14 June 2022

Fransada azərbaycanlı bloggeri öldürməyə cəhddə ittiham olunan iki nəfər həbs edilib

İyunun 14-də səhər saatlarında Fransa polisi Anje şəhəri yaxınlığında iki nəfəri həbs edib. Sərhədsiz Reportyorlar təşkilatının bəyanatında deyilir ki, onlar bloger Məhəmməd Mirzəliyə sui-qəsd cəhdində şübhəli bilinirlər. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

Daha 3 güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Operativ.tv Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Məlumata əsasə, yarışın ikinci günündə – iyunun 14-də yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən idmançılar mübarizəyə qoşulublar.

Avropa İttifaqı Türkiyədəki suriyalılara 50 milyon avro ayırdı

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, Avropa İttifaqı (Aİ) Türkiyədəki suriyalılara dəstək proqramına 50 milyon avro əlavə maliyyə ayırıb.

Aİ Komissiyasından verilən yazılı məlumata görə, yardımın ixtisaslaşmış səhiyyə, hüquqi məsləhət, psixososial dəstək və mülki sənədlərə çıxış kimi məsələlərin həllinə kömək edəcəyi bildirilib.

ABŞ dövlət katibinin köməkçisinin müavini hüquqşünaslarla görüşüb

Bu gün, iyunun 14-də ABŞ dövlət katibinin köməkçisinin demokratiya, insan Haqları və əmək məsələləri üzrə müavini Kara Makdonald bir qrup vəkillə görüşüb.  Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb. Görüşdə insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış vəkillər Elçin Sadıqov, Zibeydə Sadıqov və Nemət Kərimli iştirak edib.

Nemət Kəırimli facebook səhifəsində bildirirb ki, görüşdə ölkədəki insan hüquqlarının vəziyyəti, seçki qanunvericiliyi və Tərtər hadisələri geniş müzakirə olunub.

MTN polkovniki: “Etibar Əliyevdən alınan 5 mərtəbəli villa yüksək vəzifəli şəxsə hədiyyə verilib"

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Allahı tanımağın zərurəti

Bağışlayan və Mehriban Allahın adı ilə
1-ci hissə
Sual: Niyə biz Allahı tanımalıyıq? Allahı tanımaq insan həyatına necə təsir edir? Bunu niyə araşdırmalıyıq? Allahı tanımağın nə əhəmiyyəti var? Hansı zərurət bizi kainatın mənşəyi haqqında düşünməyə vadar edir?
Qısa cavab:
Allahı tanımağa bizi vadar edən zərurətlər bunlardır: 
1. Kainatla tanışlıq istəyi
2. Minnətdarlıq və təşəkkür etmə hissi 
3. Qazanc və zərərlərimizi bu məsələ ilə əlaqələndirmək 
4. Elmlər arasında Allahı tanıma elminin üstünlüyü

Daha bir məhbus aclıq aksiyasına qoşulub

On birinci gününə qədəm qoyulan Allahın təhqirinə etiraza bu gün bir nəfər də qoşulub. 15 saylı cəzaçəkmə müəssisəsindən Abbasov Əfqan Fəridağa oğlu cəza çəkdiyi müəsisə rəhbərliyinə yazılı müraciət edərək Allahın polis idarələrində təhqirinə etiraz edib. O, aclığını günahkarların cəzalanmayacağı təqdirdə davam etdiirəcəyini bildirib. Bu haqda məlumatı o, özü bildirib.

Vəkil Fəxrəddin Mehdiyev: “Tale Bağırzadənın hərarəti yüksək olsa da, aclıq aksiyasını davam etməyə qətiyyətlidir”

Bu gün vəkil Fəxrəddin Mehdiyev Qobustan həbxanasında Tale Bağırzadə ilə görüşüb. Bu barədə məlumatı vəkil özü bildirib. Onun söylədiyinə görə Tale Bağırzadənin hərarəti yüksək olaraq qalır. Lakin o, polis idarələrindəki Allahın təhqir olunması hallarına hüquqi qiymət verilməyənə qədər aclığını davam etdirməkdə israrlıdır. Vəkil T. Bağırzadənin Allahın təhqirinə yönəli addımlar atan şəxslər cəzalanmayana qədər o bu addımdan dönməyəcəyini söyləyərək ilahiyyatçı bir daha özünə deyil, Allahın təhqirinə bütün fikirlərin yönəlməsinə təkid edib.

