05 August 2022

İsraildə ehtiyatda olan 25 min hərbçi orduya çağırıldı

İsrailin müdafiə naziri Benni Qantz cümə günü “əməliyyat məqsədləri üçün” ehtiyatdan 25 minə qədər hərbçinin çağırılması barədə əmr imzalayıb.

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin, bildirlib ki, Baş Qərargah rəisi Koxavi İsrail Müdafiə Qüvvələrinə fövqəladə vəziyyə rejiminə keçməyi və əsas komanda məntəqəsini açmağı əmr edib.

İraq parlamentindən Sədrə dəstək

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, İraq parlamentinin sədri Məhəmməd Halbusi Sədr Hərəkatının lideri Müqtəda əs-Sədrin erkən seçki çağırışını dəstəklədiyini açıqlayıb. Halbusi, Twitter hesabından verdiyi açıqlamada Nümayəndələr Palatasının xalqın nümayəndəsi olduğunu və hərəkətə keçən kütlələrin də Məclisin varlığının bir parçası olduğunu bildirib.

Beyrut limanında güclü yanğın baş verib

Livan mənbələri bu gün səhər Beyrut limanında yerləşən binada güclü yanğının baş verdiyini bildiriblər.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, 200-dən çox insanın ölümünə səbəb olan partlayışın ildönümündə Beyrut çimərliyində "Kids Mondo" binasının yaxınlığında böyük yanğın baş verib.

Hələlik yanğının səbəbləri və dəymiş mümkün ziyanla bağlı heç bir açıqlama verilməyib.

Ümumdünya Şahmat Olimpiadası: Kişilərdən ibarət komandamız İsrail yığmasını məğlub etdi

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 7-ci turda kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) İsrail yığmasını 3:1 hesabla məğlub edib. Qadın yığmamız (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva) isə Hindistan şahmatçılarına 1,5:2,5 hesabla uduzublar.

Rusiya Suriyada ABŞ-ın nəzarətində olan bölgəyə hava zərbələri endirib

Rusiya Müdafiə Nazirliyi Suriyada Amerika xüsusi təyinatlıları tərəfindən təlim keçmiş döyüşçülərinin bombalanmasını əks etdirən video yayımlayıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, cümə axşamı Rusiya Müdafiə Nazirliyi bildirib ki, onun qırıcıları Suriyanın şərqində ABŞ qüvvələri  tərəfindən təlim keçmiş bir qrup terrorçu yaraqlını məhv edib.

Taliban Əfqanıstanda Aşura və Novruzu rəsmi tətillərin siyahısından çıxarıb

Taliban hökuməti Əfqanıstanda illərdir tətil kimi qeyd edilən Aşuranı və Novruzu qeyri-iş günləri siyahısından çıxarıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin Əmək və İctimai İşlər Nazirliyinin sözçüsü Məhəmməd Yunis Siddiqi açıqlama verib.

"Müdafiə Xətti" hakimiyyəti ifadə azadlığını pozmamağa çağırıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, "Müdafiə xətti" hüquq müdafiə təşkilatı iyul ayında ölkədə insan hüquqlarının pozulması haqqında hesabatını dərc edib.

Bu gün keçirilən brifinqdə təşkilatın icraçı direktoru Rüfət Səfərov son vaxtlar ölkədə siyasi fəalların və jurnalistlərin sosial şəbəkədə yazdıqları statuslara görə Baş Prokurorluğa çağrılmasına diqqət çəkib.

"Barselona" yeni transferlərini sifariş etmək üçün Pikedən endirim gözləyir

İspaniyanın "Barselona" futbol klubu yeni transflər - Robert Levandovski, Jül Kunde, Frank Kessye və Andreas Kristenseni qeydiyyatdan keçirə bilmir.

Operativ.tv Report-a istinadən xəbər verir ki, səbəb Kataloniya təmsilçisinin müdafiəçisi Jerar Pikenin məvacibidir. 35 yaşlı oyunçuya 2022/2023 mövsümü üçün 52 milyon avro maaş ayıran klub ondan məbləğin böyük hissəsindən imtina etməsini istəyir.

FİFA lisenziyalı hakim istefa verdi

Tanınmış hakim Cüneyt Çakır istefa verib. 

Operativ.tv Unikal-a istinadən xəbər verir ki, FİFA lisenziyalı hakim gənc hakimlər yetişdirmək üçün hakimliyi tərk edərək pedaqoq olmağa qərar verib. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Cüneyt Çakırın təhsildə də böyük uğurlara imza atacağına inandığını bildirib.

Zelenski eynicinsli evliliklərlə bağlı göstəriş verdi

Ukraynada həmcinslərin evliliklərinin qanuniləşdirilməsi məsələsi gözdən keçiriləcək.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Baş nazir Denis Şmıqala göstəriş verib.

Zelenski deyib ki, müharibə dövründə Ukrayna Konstitusiyasına dəyişikliklər etmək qadağandır, lakin kişi-kişi və qadın-qadın birliklərinin – “vətəndaş ittifaqlarının” qeydiyyatı məsələsi gözdən keçirilə bilər.

