01 June 2022

Ramin Hacılı barədə təkrar həbs qətimkan tədbiri seçildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyayada ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Operativ.tv "Unikal"-a istinadən məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

"Dedi ki, pulu Eldar Mahmudov istəyir" - "MTN işi"ndə zərərçəkmiş

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, İstintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, İdarənin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, habelə İdarənin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lavrov səudiyyəli həmkarı ilə görüşüb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov səudiyyəli həmkarı Feysəl bin Fərhan ilə Ər-Riyadda görüşüb və bir sıra ümumi məsələlər müzakirə edilib.
Operativ.tv Al-Mayadeen-ə istinadən verdiyi xəbərə görə, Rusiya və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Sergey Lavrov və Feysəl bin Fərhan Ali-Səud Ər-Riyadda keçirilən görüşdə Yəmən, Suriya və Körfəz bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Taliban xaşxaş sahələrini məhv edəcəklərini deyib

Operativ.tv Haber Global-a istinadən verdiyi xəbərə görə, Taliban müvəqqəti hökumətinin sözçüsü Bilal Kərimi bildirib ki, Əfqanıstanda narkotik maddələrin becərilməsi və istehsalı qadağan edildikdən sonra xaşxaş sahələri məhv ediləcək.
Xatırladaq ki, Taliban rəhbərliyi aprel ayında qəbul etdiyi qərarla ölkə daxilində hər cür uyuşdurucu dərmanların istifadəsi, ticarəti və istehsalının qadağan edildiyini, bu qərarı pozanların mühakimə olunaraq cəzalandırılacağını açıqlayıb.

Parlamentin binası qarşısında uşaqpulu tələbilə aksiya keçirilib

İyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə  Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir qrup qadın fəalı Milli Məclisin qarşısında aksiya keçirib. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb.

Etirazçılar onları deputatların yanına buraxmağı tələb ediblər,  dövləti uşaq müavinətlərinin təmin edilməsinə çağırıblar.

Bir qrup qadın “Taladın sərvətimi, təhvil ver dövlətimi!”, “Büdcəni talama, uşaqpulu ver balama!” şüuarlari səsləndiriblər.

Rusiya daha bir ölkənin qaz nəqlini dayandırdı

Operativ.tv Aksam xəbər portalına istinadən verdiyi xəbərə görə, Rusiyanın enerji nəhəngi Qazprom bu gündən etibarən Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanı yanacaqla təmin edən Shell şirkətinə təbii qaz tədarükünü dayandıracağını açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin martın 31-də verdiyi fərmanla təbii qaz ödənişlərinin rublla aparılmasını tələb edib. Bu, Qazprombank-dan ödənişləri emal etmək üçün də avro və rubl hesabı açmağı tələb edib.

Tural Sadıqlının atası bildirir ki, Avropada onun oğlunu öldürmək istəyirlər

Çərşənbə günü siyasi mühacir və bloger Tural Sadıqlının valideynləri Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar bildiriblər ki, Azərbaycan hakimiyyətini kəskin tənqid edən blogerin həyatı təhlükədədir. Bu barədə məlumatı Operativ.tv Turan-a istinadən yayıb. 

Onun atası Əlövsət Sadıqlı bildirib ki, hakimiyyət Avropaya killer göndərib.

Bayden təsdiqlədi: ABŞ Ukraynaya qabaqcıl raket sistemləri göndərir

Operativ.tv CNN Türk-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukraynaya qabaqcıl raket sistemlərinin göndərilməsini təsdiqləyib. 700 milyon dollarlıq silah yardımı çərçivəsində göndəriləcək raket sistemlərinin uzaq məsafədən Rusiya hədəflərini vurmaq gücündə olduğu bildirilir.
Xatırladaq ki, Bayden Ukraynaya Rusiya torpaqlarına atılacaq raket sistemləri göndərməyəcəklərini vurğulamışdı. 

Başlarına kisə keçirilərək işgəncələrə məruz qalan ictimai fəallar məhkəmədə danışıb-VİDEO

Bu gün Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvü Ağaəli Yəhyayev, hərəkat üzvləri İmran Məmmədov və Elgiz Məmmədovun apellyasiya məhkəməsi keçirilib. Bu barədə Operativ.tv məlumat verib. Məhkəmə hər üç gəncin qərarını qüvvədə saxlayıb. Məhkəmənin qərarına etiraz edən gənclər saxlanılan zaman onlara qarşı edilən işgəncədən danışıb.

Poqba "Yunayted"dən ayrıldı

Fransa milli komandasının futbolçusu Pol Poqba İngiltərə "Mançester Yunayted"i ilə yollarını ayırıb.

Operativ.tv "Unikal"-a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb. O, komandanı azad agent qismində tərk edəcək.

Hicablı idmançı Britaniyada yüksək mükafata layiq görüldü

Müsəlman idmançı xanım cəmiyyətin xeyri və rifahı üçün gördüyü layiqli vətəndaş xidmətlərinə görə Böyük Britaniyada yüksək (ali) mükafatla – medalla təltif edilib.

4 övlad anası olan Xədicə Səfəri döyüş sənətləri və təkbətək döyüşlər sənəti klubunun sahibəsidir və o, qadınlara özünümüdafiə bilikləri və bacarıqlarını öyrədir.

