01 September 2022

İraqda qarşıdurma: 5 nəfər öldü

İraqın cənubundakı Bəsrə şəhərində Müqtəda Sədrin rəhbərlik etdiyi Sədr Qrupunun Saraya əs-Salam ilə Qeys əl-Xəzalinin rəhbərlik etdiyi Əsaib Əhli-Haqq Hərəkatı arasında baş verən qarşıdurmada 5 nəfər həyatını itirib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, Sədr qruplaşmasına bağlı Bəsrənin cənubunda Xəzalinin rəhbərlik etdiyi Əsaib Əhli-Haqq Hərəkatı arasında qarşıdurma baş verib.

Çimərlik güləşi üzrə millimiz dünya çempionu oldu

Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında mundialda ölkəmizi 4 idmançı təmsil edib.

Əli Əliyevə qarşı yeni cinayət işi hazırlanır?

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının lideri, istintaq təcridxanasında saxlanılan Əli Əliyevə qarşı yeni istintaq başlayıb. Hələlik o, şahid statusunda keçir, lakin siyasətçinin tərəfdarları bunun həbs müddətinin uzadılması üçün təxribat olmasından ehtiyat edirlər. Bu barədə Turan-a Vətəndaş və İnkişaf Partiyası rəhbərinin müavini Dilguşə Gülümcan bildirib.

Əliyevə qarşı şikayəti onun kamera yoldaşı verib, onu döyməkdə ittiham edib.

BMT Livandakı müvəqqəti qüvvәlәrinin mandatını uzadıb

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası BMT-nin Livan üzrə Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatını daha bir il uzadıb.

Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata əsasən, Livanın Baş naziri Nəcib Mikati UNIFIL-in mandatının uzadılması məmnuniyyətlə qarşılayıb.

Rüşvət aldığı iddia edilən DYP rəisinin vəzifəsi aşağı salındı

Rüşvət almaqla bağlı səs yazısı yayılan Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi işdən çıxarılıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyini əks etdirən səs yazısı ilə bağlı iddia barədə araşdırma aparılıb.

Aparılan araşdırmaların nəticəsindən sonra V.Bəşirli Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində baş inspektor vəzifəsinə təyin edilib.

Ümümdünya Əhli-beyt (ə) Assambleyasının yeddinci sessiyasının açılışı olub

Bu gün Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasının açılış mərasimi baş tutub.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının iclası “Əhli-beyt (ə) ağıl, ədalət və ləyaqət mərkəzində” şüarı ilə keçirilir.

İran Prezidenti: Müasir insanı xilas etməyin yolu Əhli-beyti (ə) tanımaq və onların nurlu yolu ilə getməkdir

Bu gün Ümumdünya Əhli-Beyt (ə) Assambleyası Baş Assambleyasının yeddinci iclasının açılış mərasimi baş tutub.

Operativ.tv SalamNews-a istinadla verdiyi xəbərə görə, İran prezidenti İbrahim Rəisi açılış mərasimində çıxış edib.

General Səlami: İstənilən hərbi təhlükəyə qarşı müqavimətə tam hazırıq!

İran İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Səlami deyib: “Biz istənilən hərbi təhlükəyə qarşı müqavimətə tam hazırıq”.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusu general-mayoru Hüseyn Səlami İqtisadi Sənaye Günü münasibətilə Müdafiə Nazirliyinin təşkil etdiyi Hava Hücumundan Müdafiə Sərgisində iştirak edib.

BMT Çində uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat yayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığı Çinin Sincan-Uyğur Muxtar Rayonunda (SUMR) uyğurların hüquqlarının pozulması ilə bağlı hesabat dərc edib.

Operativ.tv Report-a istinaddən xəbər verir ki, sənəddə BMT-nin SUMR-dakı müşahidələri bənd-bənd sadalanır.

Şarl Mişelin bəyanatı və İlham Əliyevin fotosu hansı detalları açıqladı?

Operativ.tv Turan-a istinadən xəbər verir ki,  Avropa Şurası rəhbərinin Əliyev və Paşinyanla görüşündən sonra verdiyi bəyanat Ermənistan-Azərbaycan münasibətləri ətrafında gedən prosesləri düşünmək və təhlil etmək üçün xeyli  əsas verib.

Hər şeydən öncə, Şarl Mişel qeyd edir ki, ötən müddətdə son görüşdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün "az iş görülməyib".

Avropa İnsan Hüquqları Məhkəməsi müxalifətçi Yadigar Sadıqlının şikayətini təmin edib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Müsavat Partiyasının üzvü Yadigar Sadıqlının işi üzrə qərarını elan edib. Şikayət 2013-cü ildə ona qarşı açılmış iş üzrə Sadıqlının ilkin həbsinə aid olub.

O 2013-cü il iyunun 27-də özünü Qarabağ müharibəsi veteranı adlandıran şəxsin şikayəti əsasında saxlanılıb. Sadıqlı özü təhqir olunsa da, onu sözügedən şəxsi döyməkdə ittiham ediblər.

İran: Üçüncü tərəf iki ölkənin yaxşı münasibətlərinə qarışmamalıdır

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, İranın daxili işlər naziri Azərbaycan Respublikasının baş prokuroru ilə görüşdən sonra deyib ki, bəziləri İranla Azərbaycan Respublikası arasında anlaşılmazlığın yaranmasına çalışırlar.

