17 June 2022

İran nəticə verəcək nüvə danışıqları istəyir və qarşı tərəfi real olmağa çağırır - Abdullahiyan

“İran İslam Respublikası nəticə verəcək müzakirələrdən yanadır. Biz Parlamentimizin qərarlarına əməl edir, müzakirələri davam etdiririk. ABŞ-ı real olmağa, dəlisov sanksiyalar tətbiq etməkdən çəkinməyə, Beynəlxalq Atom Enerjisi Agentliyini peşəkar davranmağa və siyasi addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda şəkkimiz də yoxdur ki, sanksiyaları zərərsizləşdirə bilərik.”

7 yaşlı fələstinli Quranı tam əzbərlədi

Bu yaxınlarda 7 yaşlı fələstinli uşağın adı bütün İslam aləminə səs salıb.

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, belə ki, Rəşad Nimr Əbu Rəs müqəddəs Qurani-Kərimi tam əzbərləyib.

7 yaşlı Qəzza sektoru sakini nail olduğu Quran hafizi statusu ilə insanlar arasında məşhurlaşıb.

Onun biliyi ruhanilər tərəfindən yoxlanılaraq təsdiqlənib.

Patruşev: ABŞ-da təhsil aldıqdan sonra tələbələr "rəngli inqilabların təşviqatçısı" olurlar

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvanda KTMT-dən olan həmkarları ilə görüşündə bildirib ki, ABŞ-a təhsil almağa gedən tələbələr “rəngli inqilabların təşviqatçısı” kimi qayıdırlar.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Əfqanıstanda cümə namazı vaxtı məsciddə partlayış törədilib

Əfqanıstanın şimalında yerləşən Künduz əyalətində məsciddə partlayış törədilib.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bu barədə Künduz əyalətində yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, əyalətin İmam-Sahib rayonunda cümə namazı vaxtı məscidlərin birində partlayış törədilib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Bakını xaricdəki tənqidçilərinə qarşı təqibləri dayandırmağa çağırıb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ölkə hakimiyyətini xaricdə olan tənqidçilərinə təqibləri dayandırmağa çağırıb. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

Siyasi mühacir və bloger Məhəmməd Mirzəlinin "sifarişli qətlinə" cəhd "şokedici" adlandırılıb. Ehtimal olunan iki killer 14 iyun 2022-ci ildə Fransada saxlanılıb. Əvvəllər də Mirzəliyə iki dəfə sui-qəsd olub.

Fransada siyasi mühacir Vidadi İsgəndərliyə hücum olub

Operativ.tv Turan-a istinadən xəbər verir ki, iyunun 16-da axşam Fransanın Müluz şəhərində azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərliyə hücum olub. O, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid etməsilə tanınır.

“Gecə ofisimə daxil olarkən bir neçə nəfər mənə hücum etdi. Ofisin pəncərəsini sındırdılar. Mənə  elə gəldi ki, ərəb idilər. Əllərində silah və bıçaq vardı. Mənə hücum etdilər. Kürəyimdən bıçaqla vurdular. Əllərim kəsilib”, - İsgəndərli Facebook-da yazıb.

Aclıq edən Əfqan Abbasov cəzaçəkmə müəssisəsindən aparılıb

Artıq 4 gündür ki, polsilərin Allahı təhqir etmələrinə etiraz olaraq aclıq aksiyası keçirən Əfqan Abbasov dünən cəza çəkdiyi 15 saylı cəzaçəkmə müəssisəsindən aparılıb. Lakin onun hara və kim tərəfindən aparılması barədə həbsxana rəhbərliyindən heç bir məlumat verilmir. 
Bu məlumatı Operativ.tv-yə yaxınları bildirib. 
Qeyd edək ki, polislərin Allahı təhqir etmələrinə etiraz olaraq Tale Bağırzadə iyun ayının 3-dən aclıq aksiyasına start verib.

