04 August 2022

Arif Əliyev: Xəbərdarlıqlar yeni qəbul edilmiş qanunun birinci dalğasıdır

“Multikulturalizm” və “tolerantlıq” dəyərlərini əsas gətirərək Azərbaycan Baş Prokurorluğu mediada və sosial şəbəkələrdə “fərdlərin dünya görüşünə görə ləyaqətinin alçaldılmasına görə” bir sıra şəxslərə xəbərdarlıq edib.

Rəsmi qurumun yaydığı məlumatda vurğulanır ki, Baş Prokurorluq tərəfindən aparılan monitorinq nəticəsində müəyyən edilib ki, “Abşeron rayon sakini Təyyar Hüseynli fərqli dünya görüşünə və əqidəyə malik olan şəxslərin barəsində kəskin və təhqiramiz ifadələr işlədib”.

İsrail rejimi ehtiyat qüvvələrini Qəzza sərhədinə çağırıb

Fələstin İslami Cihad Hərəkatı sionist rejimə xəbərdarlıq etdikdən sonra bu rejim ehtiyat qüvvələrini Qəzza sərhədinə çağırıb.

Operativ.tv Az.rasthaber.com-a istinadən xəbər verir ki, Sionist əsgərlər dünən Cenin düşərgəsinə hücum edərək, bir fələstinlini şəhid ediblər və İslami Cihadın liderlərindən olan Bəssam Sədini həbs ediblər.

Bu hadisələr İslami Cihadın kəskin reaksiyasına səbəb olub.

Nensi Pelosi indi də Yaponiyaya səfər edib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin xüsusi reysi Yaponiyanın Tokio prefekturasındakı Yokota Hərbi Hava Qüvvələri bazasına enib.

Operativ.tv Repotr-a istinadən xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.

Bundan əvvəl Pelosinin Cənubi Koreya ilə Şimali Koreya sərhədindəki hərbisizləşdirilmiş zonaya baş çəkəcəyi də bildirilirdi.

İran Azərbaycanla sərhədə qoşun çıxarılması barədə məlumatları təkzib edir

Operativ.tv Turan-a istinadən xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi İran qoşunlarının Azərbaycanla sərhədə çıxarılması ilə bağlı Ermənistan KİV-in iddialarını təkzib edib.

“Sosial şəbəkələrdə bununla bağlı yayılan məlumatlar saxtadır. Göstərilən videogörüntülər bir neçə il öncə çəkilib. Bu cür şayiələri iki ölkənin bədxahları Tehranla Bakı arasında münasibətlərə xələl gətirmək üçün yayırlar”, - səfirliyin bəyanatında deyilir.

Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya olunmuş fəalı həbsdə saxlayıb

Operativ.tv Turan-a istinadən xəbər verir avqustun 4-də  Bakı Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən Ziya İbrahimovun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. Şİkayətə hakim Faiq Qasımovun sədrliyilə baxılıb. Bu barədə vəkil Elçin Sadıqov  bildirib.

Vəkil Ziya İbrahimovun məhkəmədə dediklərinə istinadən bildirib ki, onun şəxsi işinə üç qırmızı xətt qoyulub və video bloger yazılıb.

İsrail işğal altında olan Qüdsdə daha 1,400 mənzilin salınması qərarını verib

 İsrail işğal altında olan Qüdsün şərqində 1,400 mənzildən ibarət əlavə kvartalların salınması ilə bağlı qərar qəbul edib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "Tikinti və Planlaşdırma Komitəsi" qərar qəbul edib.

Bildirib ki, Qüdsün şərqində iki qəsəbədə ümumilikdə 1400 mənzildən ibarət kvartallar salınacaq.

"Şamaxı" klubunun yeni loqosu təqdim olunub

"Şamaxı" futbol klubunun yeni loqosu ictimaiyyətə təqdim olunub.

Operativ.tv Report-a istinadən məlumatına görə, loqonun dizaynında Şamaxının vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olması, şərabçılıq və rəsədxanası ilə məşhurluğu da əksini tapıb.

"Şirvan" otelində keçirilmiş tədbirdə klubun İdarə Heyətinin sədri Elçin Usub rayona böyük futbolun qayıdışını gözəl hadisə adlandırıb.

Livan oğurlanmış Ukrayna taxılının olduğu gəmini ələ keçirib

Livan Ukraynadan oğurlanmış taxıl daşıyan “Laodecia” gəmisini ələ keçirib. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir  ki, bu barədə Ukrayna XİN məlumat yayıb. 

