02 August 2022

Çin Pelosinin səfəri ilə əlaqədar hərbi əməliyyatlara başlayacaq

Çin Xalq Azadlıq Ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Operativ.tv APA-ya istinadən istinadən verdiyi məlumata görə, Çinin müdafiə nazirliyi axşam saatlarında ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfərinə cavab olaraq ordunu döyüş hazırlığı vəziyyətinə gətirib.

Nazirlik bununla bağlı hərbi əməliyyatlara başlanacağını bildirib.

Puta Dəniz Limanında gəmidə yanğın olub

Axşam saat 21 radələrində Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Operativ.tv məlumat verir ki, bir saat sürən çalışmalardan sonra FHN işçiləri gəmidə baş vermiş yanğını  söndürüblər.

Suriyanın şimalında İŞİD-in qətlə yetirdiyi şəxslərin daha bir kütləvi məzarlığı tapılıb

Suriyanın Minbic şəhəri ərazisində İŞİD tərəfindən qətlə yetirilən 30 civarında şəxsin kütləvi məzarlığı tapılıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Minbic şəhərini nəzarətdə saxlayan kürd birləşmələri məlumat veriblər.

Səbuhi Səlimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə inanclı Səbuhi Səlimovun məhkəməsi başlayıb. Baş tutan ilk məhkəmə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 16-a təyin edilib.

Xatırladaq ki, S.Səlimov ötən ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Rəisi Ərbəini “beynəlxalq müqavimət”in simvolu adlandırdı

İran prezidenti Seyid İbrahim Rəisi Ərbəin zəvvarlarına daha yaxşı qulluq edilməsinin əhəmiyyətini vurğulayıb.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, o, İran hökuməti və rəsmilərinin Ərbəin zəvvarları üçün ən yaxşı şəraiti təmin etməli olduğunu bildirib.

Rəisi bu barədə Mərkəzi Ərbəin Qərargahının üzvləri ilə görüş zamanı bəyan edib.

Zaxarova: "Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası Rusiyanın səylərinin mühüm istiqamətidir"

Operativ.tv Turan- istinadən xəbər verir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üçün səy göstərir. Rusiya xarici işlər nazirinin xüsusi nümayəndəsi İqor Xovayev ümumi dilin tapılması, qarşılıqlı məqbul əsas prinsiplərin və sülh razılaşmasının parametrlərinin əldə edilməsi məqsədilə tərəflərlə mütəmadi məsləhətləşmələr aparır. Belə təmaslar iyulun 21-də Bakıda və iyulun 28-də Yerevanda baş tutub. Bu barədə avqustun 2-də brifinqdə Rusiya  Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Ermənistan Strasburq məhkəməsində Azərbaycana qarşı iddia qaldırıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, iyulun 27-də Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycana qarşı yeni dövlətlərarası iddia qaldırıb. Ermənistan KİV bildirib ki, iddiada “Azərbaycanın təcavüzü nəticəsində” Xramort və Fərrux kəndlərinin sakinlərinin hüquqlarının pozulmasından danışılır.

Həmçinin iddiada 2021-2022-ci illərdə Azərbaycan hərbçilərinin Qarabağ ermənilərinə qarşı güc tətbiq etməsi və bunun nəticəsində “yaşamaq hüququnun pozulduğu” barədə ittihamlar var.

Hərbi helikopter qəzaya uğradı: General-leytenant həlak oldu

Pakistanda general-leytenant Sərfaraz Əli də daxil olmaqla 6 ordu mənsubunu daşıyan hərbi helikopter yoxa çıxıb. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, Pakistan polis rəsmiləri, Bəlucistandan Kəraçiyə hərəkət edən, içərisində bir qrup əsgərin olduğu hərbi helikopterin Lasbela bölgəsində qəzaya uğradığını açıqlayıb.

Pakistan ordusundan verilən açıqlamaya görə də general-leytenant Əli də daxil olmaqla 6 hərbçi həyatını itirib.

Özünü İmam Mehdi kimi təqdim edən şəxsin məhkəməsi başlayıb

Özünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə baxış iclası keçirilib.

Operativ.tv Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

Ronaldo "Mançester Yunayted"dən gedir

"Mançester Yunayted"in hücumçusu Kristiano Ronaldo klubdan ayrılmaq istədiyi tarixi açıqlayıb. 

Operativ. tv "Unikal"-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının (APL) mövsümü başlamamış "Mançester Yunayted"dən ayrılmaq istəyir. 

