03 June 2022

Yığmamız Estoniya seçməsini darmadağın edib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Parnu şəhərindəki “Parnu Rannastadion”dakı qarşılaşma Azərbaycan komandasının 5:0 hesablı qələbəsi ilə bitib.

Ermənistanda polislə toqquşma - 40-dan çox yaralı var

İrəvanda polislə toqquşmalarda qırxdan çox adam xəsarət alıb.

Operativ.tv "Unikal"-a istinadən  bu barədə erməni mətbuatına istinadən xəbər verir.
“Bu gün Proşyan və Dəmirçiyan küçələrinin kəsişməsində baş verən insidentdə mülki şəxslər və polis əməkdaşları zərər çəkib. Xəstəxanalara 42 nəfər gətirilib. Onlardan 22-si polisdir” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bugünkü etiraz aksiyasında polis səs qumbaraları tətbiq edib.

"Afrikada insanlar aclıqdan ölərkən Bayden Ukraynaya 40 milyard dollar verir"

Operativ.tv Rasthaber – ə istinadən verdiyi xəbərə görə, Braziliyanın keçmiş prezidenti Lula da Silva ABŞ prezidenti Baydenin Afrikada insanların aclıqdan öldüyü bir vaxtda Ukraynaya silah alması üçün 40 milyard dollar verəcəyini bildirib və "Bu, ola bilməz" deyib.
Braziliyada keçirilən prezident seçkilərində tanınmış adlar arasında olan solçu Fəhlə Partiyasının (PT) namizədi Lula da Silva ABŞ-ın Ukraynaya böyük maliyyə yardımı etməsini tənqid edib.

Prokuror Cəlilabadın keçmiş icra başçısının 13 il müddətinə həbs olunmasını istəyib

Operativ.tv Turan-a istinadən xəbər verir ki, Cümə günü Cəlilabad rayonunun keçmiş icra başçısı Namiq Zeynalovun işi üzrə məhkəmə istintaqı başa çatır.

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı onun 13 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Prokurorun fikrincə, istintaq mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığı faktını tamamilə sübut edib.

Türkiyə, İran və Səudiyyə Ərəbistanı Yəməndə atəşkəs müddətinin artırılmasını alqışlayıblar

Rəsmi Ankara və ər-Riyad Yəməndə atəşkəs müddətinin artırılmasını alqışladıqlarını və BMT-nin bu ölkə ilə bağlı səylərini dəstəklədiklərini bildiriblər.

Operativ.tv SalamNews -a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayaraq Yəməndə atəşkəs müddətinin artırılmasının alqışlandığını bəyan edib.

“Təhrik-Taliban” hərəkatı Pakistanla müvəqqəti atəşkəsin əldə edildiyini bildirib

Əfqanıstanın paytaxtı Kabildə Pakistan tərəfi ilə “Təhrik-Taliban Pakistan” (TTP) hərəkatı arasında aparılan danışıqlar müvəqqəti atəşkəslə nəticələnib.

Operativ.tv SalamNews-yə istinadən xəbər verir ki, bu barədə “Təhrik-Taliban Pakistan” (TTP) hərəkatı bəyanat verib.

Rusiya: Türkiyənin Suriyanın şimalında təhlükəsizliyi ancaq Suriya qoşunlarının yerləşdirilməsi ilə təmin edilə bilər

Operativ.tv SHAFAQNA TÜRKİYE-yə istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyi cümə axşamı Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatdan narahatlığını ifadə edib və Ankaranın Suriyadakı vəziyyəti pisləşdirə biləcək addımlar atmaqdan çəkinəcəyinə ümid etdiyini bildirib.

