03 August 2022

Peyvənd olunmamış şəxslərə Məscidül-Həram ziyarətinə icazə verildi

Peyvənd olunmamış şəxslərə Ümrə ziyarəti və ibadətlərin yerinə yetirilməsi üçün Məkkə şəhərindəki Məscidül-Hərama girişə icazə verilib.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, icazə bir şərtlə verilir ki, həmin ziyarətçilər koronavirusa yoluxmuş olmasınlar və ya yoluxmuş şəxslərlə kontaktda olmuş olmasınlar.

Həmçinin eyni şərtlə Mədinə şəhərindəki Məscidün-Nəbi məscidində də ibadət etməyə icazə verilib.

Daha bir Azərbaycan əsgəri ordu sıralarından çıxarıldı

Müdafiə Nazirliyi hərbi qulluqçunun sosial şəbəkələrdə canlı yayımda çıxışı ilə əlaqədar açıqlama yayıb.

Operativ.tv Müdafiə Nazirliyindən “Az.shafaqna.com”-a verdiyi açıqlamasında deyilir:

“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mədədov Urfan İsə oğlunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi sosial şəbəkə hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.

Peskov: Putin və Şröder Avropadakı enerji böhranını müzakirə ediblər

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Moskvada səfərdə olan Almaniyanın keçmiş kansleri Gerhard Şröder Avropada enerji sektorunda mövcud vəziyyəti müzakirə ediblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə "RT" məlumat yayıb.

Əmir Abdullahiyan İslami Cihad Hərəkatının lideri ilə görüşüb

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad ən-Nəhale ilə görüşüb.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Əmir Abdullahiyan bu görüşdə vurğulayıb ki, İranın sabit siyasətləri Fələstin davası və sionist aparteid rejiminin təcavüz və genişlənmə siyasətinə qarşı günahsız Fələstin xalqının müqavimətini dəstəkləməkdə davam edir.

İŞİD İraqda əsgərlərə hücum etdi: Ölənlər var

İraqın şimal-şərqində yerləşən Türkmənlərin Karatəpə qəsəbəsinin Meşkul kəndindəki hərbi məntəqəyə İŞİD terror təşkilatı tərəfindən silahlı basqın edilib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, yüngül silahların istifadə edildiyi hücumda 4 əsgərin şəhid olduğu, 4 əsgərin yaralandığı qeyd edilib.

Terrorçular hadisə yerinə göndərilən əlavə qüvvələri pusquya salıblar.

Bəşər Əsəddən Çinə dəstək

Dünən ABŞ  Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə davam edən Çin-Tayvan gərginliyi daha da artıb. Bundan sonra bəzi ölkələr Çinə dəstək olub. Suriya da Çinə dəstək olan ölkələrdən biridir. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir  ki, Əsəd administrasiyası Pelosinin səfərini “Çin Xalq Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyən düşmənçilik hərəkəti” kimi qiymətləndirib.

Depay "Barselona"dan gedir

"Barselona"nın hücumçusu Memfis Depay komandadan ayrılmağa qərar verib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, komandakı durumundan narazı olan niderlandlı futbolçu üçün Kataloniya təmsilçisi 20 milyon avro tələb edir. Qeyd edək ki, Depayın adı daha çox "Yuventus"la hallanır.

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir

Qardaşlaşmış və tərəfdaş şəhərlər xətti ilə Ukrayna şəhərləri tərəfindən edilmiş müraciətlərə cavab olaraq Bakı və Gəncə şəhərləri Ukrayna xalqına ərzaq məhsullarından ibarət humanitar yardım göndərəcək.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri tərəfindən 66 ton, Gəncə şəhəri tərəfindən isə 35 ton olmaqla ümumi çəkisi 101 ton olan humanitar yardıma saxlama müddəti uzun olan qida məhsulları (konservlər, dənli bitkilər, quru qidalar, çay və s.) daxildir.

