08 June 2022

Əl-Əzhər: Peyğəmbərə (s) hörmətsizlik etmək əsl terrordur

Əl-Əzhər bəzi Hindistan rəsmiləri tərəfindən Peyğəmbərə (s) hörmətsizlik edilməsini pisləyərək, bu cür davranışın bütün dünyanı ölümcül böhranlara və müharibələrə sürükləyə biləcək əsl "terror" olduğunu vurğulayıb.

Operativ.tv Az.rasthaber.com -a istinadən xəbər verir ki, Əl-Əzhər bir bəyanat yayaraq, Hindistanın hakim partiyasının sözçüsününü Peyğəmbərə (s) hörmətsizlik etməsini pisləyib.

Samir Abasov istefaya göndərilib

"Neftçi" klubunun baş məşqçisi müəyyənləşib.

Operativ.tv "Unikal" -a istinadən xəbər verir ki, bu barədə qərar klubun Müşahidə Şurasının iclasında qəbul olunub.

Samir Abasov istefaya göndərilib. Komandaya yeni baş məşqçinin təyin olunması iyunun 14-də növbəti iclasda həyata keçiriləcək. Həmin vaxtadək namizədlər müəyyənləşəcək.

Əli Əliyev aclıq aksiyasını dayandırdı

Ötən gün Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən sonra Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev aclıq aksiyasına başladığını söyləmişdi.

Operativ.tv "Unikal" -a istinadən əldə etdiyi məlumata görə, Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin profilaktik söhbətlərindən sonra Əli Əliyev başladığı aclıq aksiyasını dayandırıb.

O,  hazırda özünü normal hiss edir. 

Cabbar Cabbarovun vəziyyəti ağırlaşdı, o müalicə mərkəzinə köçürüldü

2015-ci il Nardaran hadisələri zamanı həbs olunmuş və 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cabbar Cabbarovun dünən gecə səhhətində kəskin problemlər yaranıb. Mənbus qan qusmağa başlayıb. Səhhətinin ağırlaşdığını görən müəssisə rəhbərliyi elə gecə ikən Cabbarı Pentesiar Xidmətin Mərkəzi Müalicə mərkəzinə köçürüblər. Ailəsinin verdiyi məlumata görə onun səhhəti ilə bağlı əldə etdikləri məlumat hələ ki, bununla yekunlaşır.

Vətəndaş və İnkişaf Partiyası partiya liderinə qarşı "saxta prosesin" dayandırılmasını tələb edir

Vətəndaş və İnkişaf Partiyası hakimiyyətin partiyanın sədri Əli Əliyevə qarşı təzyiqləri davam etdirməsini qətiyyətlə pisləyərək, onun dərhal azad edilməsini tələb edir. Bu barədə Operativ.tv Turan-a istinadən xəbər verir. 

Bubarədə partiyanın bəyanatında deyilir. Partiya dünən həbsxanada aclığa başlayan Əliyevin səhhətinə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyur.

Ayətullah Xamenei: Bu, ilahi dəvətdir

Operativ.tv Az.shafaqna.com -a istinadən xəbər verir ki, İranın Ali lideri Ayətullah Xamenei İranda Həcc ziyarətinin təşkilatçıları ilə görüşüb.

O bildirib ki, 2 illik fasilədən sonra Məkkəyə ziyarətin bərpası iranlı və digər zəvvarlar üçün “xoş xəbər” oldu.

Bu, sizin üçün qəlbin paklanmasına qapı açan ilahi dəvətdir“, – deyə Ayətullah Xamenei qeyd edib.

Dünya Bankı qlobal iqtisadiyyatın yavaşlaması, inflyasiyanın artması ilə bağlı xəbərdarlıq edir

Dünya Bankı qlobal artımla bağlı proqnozlarını 1,2%-dən 2,9%-ə endirdiyi vaxt çərşənbə axşamı bildirib ki, dünya 2022-ci il üçün "zəif artım və yüksək inflyasiyanın uzun sürən dövrünə" daxil olur. Bu barədə məlumatı Operativ.tv Amerikanın Səsi-nə istinadən yayır.

Dünya Bankı bir çox ölkənin iqtisadi tənəzzüllə üzləşə biləcəyini əlavə edib.

BMT: Dünya Ukraynadan kənardakı yerləri də görməlidir

Operativ.tv Rasthaber – ə istinadən verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) xəbərdarlıq edib ki, dünya bütün diqqətini Ukrayna böhranına yönəltməklə yanaşı, digər regionlardakı humanitar böhrana məhəl qoymamağa davam edərsə, Şərqi Afrikada uşaq ölümlərinin sayında partlayış olacaq.
BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransında çıxış edən BMT Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrika üzrə regional direktorunun müavini Rania Daqaş Şərqi Afrika ölkələrində uşaqların qidalanma nisbəti ilə bağlı rəqəmləri bölüşüb.

“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” və “Qəbələ” irəliləyib

Avropanın top komandalarının iyun reytinqi açıqlanıb.

Operativ.tv Apasport.az-a istinadlı məlumatına görə, siyahıda qitənin 450 ən güclü klubu yer alıb.

Azərbaycan reytinqdə üç komanda ilə təmsil olunub. Premyer Liqanın çempionu “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir.

Qurban Qurbanovun yetirmələri 183 xala malikdir. Ağdam klubu 80-ci yerdəki mövqeyini qoruyub.

Sionistlər öz vətəndaşlarına Türkiyəyə səyahətlə bağlı xəbərdarlıq ediblər

Sionist rejimin mediası bir daha İranın sionistlərə qarşı qisas alacağından qorxaraq Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edib.
Operativ.tv Əl-Məyadin televiziyasına istinadən xəbərinə əsasən, sionist rejim mediası bir daha sionistləri Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq edərək, bu xəbərdarlığın çox ciddi və real olduğunu bildirib.

Amerikalı müəllimə İŞİD briqadasına rəhbərlik etdiyini etiraf edib

Keçmiş amerikalı müəllimə İŞİD-də xüsusi qadınlar briqadasına komandirlik etdiyini etiraf edib.
Operativ.tv SHAFAQNA TURKEY – ə istinadən verdiyi xəbərə görə, keçmiş amerikalı müəllimə İŞİD-də xüsusi qadınlar briqadasına komandirlik etdiyini etiraf edib.
France 24-ün verdiyi xəbərə görə, ABŞ Ədliyyə Nazirliyi İŞİD-in hərbi rütbələrində işlədiyi müddətdə fərqlənən və tamamilə qadınlardan ibarət İŞİD hərbi batalyonunu təşkil edən amerikalı qadının günahını etiraf etdiyini açıqlayıb.

Allahın təhqirinə etiraza siyasi məhbus Seyfəddin Şirvanov da qoşuldu

Bu gün Siyasi məhbus Seyfəddin Şirvanov polis idarələrində Allahın təhqir olunmasına etiraz olaraq aclıq edən məhbuslar sırasına qoşulub. Bu barədə o, özü zəng vuraraq bildirib. Eyni halda Seyfəddin bildirib ki, Allahın təhqirinə yol verən şəxslər cəzalanmayana qədər o, aclığı davam etdirməkdə qətiyyətlidir.