Qeyd edilib ki, islamofobiyanın artmasının fonunda onun məşqçi xidmətlərinə olan tələbat da artıb.

İrandan Yunanıstana: ABŞ-ı işə qarışdırmadan gəmi böhranını həll edək

Operativ.tv Rasthaber -ə istinadən xəbər verir ki, Yunanıstanın İran gəmisini ələ keçirməsindən sonra İran Fars körfəzində də Yunanıstanın 2 neft tankerini ələ keçirib. İran dünən Yunanıstana göndərdiyi sorğuda o ölkəni ABŞ-ın gəmilərin ələ keçirilməsi ilə bağlı böhranın həllində iştirakı olmadan əməkdaşlıq etməyə çağırıb.

Azərbaycanda polis özünü güllələdi

Bu gün Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

Bu barədə məlumatı Operativ.tv "Unikal"a istinadən verilib.

Bildirilib ki, polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Vaşinqton nüvə sazişinə əlavə şərtlər artırmağa çalışır

Operativ.tv Rasthaber – ə istinadən verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Lavrov çərşənbə axşamı bildirib ki, ABŞ İranın nüvə sazişini canlandırmaq üçün maneələr yaradaraq, ona əlavə şərtlər qoymağa çalışır.
İRNA agentliyinin məlumatına görə, Lavrov Menamada bəhreynli həmkarı Əbdül-Lətif bin Rəşid əl-Zeyani ilə görüşdən sonra deyib: Vaşinqton İranın nüvə müzakirələrində əvvəlki razılaşmaya bir neçə əlavə bənd artırmağa çalışıb və danışıqların bərpasına mane olub.

Bu gün Xanım Məsumənin (s.ə) mövlud günüdür

Bu gün, zilqədə ayının 1-i (1 iyun) Həzrət Məsumənin (s.ə) mövlud günüdür. Xanım Məsumə (s.ə) səkkizinci İmam Həzrət Rzanın (ə.s) bacısıdır. Həzrətin ləqəbləri Məsumə, Tahirə, Həmidə, Rəşidə, Təqiyyə, Nəqiyyə, Rəziyyə, Mərziyyə, Seyyidə, Uxtur-Rza, adı isə Fatimədir. “Kərimeyi Əhli-beyt” kitabında yazılıb ki, onun ləqəbi ona məsum olduğu üçün verilib.

Almaniyadan deportasiya olunmuş siyasi fəalların ailə üzvlərinin etiraz aksiyası-VİDEO

Operativ.tv Turan-a istinadən övladları Almaniyadan deportasiya edildikdən sonra həbs edilən bir qrup şəxs mayın 31-də bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirdiyini bildirir. Onlar AFR hökumətini bu ölkənin həbs təhlükəsinə baxmayaraq, deportasiya etdiyi insanların taleyinə biganə qalmamağa çağırıblar. Amma səfirlikdən etirazçıların qarşısına heç kim çıxmayıb, polis isə aksiyanın başlamasından 10 dəqiqə sonra etirazçıları diplomatik missiyanın binasından uzaqlaşdırıb.

İsrail və Səudiyyə Ərəbistanı rejimləri arasında əlaqələr möhkəmlənir

Sionist rejim baş naziri Naftali Bennet Səudiyyə Ərəbistanına səfər edib. Operativ.tv Giperssilka.ru-ya istinadən xəbər verir ki, səfəri zamanı N.Bennet şahzadə Məhəmməd ibn Salmanla görüşüb, sionist rejim və Ər-Riyad arasında əlaqələrin qurulmasından danışıb. Ər-Riyadda baş tutan danışıqlar zamanı tərəflər bölgədə baş verən təhlükəsizlik məsələləri, xüsusilə də İranın onlar üçün yaratdığı təhdidlər barədə söhbət açıblar.   

Məmmədyarov geriləyib, Rəcəbov mövqeyini qoruyub

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

“Az.shafaqna.com” FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk “10-luq”da Azərbaycanın heç bir təmsilçisi yer almayıb.

Şəhriyar Məmmədyarov 2 751 xalla 7 pillə geriləyərək, 14-cü sırada qərarlaşıb. 2 753 xalı olan Teymur Rəcəbov isə 13-cü yerdəki mövqeyini qoruyub.

Ayətullah Xameneinin Roma Papasına mesajının məzmunu açıqlanıb

İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin dünya katoliklərinin rəhbəri Roma Papası Fransiskə göndərdiyi mesajın məzmunu açıqlanıb.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Ayətullah Xameneinin Roma Papasına mesajını İranın Dini-elmi mərkəzlərinin sədri Ayətullah Əlirza Ərafi çatdırıb.

Bu gün beynəlxalq Bakı Enerji Həftəsi işə başlayır

Bu gündən paytaxtda beynəlxalq Bakı Enerji Həftəsi (1-4 iyun) öz işinə başlayır.

Operativ.tv SalamNews-a istinadən xəbər verir ki, Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumundan ibarətdir.

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Vergi idarəsinin vəzifəli şəxsləri həbs olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının xidməti fəaliyyətləri zamanı yol verdikləri qanunsuz hərəkətləri barədə həmin dövlət qurumundan daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.