22 June 2022

Teymur Rəcəbovdan növbəti heç-heçə

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçirilir.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparıb. Şahmatçımızın növbəti qarşılaşması da heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, T.Rəcəbovun bundan əvvəlki turların 3-də görüşləri heç-heçə ilə başa çatıb, 1 oyunda isə məğlub olub. Hazırda şahmatçımızın aktivində 2 xal var.

Peskov: "Putin Türkiyə müdafiə rəsmiləri ilə görüşməyəcək"

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan taxıl dəhlizi sammitindən əvvəl Moskvaya gedəcək Türkiyə hərbi heyəti ilə görüşməyəcəyini bildirib. .

Avstraliya parlamentində ilk başörtülü qadın

Avstraliya tarixində Senatda mandat qazanan əfqan əsilli ilk başörtülü qadın olan Fatimə Payman ailəsi və 3 bacısı ilə birlikdə Avstraliyaya qaçqın kimi gəlib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, Avstraliya tarixində Senatda mandat qazanan ilk başörtülü əfqan əsilli mühacir Fatimə Payman ailəsi və 3 bacısı ilə birlikdə Avstraliyaya qaçqın kimi gəlib.

Ehramı olmayan kişilərə Kəbə yaxınlığında təvaf etmək qadağan edildi

Səudiyyəlilərin qoyduğu qadağalara görə Allah evinin yanında yalnız bu il ehram bağlayanlar təvaf edə bilər, ehramla girməyənlər isə yuxarı təbəqələrdə təvaf etməlidirlər.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, bu il Həcc ziyarəti zamanı səudiyyəlilərin qaldırdıqları məsələlərdən biri də kişilərin Mataf və Məsaiyə girişinin məhdudlaşdırılmasıdır. 

Fələstinin Məvəddəh Yardım və İnkişaf Assosiasiyasından Tale Bağırzadəyə dəstək

Fələstin Məvəddəh Yardım və İnkişaf Assosiasiyası Tale Bağırzadəyə dəstək nümayiş etdirdi.
Azərbaycan Müsəlman Birliyi Hərəkatının lideri Mücahid Şeyx Tale Bağırzadənin və Azərbaycan həbsxanalarında olan yoldaşlarının nələrə məruz qaldığını böyük narahatlıqla izləmişik.
Biz isə mübarək Fələstindən orda müsəlmanların məruz qaldığı bu zülmü qınayırıq, xüsusən də həbsxanalarda millətin müqəddəsliyini, çarşabın namusunu müdafiə edən aclıq aksiyası keçirənlərə və oradakı müsəlman bacılara qarşı olan bu zülmləri qınayırıq.

Allahın təhqir olunmasına etiraz olaraq Gəncə Baş Polis İdarəsi önündə də aksiyaya cəhd olub-VİDEO

Növbəti bir qrup insan bu gün Gəncə Baş Polis İdarəsi önündə aksiya keçirməyə cəhd göstərib. Əsas tələbləri Allahı polis idarələrində təhqir edənlərin cəzalanması olan aksiya iştirakçıları müqəddəs dəyərlərə qarşı istənilən bir addımın yol verilməz olduğunu bildiriblər. Aksiya insidentsiz başa çatıb.

Buzovnada Xəzər sahilində hasarlar sökülür

Bu gün, iyunun 22-də Bakı Şəhər İcra Hakimiyyəti paytaxt Bakıdan 36 km məsafədə yerləşən Buzovna qəsəbəsindəki çimərlikdə vətəndaşların dənizə çıxışını məhdudlaşdıran hasarları sökməyə başlayıb. Bu barədə məlumatı Operativ.tv Azadlıq Radiosu-na istinadən yayıb.

Şikayətlərə görə, dəniz sahili sahilkənarı villa və restoran sahiblərinin ortaq istifadəsi üçün hasarlanmışdı.

Bir qrup inanclı Beyləqan Polis İdrəsi önündə aksiya edib-VİDEO

 

Məlum Allahın təhqiri ilə bağlı etiraz aksiyası bu gün Beyləqan rayonunda da qeydə alınıb. Rayonun inanclılarından ibarət bir qrupu Beyləqan Rayon Polis idarəsinə gedərək Allahın təhqir olunmasına etirazlarını bildiriblər. Aksiya iştirakçıları Allahın təhqirini həyata keçirənlərin cəzalanması ilə bağlı yazılı müraciəti idarəyə təqdim ediblər.

Prezident Aparatı önündə aksiyaya cəhd olub-VİDEO

Polis idarələrində Allahın təhqir edilməsi, zorakılıq hallarına etiraz olaraq bir qrup inanclı bu gün Bakıda, Prezident Aparatı önündə aksiyaya etməyə cəhd göstərib. Operativ.tv -nin məlumatına görə polislər metronun çıxışında onların qarşısını kəsərək qeyd edilən ünvana getmələrinə icazə verməyib. Onlar bunu görüşün qəbul ünvanı olaraq Prezident Administrasiyasının Gənclikdəki şöbəsinə getməklə əsaslandırıb. İnanclılar deyilən ünvana getməyə çalışsalar da, o ərazidə də, polis etirazı ilə üzləşiblər.