HƏBSDƏKİ İCRA BAŞÇILARI MÜQAVİMƏT GÖSTƏRMƏYƏ BAŞLAYIB... - "Çirkaba bulaşmış hakimlərin əli ilə... "

Sabiq icra başçılarının məhkəmə prosesi başa çatdı. Aylarla istintaq altında olan, rüşvət aldıqları, külli miqdarda sərvət topladıqları məhkəmədə sübuta yetirilən bu şəxslərin müqaviməti diqqət çəkir. Barələrindəki məhkəmə hökmü və qərarları ilə razılaşmadıqları, üstəlik, daha yüngül cəzaya deyil, bəraətverici əsaslarla hökmə nail olmaq istəkləri göz deşir.

Ermənilərin atəşkəsi pozması nəticəsində əsgərimizin şəhid oldu

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

FHN gəmidəki yanğınla bağlı məlumat yayıb

 

Dünən (2 avqust) Bakı şəhəri Qaradağ rayonunda Puta Dəniz Limanında  baş verən yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Operativ.tv-nin nazirliyə istinadən məlumatına görə dünənki yanğın qoşqu gəmisinin mühərrik zalında baş verib. Belə ki, hadisə nəticəsində qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanaraq yararsız hala gəlib. FHN məlumatına görə gəminin qalan hissəsi yanğından mühafizə olunub. Hər hansı bir xəsarət alan barəsində məlumat verilmir.

«Prokurorluq burada senzor rolunu oynayır» - ekspert

Son günlər etiraz aksiyalarını işıqlandıran reportyorların peşə fəaliyyətinə maneçilik törədilir, kameraları, telefonları əlindən alınır, özlərinə isə fiziki təzyiq göstərilir.

Sonuncu belə hadisə avqustun 1-də Prezident Administrasiyasının qarşısında baş verib.

Üstəlik Azərbaycanda son illər Baş Prokurorluq jurnalist və bloqerlərə yazdıqlarına görə xəbərdarlıq verir.

Təkcə son bir həftə ərzində bu, bir neçə dəfə baş verib.

Qarabağda vəziyyətin gərginləşməsinin səbəbi Bakının ultimatumudur

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Azərbaycan tələb edirki, ermənilər yaxın zamanda Laçın xaricində tikilən yeni dəhlizlə hərəkət etsinlər. Bu barədə avqustun 2-də axşam saatlarında Qarabağ separatçıları bəyan verib.

Bu gün separatçıların lideri Arayik Arutyunyan siyasi qüvvələrin və yerli “deputatların” iştirakı ilə “Təhlükəsizlik Şurası”nın genişləndirilmiş iclasını çağırıb.

Rəsmi Pekin: Nensi Pelosinin Tayvana səfəri böyük siyasi təxribatdır

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvan regionuna səfəri “Vahid Çin” siyasətinin və Çin ilə ABŞ arasında imzalanmış 3 birgə bəyannamənin müddəalarının ciddi pozulmasıdır. Bu səfər Çin-ABŞ münasibətlərinin siyasi əsasına ciddi təsir göstərir, Çinin suverenliyini və ərazi bütövlüyünü ciddi şəkildə pozur.

Azərbaycanın voleybol millisinin seçmə mərhələ və İslamiada üçün heyəti

Avropa çempionatının (AVRO-2023) təsnifat mərhələsində mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti bəlli olub.

Operativ.tv “Az.shafaqna.com”-a istinadən məlumatına görə, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandada 14 voleybolçu yer alır.

Bu gün məhərrəm ayının beşidir, günün tarixi hadisələri

Hicri-qəməri təqvimi ilə bu gün 1444-cü ilin məhərrəm ayının 5-ə təsadüf edir.

SalamNews xəbər verir ki, Əhli-beyt aşiqləri məhərrəm ayı başlayandan Aşura faciəsilə bağlı bir sıra əzadarlıq mərasimlərini keçirirlər. Məhərrəm ayının beşi də digər günlər kimi Kərbəla qiyamının fərqli qəhrəmanlarının anıldığı gündür.