Nazirlik bildirir ki, təqdim edilən sübutlara baxmayaraq, Livan məhkəməsi Ukraynanın səlahiyyətli orqanlarının mövqeyini nəzərə almayıb və gəmini müsadirə  edib:

"Çin raketləri bizim ərazi sularımıza düşüb" - Tayvan

Tayvan, adanı əhatə edən təlimlər zamanı Çin ordusunun atdığı bəzi raketlərin "ərazi suları" olaraq xarakterizə etdiyi bölgəyə düşdüyünü açıqlayıb. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, Çin Xalq Azadlıq Ordusu (PLA) Tayvan boğazının şərqindəki bəzi bölgələrə adi raketlərin atıldığını və "hədəflərin müvəffəqiyyətlə vurulduğunu" bildirib. 

Paşinyan: “Ermənistan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanın əlaqəsini təmin etməyə hazırdır”

Ermənistan Azərbaycanın qalan əraziləri ilə Naxçıvanın əlaqəsini bu gün də təmin etməyə hazırdır.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin bu gün keçirilən iclasında deyib.

Müqtəda Sədr niyyətini açıqlayıb

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, tərəfdarlarının İraq parlamentinə basqın etməsindən sonra ilk dəfə açıqlama verən Müqtəda Sədr İraq parlamentinin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini istəyib. İraqın paytaxtı Bağdadda hökumət binaları və xarici nümayəndəliklərin yerləşdiyi Yaşıl Zonada yerləşən İraq Parlamentinin işğalı iyulun 30-dan bu yana davam edir.

İnanclı İmam Hüseyn (ə) bayrağına görə saxlanıldığı deyilir

Dünən, avqustun 2-si Neftçala rayon Xıllı qəsəbə sakini Seyyid Əkbər Seyyid Əli oğlu Xıllı məscidinin həyətinə "İmam Huseyn" bayrağı  sancdığı üçün saxlanılıb. Neftçala inanclılarının Operativ.tv-yə verdiyi məlumata görə Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Seyyid Əli məscidin həyətində İmam Hüseyn (ə) bayrağı asdığı üçün saxlanılıb və 10 sutka inzibati həbs cəzası alıb.

Məhəmməd İslamidən sentrifuqalara qaz vurulması ilə bağlı açıqlama

"Sentrifuqalara qaz vurulması Strateji Fəaliyyət Qanununun icrasına uyğundur və qarşı tərəfin sanksiyalarına cavabdır"

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami Nazirlər Şurasının bu gün keçirilən iclasında mətbuat mənsublarının suallarını cavablandırarkən deyib.

Məhəmməd İslami bildirib:

İslami Cihad Mücahidlərə “hazır olun” əmrini verib

Fələstin İslami Cihad Hərəkatının sözçüsü bildirib ki, müqavimətin gücü durmadan artır və gələcək müharibədə düşməni təəccübləndirə bilər.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Fələstin İslami Cihad Hərəkatının sözçüsü Davud Şahab dünənki çıxışında deyib:

"İran müqavimətin dəstəklənməsində mərkəzi rol oynayır və müqavimətin gücünü artırmaq üçün hər cür səy göstərməkdən çəkinmir".

ABŞ Qarabağda eskalasiyaya yol verməmək üçün "dərhal addımlar atmağa" çağırır

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ ətrafında insan tələfatı ilə nəticələnən intensiv döyüş əməliyyatları barədə məlumatlardan "dərindən narahatdır" və diqqətlə izləyir. Çərşənbə axşamı Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

"Biz gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal adımlar atmağa çağırırıq", -  o əlavə edib.

Yeni Laçın dəhlizi avtomobil yolunun tikintisi yekunlaşır

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisidir.

Operativ.tv “Az.shafaqna.com” -a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir.

“Qarabağ” – “Ferentsvaroş” oyununda qalib müəyyənləşmədi

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” (Ağdam) – “Ferentsvaroş” (Macarıstan) oyununda qalib müəyyənləşməyib.

Məlumata əsasən , Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıb. Frank Boli oyunun 17-ci dəqiqəsində fərqlənib. Matçın 34-cü dəqiqəsində “Qarabağ”ın qanalı hücumçusu Kvabena Ovusu tarazlığı bərpa edib – 1:1.

FHN: Xırdalanda yaşayış binasındakı partlayış qaz sızmasından olub

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Məlumatdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

MN: Hərbçilərimizin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir

Müdafiə nazirinin tapşırığına əsasən yeni tədris dövrünün başlanması ilə əlaqədar olaraq Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabit və dövlət qulluqçuları tərəfindən qoşunlarda, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşlər keçirilib.