ABŞ İran əleyhinə yeni qətnamə layihəsini təsdiqləyib

ABŞ Dövlət Departamenti cümə axşamı günü axşam üç Avropa ölkəsinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurasında İrana qarşı qətnamə qəbul etməyi planlaşdırdığını təsdiqləyib.
Operativ.tv SHAFAQNA TÜRKİYƏ-yə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bəyan edib ki, Vaşinqton Böyük Britaniya, Fransa və Almaniyanı MAQATE-nin İcraiyyə Şurasına dair İran və MAQATE arasında tam əməkdaşlığın zəruriliyinə diqqət çəkən qətnamənin verilməsində iştirak etməyi planlaşdırır.

"SEPAH"ın polkovniki evində ölü tapılıb

İran İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin (SEPAH) komandirlərindən olan polkovnik Əli İsmayılzadə evində ölü tapılıb. 

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. 

Bildirilir ki, polkovnik İsmayılzadənin meyiti paytaxt Tehran yaxınlığındakı Kərəc şəhərindəki evində tapılıb. 

Onun sui-qəsd nəticəsində öldüyü də iddia edilib.

İmran Xan: Hər kəs Pakistanda gücün harada olduğunu bilir

Operativ.tv Rasthaber – ə istinadən verdiyi xəbərə görə, Pakistanın keçmiş baş naziri tam səlahiyyət və gücə malik olmadığını deyib və bu açıqlamaları verib: “Əllərimiz bağlı idi. Onlar hər yerdən fidyə istəyirdilər, güc bizimlə deyildi, hamı Pakistanda gücün harada olduğunu bilir, ona görə də onlara etibar etməli olduq!”
Pakistanın Təhrik-i İnsaf Partiyasının (Pakistan Ədalət Hərəkatı) lideri və Pakistanın keçmiş baş naziri İmran Xan yeni hökumətin seçkilər elan etmədiyi təqdirdə ölkənin vətəndaş müharibəsinə girəcəyi ilə bağlı xəbərdarlıq edib.

Medvedev: Çoxqütblü dünya lazımdır, ABŞ mərkəzli deyil

Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya, Çin, ərəb dünyası və Afrikanın çoxqütblü, ABŞ mərkəzli olmayan dünyaya ehtiyacı var. 
Operativ.tv SHAFAQNA TURKEY- ə istinadən verdiyi xəbərə görə, Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya, Çin, ərəb dünyası və Afrikanın çoxqütblü, ABŞ mərkəzli olmayan dünyaya ehtiyacı var.

Fəqan Məmmədovun məhkəməsi təxirə düşüb

Operativ.tv-nin məlumatına görə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fəqan Məmmədovun son məhkəmə iclası keçirilməli idi. Məhkəməyə səhhətində olan narahatlıqlarını ifadə edən F. Məmmədov hakimdən son söz üçün vaxt istəyib. Hakim onun istəyinə müsbət cavab verərək məhkəməni təxirə salıb. Məhkəmə 7 iyun saat 11:00-a təyin edilib. 

"Qızıma qarşı əxlaqsız hərəkətlər də edilib - Bakıdakı sığınacaq barədə şok iddia

"Sevgi Evi" qadın və uşaq sığınacağı barədə şikayət edən xanım hər kəsi təəccübləndirən iddialar səsləndirib.

Operativ.tv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Sputnik Azərbaycan-ın əməkdaşı yayılan məlumatı yerində araşdırmaq məqsədilə Sabunçu rayonu, Yavər Əliyev küçəsi 31 ünvanında fəaliyyət göstərən "Sevgi Evi" qadın və uşaq sığınacağına yollanıb.

Hərbçilərin olduğu qayıq batıb

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb.

Operativ.tv "Unikal"-a istinadən məlumatına görə, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb.

Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

MN: Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır

İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.

Komitə: “Azərbaycanda “işbazlar” bəzi din xadimlərini “tələyə” salıb”

"Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr başlayan kimi əksəriyyəti dini təhsillə əlaqədar olan bir sıra neqativ xəbərlər yayılıb. Müəyyən olub ki, bəzi “işbazlar” vəziyyətdən istifadə edərək dini təhsili olmayan din xadimlərini, habelə din xadimi olmaq istəyən belə şəxsləri diplomla “təmin etməyə” çalışıblar".