05 June 2022

Tale Bağırzadə aclıq aksiyasına başladı

İlahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı ilahiyyatçı özü bildirib. İyunun 3-də, cümə günü cəza çəkdiyi Qobustan həbsxanasının rəhbərliyinə aksiya ilə bağlı yazılı bildiriş edərək o, son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr fonunda Allahın söyülməsi, təhqiri dayandığını bildirib. Bütün bunların bəşəri dəyərlərin alçaldılması, inanca qarşı qəbul edilməz addım olduğunu bildirən T.

İlon Mask 17 milyard dollar itirdi

"Tesla" şirkətinin rəhbəri İlon Maskın sərvəti təxminən 17 milyard dollar azalıb.

Operativ.tv "Unikal" -a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Bildirilib ki, "Tesla"-nın işçi qüvvəsinin 10%-ni ixtisar etməli olacağı xəbərləri fonunda səhmlərin ucuzlaşmağı buna səbəb olub. Belə ki, Nyu-York birjasında keçirilən ticarət sessiyası zamanı "Tesla" səhmləri 5%-dən çox ucuzlaşdığından İlon Mask 16,9 milyard dollar itirib.