Səudiyyə Ərəbistanı Qətif vətəndaşının ölüm hökmünü təsdiqləyib

Səudiyyə Ərəbistanı bu ölkədə yaşayan şiələri qorxutmaq məqsədi ilə onları qırmağa davam edir. Bu dəfə Qətif şəhərindən olan daha bir şiəni edam etmək qərarına gəlib.
Operativ.tv SHAFAQNA TURKEY-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının cinayət məhkəməsi dünən (bazar ertəsi) daha bir Qətif vətəndaşının ölüm hökmünü qüvvədə saxlayıb.
Thawar ən-Nimr şəbəkəsinin Twitter hesabından sitat gətirilən xəbərə görə, Qətif vətəndaşı Heydər Nasir əl-Tahifənin edam hökmü beş il həbs cəzasını çəkdikdən sonra qüvvədə saxlanılıb.

Üsyançılar kritik şəhəri ələ keçirdi: 30.000 dinc sakin Uqandaya sığındı

Konqoda M23 adlı üsyançı qrup ölkənin şərq sərhədindəki Bunaqana qəsəbəsini ələ keçirib. Münaqişə səbəbindən 30 min insan qonşu Uqandaya qaçıb.
Operativ.tv MİLLİ GAZETE -yə istinadən xəbər verir ki, münaqişələrin tüğyan etdiyi Konqo Demokratik Respublikasında ölkə xaosa qərq olur.
M23 üsyançı qruplaşması ölkənin şərqində Uqanda ilə sərhəddə, Şimali Kivu əyalətinin Rutqoqa bölgəsindəki Bunaqana şəhərini ələ keçirib.
Üsyançı qrup şəhəri ələ keçirdikdən sonra bölgədə davam edən münaqişə səbəbindən 30 min insanın Uqandaya qaçdığı bildirilir.

“Sərhədsiz Reportyorlar” Almaniyanı rusiyalı müstəqil jurnalistlərə vizaların verilməsini sadələşdirməyə çağırıb

Operativ.tv Turan-a istinadən xəbər verir ki, "Sərhədsiz Reportyorlar" beynəlxalq hüquq- müdafiə təşkilatı Rusiyanın müstəqil KİV əməkdaşları və onların qohumlarına humanitar və iş vizalarının verilməsi proqramını sadələşdirməyə və genişləndirməyə çağırır. Bu barədə təşkilatın bəyanatında deyilir.

“Sərhədsiz Reportyorlar” təşkilatı müharibə başlayandan sonra Rusiyanı tərk etmiş 70 rusiyalı dissidentə daimi yaşayış icazəsinin verilməsilə bağlı Almaniya hakimiyyətinin qərarını alqışlayıb.

Dövlət Departamentinin təmsilçisi vətəndaş cəmiyyəti və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi  Kara Makdonald Azərbaycana gəlib. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

İyunun  13-15-də o, dövlət məmurları , hüquq müdafiəçiləri, müstəqil KİV-lərin və siyasi partiyaların nümayəndələrilə görüşlər keçirəcək. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir.

Qətər və Ermənistan arasında 7 saziş

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Doha səfəri çərçivəsində Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani və baş nazir Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Sani ilə görüşüb.
Qətərin rəsmi agentliyi olan QNA-da yer alan xəbərə görə, Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani Ermənistanın baş naziri Nikol Paşinyanı Əmirlik Divanındakı ofisində qəbul edib.

Zelenski: Biz işğalçıları torpaqlarımızdan qovacağıq

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində Rusiyanın işğal etdiyi bütün torpaqların azad edilməsi üçün mübarizəni davam etdirəcəklərini bəyan edib.
Operativ.tv AA -ya istinadən xəbər verir ki, Zelenski Telegram hesabındakı paylaşımında 110 günlük müharibəni dəyərləndirib və qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu gün Donbas bölgəsində uğurlu əməliyyatlar keçirib.

Fələstinli hərəkatlar gələn cümə İsraillə açıq qarşıdurmanın olacağı barədə xəbərdarlıq ediblər

Qəzzada fələstinli hərəkatlar bir araya gələrək İsrail qüvvələrinin son basqınları və həbsxanalarda olan fələstinli məhbusların vəziyyəti ilə bağlı xəbərdarlıq ediblər.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, fələstinli hərəkatların ötən gün Qəzzada keçirdiyi toplantıda qarşıda gələn cümə günü İsraillə açıq qarşıdurmanın olacağı barədə xəbərdarlıq edilib.

Suriya hökuməti və müxalifət Nur-Sultanda danışıqlara qatılacaqlarını bildiriblər

 İyun ayının 15 və 16-da Nur-Sultanda keçiriləcək Suriya üzrə danışıqlarda sülhə zamin duran ölkələrin, Suriya hökuməti və müxalifətinin nümayəndə heyətləri iştirak edəcək.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Samadyarov bildirib.