Əhməd Vəhidi Tehranda Kamran Əliyevlə görüşdən sonra deyib:

“İranla Azərbaycan Respublikası arasında bir çox ortaq məsələlər vardır ki, üçüncü tərəf iki ölkənin yaxşı münasibətlərinə qarışmamalıdır.

Ayətullah Sistaninin siqaret və qəlyan çəkməyin hökmü

Siqaret və qəlyan haqda alimlər arasında ixtilaflar mövcuddur. Ayətullah Sistaninin bu mövzu haqda hökmü belədir:

Siqaret və qəlyan çəkmək, gələcəkdə də olsa, insana nəzərə çarpacaq bir ziyan yetirəcəksə (bu nəzərə çarpacaq ziyanın mütləq, ya da ehtimala görə olacağından asılı olmayaraq), bu ziyandan aqil insanlarda qorxu (təhlükə hissi) yaranarsa, onu çəkmək haramdır. Lakin mühüm ziyandan onu az çəkməklə qorunmaq mümkün olarsa, eybi yoxdur.

 

Sirat. 

G7 Rusiyadan idxal olunan neftin qiymətinə məhdudiyyəti təsdiqləyəcək

"Böyük Yeddilik" (G7) ölkələrinin maliyyə nazirləri sentyabrın 2-də keçiriləcək iclasda Rusiyadan idxal olunan neftin qiymətinin müəyyənləşdirilməsi planını təsdiq edəcəklər.

Operativ.tv Report-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” sənədin məzmunu ilə tanış olan mənbələrə istinadən yazır.

Onların fikrincə, plan Rusiyada istehsal olunan neft məhsullarına qiymətlərin yuxarı həddinin tətbiqini də nəzərdə tutur.

İsrail Hələbdəki beynəlxalq hava limanını bombaladı

İsrail Hərbi Hava Qüvvələri Hələbdəki beynəlxalq hava limanına raket zərbələri endirib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr hava limanına 3 raket zərbəsi endirib.

Suriyanın SANA xəbər agentliyi hərbi idarədəki mənbəyə istinadən xəbər verir ki, “saat 20:00-da İsrail Hələbdəki beynəlxalq hava limanına raket zərbəsi endirib. Məlumata görə, hava limanına ziyan dəyib.

Almatıda partlayış: Ölən və yaralananlar var

Qazaxıstanın Almatı şəhəri yaxınlığında istilik izolyasiya lövhələri istehsalı zavodunda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, beş nəfər xəstəxanaya yerləşdirilib.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Almatı vilayətinin Fövqəladə Hallar Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, partlayış nəticəsində zavodun örtüyü yanıb, dam örtüyü və divarı uçub.

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.

Operativ.tv Report-a istinadən məlumatına görə, ilk oyun günündə bir matç keçiriləcək.

Son ölkə çempionu "Qarabağ" Qəbələdə "Kəpəz"in qonağı olacaq. Rəqiblərindən bir oyun az keçirən "köhlən atlar" hazırda 9 xalla 2-ci pillədə qərarlaşıb. 4 matçın hamısında məğlub olan Gəncə təmsilçisi sonuncu - 10-cu yerdədir.

“LUKoil”in vitse-prezidenti xəstəxananın pəncərəsindən yıxılaraq ölüb

“LUKoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov Moskvada yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Operativ.tv Report-a istinadən xəbər verir ki, hadisənin səbəbləri araşdırılır.

R.Maqanov aldığı xəsarətdən yerindəcə keçinib, onun meyiti tibb işçiləri tərəfindən aşkar edilib.

İraqdakı sakitləşən vəziyyət Səudiyyə mediasını narahat edib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqda siyasi gərginlik artdıqca, Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin tərəfdarları paytaxt Bağdadda Yaşıl Zonada hökumət binalarına daxil olduqda, ölkədə zorakılıq hadisələri baş verdi. Sədr tərəfdarlarının üsyanını alovlandırmaq və şiə qrupları arasında fitnə yaratmaq üçün Səudiyyə mediası, xüsusən də ərəbdilli “Əl-Hədas” və “Əl-Ərəbiyyə” telekanalları əsas diqqəti Bağdaddakı hadisələrə yönəltdi.

Fars Körfəzində ABŞ-a məxsus uzaqdan idarə olunan qayıq ələ keçirilib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars Körfəzində ABŞ-a məxsus uzaqdan idarə olunan qayığı ələ keçirib.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, hadisə avqustun 30-da Fars Körfəzində baş verib
Bildirilir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Donanmasının dəstək gəmisi tərəfindən idarə olunan və yedəyə alınan Amerikanın uzaqdan idarə olunan qayığı bir müddət sonra sərbəst buraxılıb.
İran ABŞ-a uzaqdan idarə olunan qayıqlarla bağlı xəbərdarlıq edib.

Tayvan Çinə məxsus olduğu ehtimal olunan PUA-nı vurub

Tayvan Çinə məxsus olduğu ehtimal olunan pilotsuz uçuş aparatını (PUA) vurub.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA Kinmen adası yaxınlığında vurulub. Çinə məxsus olduğu ehtimal olunan pilotsuz uçan aparatının Tayvan ordusu tərəfindən açılan atəş nəticəsində vurulması ilk dəfədir.