12 June 2022

Norveç neft hasilatını dayandıra bilər

Operativ.tv Azpolitika-ya istinadən məlumat verir ki, Norveçdə neft hasilatı dənizdəki mədən işçilərinin tətili səbəbindən azala və ya ümumiyyətlə dayana bilər. Bu barədə Norveç Neft Assosiasiyası (NOG) məlumat yayıb.

Bildirilir ki, tətil işçilərin əmək haqlarının səviyyəsindən narazı olması səbəbindən başlaya bilər. Müəssisələrdə çalışan 7,5 min işçidən 845 nəfəri tətilə başladığını elan edib.

9 gündür aclıq edən Tale Bağırzadə ilə ailəsi əlaqə saxlaya bilmir

Operativ.tv Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Qobustan qapalı həbsxanasında aclıq aksiyasına başlayan Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 9 gündür aclığı davam etdirir. Hazırda Tale Bağırzadəyə dəstək məqsədi ilə həbsdə olan daha 11 nəfər aclıq edir.

Bu barədə Tale Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə Amerikanın Səsinə müsahibəsində bildirib.

FHN əhaliyə müraciət edib: “Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun”

İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb.

Qorxu, tərəddüd, yoxsa...

Günlərdir Tale Bağırzadənin aclıq aksıyasına başladığı Allahın ali zatına təhqir gündəm mövzusu olaraq qalmaqdadır. Hər bir fərdin narhatlıq yaşadığı hadisə son günlər polis idarələrindəinsanları işgəncə altında təhqiri ilə yanaşı Allahın söyülməsi, Allaha qarşı cürət haqlı olaraq Azərbaycan xalqında narahatlıq yaradıb. Hətta mövzunun əslini nəzərə alaraq ölkədən kənar da narahatlıq artmaqdadır.

Şimali İraqda 220 terrorçu zərərsizləşdirilib - "Pençe-Kilit" əməliyyatı

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının daha 3 silahlısını zərərsizləşdirib.

Operativ.tv "Unikal" -a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, yaraqlılar həmsərhəd ölkənin üç bölgəsində aprelin 18-dən davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib. Beləliklə, əməliyyat başlayandan zərərsizləşdirilən terrorçuların sayı 220-yə yüksəlib.

Hindistanda müsəlmanların kütləvi etiraz aksiyaları davam edir

Hindistanın hakim partiyası - “Bharatiya Canata Parti”nin rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına səsləndirdiyi qalmaqallı fikirlərə qarşı Rançi şəhərində (Carkxand ştatı) keçirilən etiraz aksiyalarında ötən sutka ərzində azı 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Operativ.tv “Report”a istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Ştatın bir sıra bölgələrində komendant saatı tətbiq edilib.

İsrail rejimi BƏƏ və Bəhreyndə radar sistemləri quraşdırıb

İsrail İrandan atılan raket hücumlarına qarşı erkən xəbərdarlıq etmək üçün Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyndə radar sistemləri quraşdırıb.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, bu məlumatı İsrailin “Kanal 12” telekanalı yayıb.

Bundan başqa, telekanal bildirib ki, ABŞ İsrailin bölgədə diplomatik əlaqələri olmayan bəzi ərəb ölkələri də daxil olmaqla, İrana qarşı yeni təhlükəsizlik ittifaqı yaratmağa hazırlaşır.

Daha bir məhbus aclıq aksiyasına qoşulub

 

Doqquzuncu gününə qədəm qoyulan Allahın təhqirinə etiraza bu gün bir nəfər də qoşulub. 11 saylı cəzaçəkmə müəssisəsindən İbrahimov Elşad Mehdi oğlu cəza çəkdiyi müəsisə rəhbərliyinə yazılı müraciət edərək Allahın polis idarələrində təhqirinə etiraz edib. O, aclığını günahkarların cəzalanmayacağı təqdirdə davam etdiirəcəyini bildirib. Bu haqda məlumatı o, özü bildirib.

Aİ: “Ermənistandakı zorakılıq halları araşdırılmalıdır”

“Polis tərəfindən nümayişçilərə qarşı qeyri-mütənasib güc tətbiqi, eləcə də nümayişçilərin asayiş keşikçilərinə qarşı güc tətbiqi qəbuledilməzdir. İyunun 3-də baş vermiş zorakılıq hadisələri, o cümlədən xüsusi vasitələrin istifadəsi araşdırılmalıdır. Bəzi hallarda bu, artıq həyata keçirilir”.

Suriyada mina partlayışı nəticəsində 8 nəfər həlak olub, onlarla yaralı var

Suriyanın Deraa əyalətində terrorçular tərəfindən yerləşdirilən minanın partlaması azı 8 mülki şəxsin ölümünə səbəb olub.

Operativ.tv “Report” -a istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Məlumata görə, mina Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında quraşdırılıb.

Mini futbol üzrə Azərbaycan millisi Avropa çempionu oldu

Mini futbol üzrə Azərbaycan millisi bu gün Avropa çempionatında final oyununa çıxıb.

Operativ.tv Apasport.az-a istinadən məlumatına görə, Slovakiyanın Koşitse şəhərində keçirilən həlledici qarşılaşmada komandamızın rəqibi Rumıniya olub.

Elşad Quliyevin yetirmələri B qrupundakı ilk oyununda 0:2 hesabı ilə uduzduğu 6 qat qitə çempionu ilə matça bu dəfə daha inamlı başlayıb. İlk hissənin son dəqiqəsində Seymur Məmmədovun qolu sayəsində komandamız fasiləyə öndə yollanıb.