Futbolçu komandada qalsa, avqustun 7-də "Brayton"la çempionatın açılış matçını buraxacaq.

Xristian ölkəsində məktəbdə hicaba icazə verildi

Keniyada məktəblilərə hicab və digər dini simvolikadan istifadəyə icazə verilib.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Keniya Təhsil Nazirliyinin (TN) rəsmisi Carca Maqohu məlumat verib.

Qərar bir sıra məktbə direktorları və direktor müavinlərinin dərsə dini simvolika ilə gələn şagirdləri evə geri göndərməyə başladıqdan sonra qəbul edilib.

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Əfqanıstandakı vəziyyət də müzakirə edilib

Azərbaycan, Özbəkistan və Türkiyənin ticarət, iqtisadiyyat və nəqliyyat nazirlərinin iştirakı ilə üçtərəfli görüşlərinin keçirilməsi aidiyyəti sahələrdə birgə layihələrin inkişafı və təşviq edilməsinə yardım edəcək.

Kazimidən Sədr tərəfdarı etirazçılara zəng

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İraqın baş naziri Mustafa Əl-Kazımi paytaxt Bağdadda hökumət binalarının yerləşdiyi Yaşıl Bölgədə oturaq aksiyaları davam etdirən Sədr Hərəkatı üzvlərinə çağırış edərək, dövlət qurumlarının boşaldılmasını istəyib. Kazımi ölkədə baş verən son hadisələrlə bağlı açıqlamasında siyasi qruplar arasında milli dialoq və barışığa çağırıb.

Azərbaycanda məscidlərdə qadınlara vəzifə veriləcək

"İslam dininə aid ibadət yerləri üzrə (məscidlər) elan olunmuş 39 vakant vəzifə içərisində qadın dini ayinlərin icraçısı vakansiyası yoxdur. Ancaq növbəti vakansiya elan edilən zaman bunun da olmasını nəzərdə tuturuq".

Operativ.tv Report-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Rusiya klubunun hücumçusu Azərbaycan millisində oynaya bilər

Rusiyanın "Torpedo" klubunun futbolçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edə bilər.

Operativ.tv Report-a istinadən məlumatına görə, bu barədə 27 yaşlı hücumçunun özü "Sport24.ru" saytına açıqlama verib.

O, hələlik sözügedən məsələ ilə bağlı qərar vermədiyini bildirib: "Millidə oynamaq əladır, amma bütün qohumlarım Rusiyadadır".

Vahid Ələkbərov 4 milyard dollar itirdi

Rusiyanın ən varlı iş adamlarının sərvəti 60,25 milyard dollar azalıb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, 2022-ci il avqustun 1-nə olan məlumata görə, sərvəti 8,2 milyard dollar azalaraq 20,6 milyarda düşən “Severstal”ın Direktorlar Şurasının sədri Aleksey Mordaşov Rusiyanın ən “yoxsullaşmış” milyarderləri siyahısına başçılıq edir.

Pakistanda yüksək rütbəli zabitlərin olduğu helikopter qəzaya uğrayıb

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində daşqınlardan zərər çəkənlərə yardım əməliyyatlarını yoxlayarkən göyərtəsində yüksək rütbəli ordu zabitlərinin olduğu hərbi helikopterlə əlaqənin kəsildiyi bildirilir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

KİV: Qərb ilk hücuma keçərsə, Çin ordusu döyüşə başlayacaq

Çin Xalq Azadlıq Ordusu döyüşə başlayacaq.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, bu barədə Çinin “Global Times” qəzeti məqalə dərc edib.

Məqalədə qeyd olunur ki, ABŞ və Qərb ölkələri ilə artan gərginlik fonunda, potensial düşmənin ilk hücum edəcəyi təqdirdə Çin döyüşə başlayacaq.

“Biz hücuma məruz qalana qədər hücum etmirik. Lakin bu baş verərsə, Çin şübhəsiz ki, əks hücuma keçəcək”,- deyə qeyd olunub.

ABŞ “Əl-Qaidə” terror təşkilatının başçısını öldürüb

“Əl-Qaidə” terror təşkilatının başçısı öldürülüb.

Operativ.tv APA-nın Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat yayıb.

Ayman əl-Zəvahiri ötən həftə Əfqanıstanda ABŞ tərəfindən keçirilən antiterror əməliyyatı zamanı öldürülüb.

Bildirilir ki, əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.