Bamyan Universitetində Cəfəri fiqhi Hənəfi fiqhi ilə əvəz edilib

Bu şiə vilayətində Talibanın əmri ilə Hənəfi fiqhinin tədrisi Cəfəri fiqhini əvəz etdi. Taliban hakimiyyətə gəldikdən sonra əfqan şiələrinin hakimiyyət strukturunda varlığı və mövqeyi, dini hüquq və azadlıqlardan istifadə məsələsi bir daha müzakirə olunub.
Operativ.tv “Shia News”-a istinadən məlumatına görə, Əfqanıstan xalqının İslami Vəhdət Partiyasının lideri Məhəmməd Mühəqiq mənbələrə istinadən bildirib ki, Bamyan Universitetində Cəfəri fiqhinin tədrisi dayandırılıb.

Sionist qüvvələr Cənin şəhərində 3 fələstinlini öldürüb

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, sionist rejim hərbçilərinin İordan çayının qərb sahilində Cənin şəhərinə təşkil etdiyi basqında 3 fələstinli şəhid olub, 8 nəfər isə yaralanıb.
Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada deyilir: “Cənin şəhərində sionist rejim qüvvələrinin açdığı güllələrdən 3 fələstinli şəhid olub, 8 nəfər yaralanıb”. 
Fələstin dövlət televiziyasının xəbərinə görə, ölən fələstinlilərin Bəra Ləhluh, Leys Ebu Surur və Yusuf Salah olduğu müəyyən edilib.

DÇ 2026-nın keçiriləcəyi şəhərlərin adları açıqlandı

2026-cı il ABŞ, Kanada və Meksikada təşkil olunacaq futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlər müəyyənləşib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, bu barədə məlumat FIFA-nın "Twitter" səhifəsində yerləşdirilmiş paylaşımda öz əksini tapıb.

Turnir ABŞ-ın Atlanta, Boston, Dallas, Hyuston, Kanzas Siti, Los Anceles, Mayami, Nyu-York/Nyu Cersi, Filadelfiya, San Fransisko və Sietl şəhərlərində olacaq.

İmam Əli (ə) ziyarətgahına bağlı ibtidai məktəbdə 7-ci məzuniyyət

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, İraqın Nəcəf şəhərində İmam Əli (ə) ziyarətgahına bağlı “Şahzadə Əhbab” adlı ibtidai məktəbdə 7-ci məzuniyyət mərasimi keçirilib.

İbtidai təhsil ocağı müasir standartlara cavab verən məktəb olmaqla yanaşı, burada ölkənin öndə gələn müəllimlərinin işləməsi diqqət çəkir.

Nigeriyada “Boko Haram” terror təşkilatının 204 üzvü təslim oldu

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Nigeriyada “Boko Haram” terror təşkilatının 204 üzvü təhlükəsizlik qüvvələrinə təslim olub.

Bu barədə Nigeriya ordusu məlumat yayıb.

Bildirilib ki, ölkənin Borno əyalətinin Bama bölgəsində “Boko Haram” və ISWAP terror təşkilatlarına qarşı əməliyyatlar zamanı 204 terrorçu təhlükəsizlik qüvvəlirinə təslim olub. Onlar yenidən cəmiyyətə inteqrasiya olmaları üçün reabilitasiya ediləcəklər.

Peskov: Ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyət Qərbin səhvlərinin nəticəsidir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ərzaq təhlükəsizliyi, taxıl və gübrə təchizatı ilə bağlı mövcud vəziyyət Qərb dövlətlərinin səhvlərinin nəticəsidir.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

ABŞ: Nüvə sazişinə qayıtmaq mümkündür

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, İranla nüvə sazişinə ikitərəfli qayıtma ehtimalı var.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı günü axşam keçirdiyi mətbuat konfransında bildirib ki, İran razılaşmadan kənar məsələləri bir kənara qoysa, ikitərəfli nüvə sazişinə qayıtmaq ehtimalı var. 
ABŞ rəsmisi iddia edib ki, ABŞ-ın əvvəlki administrasiyası düzgün işləsəydi, onlar nüvə sazişindən əl çəkməzdilər, biz indi bu vəziyyətdə olmazdıq.