün qrup vizalarının ləğv edildiyini elan ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə İranın Mədəniyyət və Turizm Nazirliyinin Turizmin İnkişafı İdarəsinin rəisi Leyla Əjdəri bazar ertəsi, ölkə mətbuatına verdiyi açıqlamada bildirib.

İraqda siyasi qüvvələr arasında milli dialoqun ikinci sessiyasına start verilib

Baş nazir Mustafa Əl-Kaziminin çağırışı ilə siyasi qüvvələr arasında milli dialoqun ikinci sessiyasının işinə başlanılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu gün, bazar ertəsi İraq hökuməti siyasi qüvvələr arasında “milli dialoq”un ikinci sessiyasının işinə başladığını elan edib.

İmam Əli (ə) Ziyarətgah Kompleksi Ərbəinə hazırlıq işlərinə başlayıb

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İmam Əli (ə) Ziyarətgah Kompleksi Ərbəin ziyarətinə təşrif gətirənlər üçün hazırlıq işlərinə başlayıb.

Belə ki, on mindən çox zəvvar Ərbəinə təşrif gətirərkən burada müsafir ediləcək.

Bu barədə Kompleksin müdir müavini Heydər Al-İssavi bildirib.

Səfirliyin yaxınlığındakı partlayışda iki rusiyalı diplomat öldü

Rusiyanın Kabildəki səfirliyi qarşısında baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb,  onlarla insan yaralanıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. Ölənlər arasında Rusiya səfirliyinin iki əməkdaşı da var. Bildirilir ki, partlayış səfirliyin girişində baş verib və Rusiya vizası üçün müraciət etməyə gələn vətəndaşlara qarşı yönəlib.

Peskov Kabildəki səfirlik yaxınlığında törədilən partlayışı terror adlandırdı

Biz bu hadisəni pisləyirik. Əlbəttə, söhbət terror aktından gedir.

Operativ.tv Unikal-a istinadən xəbər verir  ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O, Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında baş verən partlayışın baş vermə səbəbini araşdırıldığını bildirib. 

İran Rusiyadan qırıcı almağı planlaşdırır

"İran Rusiyadan “Su-35” model qırıcıları almağı planlaşdırır".

Operativ.tv Report-a istinadən xəbər verir ki, bunu İran Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həmid Vahidi bildirib.

“Rusiya istehsalı olan “Su-35” qırıcılarının alınması Hərbi Hava Qüvvələrinin gündəmindədir... və ümid edirik ki, gələcəkdə bu 4++ nəsil qırıcıları ala biləcəyik", - briqada generalı vurğulayıb.

MN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"

Sentyabrın 4-dən 5-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Zivel yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutub.

Bu barədə Operativ.tv Report-a istinadən Müdafiə Nazirliyindən məlumat verilib.

BMT Əfqanıstanda məsciddəki partlayışın təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb

BMT Təhlükəsizlik Şurası (TŞ) Əfqanıstanın Herat əyalətində məscidə hücumun təşkilatçılarını məsuliyyətə cəlb etməyə çağırıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat üçün bəyanatında deyilir.

"BMT Təhlükəsizlik Şurası Əfqanıstanda dinc əhaliyə qarşı davam edən dəhşətli terror aktlarını, o cümlədən sentyabrın 2-də Heratda məscidə hücumu qətiyyətlə pisləyir", - bəyanatda vurğulanır.

Bu il TANAP və TAP ilə Türkiyə və Avropaya 11 milyard kubmetr qaz nəql edilib

Bu il Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Türkiyə və Avropaya ümumilikdə 11 milyard kubmetr qaz nəql edilib.

Operativ.tv Report-a istinadən məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” səhifəsində yazıb.