Allahın təhqir olunması ilə bağlı şikayət məktubuları dövlət idarələrinə veilir

Artıq 19-günə çatan polis idarələrində işgəncələr fonunda Allahın təhqirinə etiraz olaraq həbsxanalardan başladılan aksiyaya bu gün Azərbaycan vətəndaşları dövlət idarələrinə gəlməklə öz dəstəklərini nümayiş etdiriblər. Belə ki, səhərdən başlayaraq Azərbaycanın müxtəlif şəhər və bölgələrindən sıravi vətəndaşlar Allahın söyülməsinə etiraz olaraq dövlət idarələrinə gəlir və yazılı müraciətlə təhqirə yol verən şəxsin (və ya şəxslərin) cəzalanmasını tələb edirlər.

İraq Kürdüstanında Tale Bağırzadəyə dəstək

İraq Kürdüstanı Ədalət Cəmiyyətinin sözçüsü Muhəmməd Həkim Cabbar Tale Bağırzadəyə dəstək nümayiş etdirib: 
Biz İraq Kürdüstanının Ədalət Cəmiyyəti Ömər Əl-Faruqun (Siz insanları nə zaman kölə etdiniz, halbuki anaları onları azad dünyaya gətirib) sözünə uyğun olaraq zalım rejimlərin zalım həbsxanalarında olan bütün məzlumların və məhbusların yanındayıq. Bu baxımdan biz Azərbaycan İslam Birliyi liderinin həbsini pisləyir və məhbuslarla harada olurlarsa olsunlar yaxşı rəftar edilməsini tələb edirik.

Baş nazirdən Azərbaycanda ətin qiyməti ilə bağlı qərar

“Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib.

Operativ.tv “Az.shafaqna.com”-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

İsrail Knesseti buraxılması üçün səsvermə keçirir

Son dörd ildə beşinci dəfə olaraq İsraildə Knesset seçkiləri keçiriləcək. Knesset bu gün özünün buraxılması üçün səsvemə keçirir.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, İsraildə bu gün Knessetin buraxılması üçün səsvermənin keçirilməsi koalisiya hökumətinin növədənkənar seçkilərə getməklə bağlı qərarından sonra baş tutur.

Müqtəda Sədr istefa verib

Müqtəda Sədr rəhbərlik etdiyi Sədr hərəkatının nümayəndələrini İraq parlamentindən istefa verməyə məcbur etdikdən sonra özü də istefa verib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr dünyada və axirətdə “korrupsioner” siyasətçilərlə ortaq olmamaq üçün siyasi proseslərdən çəkilmək qərarına gəldiyini açıqlayıb. 
Sədr hərəkatının lideri öz hərəkatının üzvləri ilə qapalı görüşündə “korrupsionerlər bu seçkilərdə iştirak etsə, növbəti seçkilərdə namizəd olmayacaq” deyə vurğulayıb. 

İordaniyalılar Quranın tədrisini tənqid edən vəqflər nazirinə sərt reaksiya veriblər

Vəqflər naziri Məhəmməd əl-Həlaylanın ölkədəki Quran əzbərləmə mərkəzlərində beş yaşlı uşaqlara Quran öyrədilməsini tənqid edən videosu yayımlanıb.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən xəbər verir ki, İordaniyadakı virtual şəbəkə fəalları ölkənin Vəqflər naziri Məhəmməd əl-Həlaylanın ölkədəki Quran əzbərləmə mərkəzlərində beş yaşlı uşaqlara Quran öyrədilməsini tənqid edən videosunu yayıblar.

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Liviya qanun layihəsi qəbul edilib

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Liviyada daha 18 ay qalması üçün Prezident İcazəsi toplantısı keçirilib və danışıqların sonunda qətnamə qəbul edilib.
TSK ünsürlərinin Liviyada daha 18 ay qalması ilə bağlı qətnamə Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib.
Liviyaya qoşun yeritmək üçün verilən icazənin 2 iyul 2022-ci il tarixindən etibarən 18 ay müddətinə uzadılması ilə bağlı prezident memorandumu Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilib.

Azərbaycanın Mədəniyyət naziri İranın Milli Kitabxana və Arxiv İdarəsinin rəhbəri ilə görüşüb

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov İrana səfəri çərçivəsində bu ölkənin Milli Kitabxana və Arxiv İdarəsində olub.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Anar Kərimov İranın Milli Kitabxana və Arxiv İdarəsinin rəhbəri Əlirza Muxtarpurla görüşərək, qarşılıqlı mədəni, elmi və tədqiqat sahəsində əlaqələri müzakirə ediblər.

BƏƏ-dən Suriyaya ilk uçuş

Operativ.tv Rasthaber-ə istinadən xəbər verir ki, Suriya Nəqliyyat Nazirliyi Şarja hava limanından Latakiya beynəlxalq hava limanına ilk uçuşun həyata keçirildiyini bildirib.
Suriya mətbuatına görə; Nəqliyyat Nazirliyindən verilən açıqlamada, bir neçə ildir dayandırılan BƏƏ-dən Suriyaya birbaşa uçuş dünən həyata keçirilib.
O bildirib ki, Şarja hava limanından Latakiya beynəlxalq hava limanına ilk uçuş həyata keçirilib.