01 August 2022

"Real Madrid" öz yetirməsini satdı

“Xetafe” heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ.tv "Unikal"-a istinaddən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi "Real"dan Borxa Mayoralı transfer edib. 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.Qeyd edək ki, "Real"ın yetirməsi olan Mayoral ötən mövsümü icarə əsasında "Xetafe"də keçirib.

"Aİ-nin Ukraynaya 8 milyard avro kredit verməyə pulu yoxdur" - Aİ nümayəndəsi

Ukraynaya 8 milyard avro məbləğində kredit ayırmaq üçün Avropa Komissiyasına (AK) əlavə maliyyə yastığı lazımdır.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki,  bu barədə AK mətbuat xidmətinin nümayəndəsi bildirib. Onun sözlərinə görə, hələlik Aİ büdcəsində bunun üçün vəsait yoxdur.

Ak nümayəndəsi qeyd edib ki, Aİ ölkələrinin zəmanətləri belə bir hava yastığı ola bilər.

Gürcüstan prokurorluğu Əfqan Muxtarlının oğurlanmasında hakimiyyətin iştirakı haqqında bəyanatları araşdırmağa başlayıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu avqustun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş sədr müavini Soso Qoqaşvilinin 2017-ci ildə Tbilisidə azərbaycanlı jurnalist Əfqan Muxtarlının oğurlanmasında hakimiyyətin iştirakı olduğu haqqında bəyanatını araşdırmağa başlayıb.

Qoqaşvili həmçinin parlament seçkiləri zamanı seçicilərin ələ alınması faktlarından bəhs edib. Prokurorluq bütün bu faktları yoxlamağa başlayıb, xəbəri Gürcüstan KİV-ləri yayıb.

İşğalçı mühacirlər Əl-Əqsa məscidinə basqın etdilər

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, İsrail qüvvələrinin sıx təhlükəsizlik tədbirləri altında onlarla yəhudi köçkün Əl-Məqaribə qapısından daxil olaraq Məscidül-Əqsaya basqın edib. Qüds İslami Vəqflər İdarəsi bu səhərki basqına 153 yəhudi köçkünün qatıldığını və məskunlaşanların Məscidül-Əqsa həyətində gəzərək təxribatçı rəftar nümayiş etdirdiklərini bildirib.

HƏMAS-dan Fələstin xalqına dəstək: 20 İraq qəbiləsinə təşəkkürlər

Operativ.tv xarici mediaya istinadən xəbər verir ki, İslami Müqavimət Hərəkatı (Həmas) 20 İraq qəbiləsinin Fələstinə və onun xalqına dəstəyini təzələdiyi öhdəlik sənədinin imzalanmasını yüksək qiymətləndirib. Hərəkat sözçüsü Cihad Taha, Fələstin İnformasiya Mərkəzinə verdiyi bəyanatda, ərəb dünyasındakı bütün fəal ünsürlərinin ümmətin əsas səbəbi olan bu işə dəstəklərini artırmasını gözlədiklərini söyləyib. Taha vurğulayıb ki, sözügedən sənədin imzalanması İraq cəmiyyətinin nəcibliyini ortaya qoyur və onun Fələstinə dəstək mövqeyini yeniləməsi deməkdir.

MN: Ordumuz qanunsuz erməni silahlı birləşmələri istiqamətində atəş açmayıb

Azərbaycan Ordusunun bölmələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı birləşmələri istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat və çaşdırıcı məqsəd daşıyır. Məlumatı Müdafiə nazirliyinə istinadən Operativ.tv yayıb.

İmran Xan: Pakistan ordusunun ABŞ-dan yardım alması zəiflik əlamətidir

Pakistan Ordusunun Baş Qərargah rəisinin Amerikadan BVF kreditinin ən qısa zamanda İslamabada çatdırılması istəyi İmran Xan tərəfindən sərt tənqid edilib.

Operativ.tv "İslamTimes"-a istinadən xəbər verir ki, Pakistan indiyə kimi görünməmiş iqtisadi böhranla üz-üzədir. Hökumət Pakistanın ölkə xaricindəki valyuta ehtiyatlarının hazırda 8,5 milyard dollar civarında olduğunu və bir Pakistanın bir aylıq idxalını qarşılayacağını açıqlayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 5 mln manatlıq tenderi yekunlaşdırıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı Limanı) vahid inteqrasiya olunmuş təhlükəsizlik sisteminin və avadanlığının alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Operativ.tv Report-a istinadən xəbər verir ki, tenderin qalibi İsrailin “Magal Security Systems Ltd.” şirkətidir.

Qalib şirkətə 5,1 milyon manat ödəniləcək.

Tatarıstanda güclü yanğın

Tatarıstanın ən böyük şəhərlərindən biri olan Nijnekamskın sənaye zonasında irimiqyaslı yanğın baş verib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, yanğın şəhərin sənaye zonasının yerləşdiyi İndustrialna küçəsində baş verib.Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Qalatasaray" PSJ-nin futbolçusunu transfer edir

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Operativ.tv "Unikal" -a istinadla xəbər verir ki, İstanbul təmsilçisi Fransa PSJ-sinin yarımmüdafiəçisi İddrissa Qeyeni sıralarına qatmaq niyyətindədir.

"Cim-bom" rəhbərliyi artıq PSJ ilə danışıqlara başlayıb. 32 yaşlı seneqallı futbolçu özü də hazırkı komandasından ayrılmaq niyyətindədir. 

Pakistanda mərkəzi parka Salman Farsinin adı verildi

Pakistanın Kəraçi şəhərindəki mərkəzi parkına hz.Peyğəmbərin (s) ən yaxın səhabələrindən biri olmuş Salman əl-Farsinin adı verilib.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, rəsmi İslamabad İran-Pakistan arasındakı diplomatik münasibətlərin bərqərar edilməsinin 75-ci ildönümünü bu addımla qeyd edib.

Qeyd edək ki, Salman əl-Farsi İslam dinini qəbul edən ilk farsdır.

Livanla İsrail arasında münaqişəli qaz yatağı barədə danışıqlar həlledici məqama çatıb

Livanla İsrail arasında münaqişəli Kariş qaz yatağı ilə bağlı danışıqlar həssas məqama çatıb. Danışıqlarda vasitəçi olan ABŞ rəsmisi Livana gedib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Livanla İsrailin münaqişəli qaz yatağı ilə bağlı danışıqlarda vasitəçi rolunu oynayan ABŞ rəsmisi Beyruta gedib.

İranda İsraillə əlaqədə ittihamlandırılan Bəhai təriqətinin aparıcı üzvləri həbs edilib

 İran “cəsus Bəhai partiyası”nın əsas üzvlərindən bir qismi həbs edilib.

Operativ.tv SalamNews-a istinadla xəbər verir ki, bu barədə iran Kəşfiyyatı bəyanat verib.

Bildirilib ki, ölkədə “cəsus Bəhai partiyası”nın əsasaparıcı üzvləri həbs ediliblər.

Səlim Müslümovun məhkəməsi təxirə salınıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu gün başlamalı olan məhkəmə prosesi təxirə salınıb.

Operativ.tv APA-ya istinadən xəbər verir ki, buna səbəb məhkəmə heyətinə daxil olan hakim İlham Mahmudovun verdiyi koronavirus testinin pozitiv çıxması olub.

Xatırladaq ki, Səlim Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

"İran İraqdakı hadisələri diqqətlə izləyir"

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü, Respublikasının İraqdakı hadisələri diqqətlə və həssaslıqla izlədiyini bildirərək dialoqu İraqın daxili problemlərinin həlli üçün ən yaxşı yol kimi gördüyünü söyləyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirilən həftəlik mətbuat konfransında gündəmdəki məsələləri dəyərləndirib.

“İraqdakı hadisələri diqqətlə izləyirik”

"Atom bombası əldə etmək üçün hər cür imkanımız var" - İranın vitse-prezidenti

“Atom bombası əldə etmək üçün İranın bütün imkanları var, ancaq bu proqram gündəlikdə deyil”.

Operativ.tv  “Fars”a istinadən xəbər verir ki, bunu ölkənin vitse-prezidenti və Atom Enerjisi üzrə Təşkilatın sədri Məhəmməd İslami avqustun 1-də jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın EYOF-da medal sıralamasındakı yeri bəlli olub

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan medal sıralamasında 18-ci yeri tutub.

Operativ.tv Report-a istinadən məlumatına görə, Azərbaycana 7 medalın (2 qızıl, 4 gümüş, 1 bürünc) hamısını cüdo millisinin üzvləri, eləcə də oğlan və qızlardan ibarət qarışıq komanda əldə edib. Ümumilikdə ölkəni 33 idmançı təmsil edib.

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisədir.

"Böhran baş verəcək, hazır olmalıyıq" - Mikayıl Cabbarov

"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır".

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.

Husilər Yəməndə atəşkəs müddətinin artırılması üçün şərt irəli sürüblər

Husilər paytaxt Sənada hava limanının fəaliyyətinə icazə verilməsi, maaşların ödənilməsi və əl-Hudeyda limanın fəaliyyətinə tam şəkildə icazə verilməsini şərt olaraq irəli sürüblər.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Hökumətinin Ali Siyasi Şurası"nın sədri Mehdi əl-Mşat tələb irəli sürüb.

Cəlilabadın sabiq icra başçısı bəraət istəyir

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsindəki ittihamedici hökmdən apelyasiya şikayəti verilib.

Operativ.tv APA-ya istinadən əldə etdiyi xəbərə görə, sabiq icra başçısının vəkilləri tərəfindən məhkəməyə göndərilən şikayət ərizəsində müvəkkilləri barəsindəki hökmün ədalətli olmadığı bildirilib.