Birləşmiş Millətlər Təşkilatının İraqdakı nümayəndəsi Müqtəda Sədr ilə görüşüb

Operativ.tv SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, İraq mediası İraqdakı BMT-nin İraq nümayəndəsi Cenin Plashartın Nəcəfdəki ofisində Sədr hərəkatının lideri Müqtəda Sədrlə görüşə getdiyini və İraqdakı son hadisələri birlikdə müzakirə etdiklərini açıqlayıb. Bu görüşdən sonra keçirdiyi mətbuat konfransında Plashart Müqtəda Sədrlə görüşünün siyasi böhrandan çıxmaq üçün yaxşı bir görüş adlandırıb. Bu görüşdən əvvəl BMT-nin İraqdakı nümayəndəsi Hadi Əl-Əmiri, Qeys Əl-Xəzali, Bərzani və İraqın baş naziri Mustafa Əl-Kazimi ilə görüşüb.

Fransa prezidenti növbəti İsrail-Livan müharibəsi ilə bağlı xəbərdarlıq edib

Makron xəbərdarlıq edib: İsraillə yeni münaqişə 2006-cı il müharibəsindən daha ölümcül olacaq.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, cümə axşamı Fransa prezidenti Emmanuel Makron Livana xəbərdarlıq edib ki, İsraillə yeni münaqişə 2006-cı il müharibəsindən daha ölümcül və dağıdıcı olacaq.

Azərbaycan Ordusunun əsgəri Laçında həlak olub, digər hərbçi xəsarət alıb (yenilənib)

Azərbaycan Müdafiə Nazirliyi Laçın rayonunda sıldırım qayalıqlardan qopub düşən qaya parçalarının altında qalan ikinci əsgər Tahir Əliyevin də vəfat etdiyini bildirib.

Bir müddət əvvəl müddətli həqiqi hərbi xidmət qulluqçusu Samir Xudiyevin xidməti döyüş tapşırığını yerinə yetirərkən üzərinə qaya parçaları düşməsi nəticəsində vəfat etdiyi, Tahir Əliyevin isə ağır yaralandığı bildirilmişdi

*******************************************************

 

Bosniya və herseqovinalı futbolçu karyerası bahasına anasını xilas edib

Xorvatiyanın "Tsibaliya" klubunun hücumçusu Robert Periç-Komşiç anası Liliananın həyatını xilas etmək üçün futbola ara verməli olub.

Operativ.tv Report-a istinadən məlumatına görə, 23 yaşlı futbolçu çiyərlərinin 70 faizini anasına bağışlayıb.

Periç-Komşiç bu məqsədlə Türkiyənin İstanbul şəhərinə yollanaraq əməliyyat olunub. O, 13 ildir səhhətindəki problemlə mübarizə aparan Liliana üçün orqan transplantasiyası edib.

Şəmkirdə inanclı saxlanılıb

Səhər 10 radələrində Şəmkirin Dəllər qəsəbəsinin sakini polislər tərəfindən saxlanılıb. Müsəlman Birliyi Hərəkatının üzvü olan Yusifov Alim Vahid oğlu heç bir səbəb göstərilmədən evinə gələn polislər tərəfindən saxlanılaraq şöbəyə aparıb.

Operativ.tv-yə xəbər verən qəsəbə sakinləri inanclıların Məhərrəm ayının gəlişi ilə polis idarələrinə aparılma halında intensivliyin artığı qeyd olunur.

Sudanda 12 milyon insan yavaş-yavaş aclıqdan ölür

BMT Sudandakı humanitar vəziyyətlə bağlı bədbin proqnozlar verir.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu ölkədə əhalinin təxminən 1/4-i yavaş-yavaş aclıqdan ölməkdədir.

Qeyd edilib ki, iyun-sentyabr dövründə 11,7 milyon insan kəskin aclıqla üzləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 milyon nəfər daha çoxdur.

Səudiyyə koalisiyası birinci gündə Yəməndə atəşkəsi pozdu

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, işğalçı Səudiyyə koalisiyası Yəmən atəşkəs razılaşmasının üçüncü uzadılmış müddətinin birinci günündə yanacaq daşıyan gəmini ələ keçirib. Yəmən Neft Şirkəti hücumçu koalisiyanın benzin daşıyan "Sea Hart" gəmisini ələ keçirdiyini və ilk günündə atəşkəs razılaşmasını pozduğunu açıqlayıb.

Bəhreyn rejimi şiələrin İraqdakı ziyarətgahları ziyarət etməyi qadağan edib

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, Bəhreyn hökuməti Məhərrəm ayında bu ölkədəki şiələrə qarşı sərt məhdudiyyətlər qoyub və xalqın İraqa səfərini qadağan edib. Bəhreyn əl-Vəfak Cəmiyyətinin bəyanatına əsasən, Əl-Xəlifə rejimi bu ölkənin şiə vətəndaşlarının İraqdakı ziyarətgahları ziyarət etmələrinin qarşısını almaq üçün yeni özbaşına addımlar atıb. Bəhreyn rejimi Məhərrəm ayının əvvəlindən Məhərrəmlik mərasimlərinin qarşısını alıb.

MBH bəyanat yaydı

Müsəlman Birliyi Hərkatı Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyində yaşanan vandallı aktını qınayıb. Hərəkat bununla bağlı bəyanat yayaraq xalqımızı ayıq-sayıq olmağa, yarana biləcək istənilən təxribata getməməyə çağırıb. Bəyanatda deyilir: