14 January 2022

Reyçel Denber: Azərbaycanda insanlar hələ də siyasi motivli ittihamlarla həbs olunmağa davam edirlər

"Human Rights Watch” insan hüquqları təşkilatı yanvarın 13-də növbəti illik hesabatını açıqlayıb. Təşkilatının Avropa və Orta Asiya regionu üzrə direktor müavini Reyçel Denber Amerikanın Səsinə müsahibədə hesabatın Azərbaycanla bağlı hissəsini müzakirə edib.

Amerikanın Səsi: Xanım Denber, Human Rights Watch 2022 Dünya Hesabatını açıqlayıb. Sizin fikrinizcə hesabatda Azərbaycanla bağlı ən mühüm tapıntılar nədir?

Dağıstanda məscid yanıb

Rusiya FHN-in mətbuat xidmətinin yaydığı məlumata görə Dağıstanda sahəsi 400 kvadrat metr olan məscid yanıb. Məlumatda deyilir ki, 112 çağırış xidmətinə Xasavyurt rayonunda məscidin yanması barədə məlumat daxil olub. Növbətçi hissə hadisə yerinə çatanadək məscid bütövlüklə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb, heç kəs təxliyə edilməyib. Hadisənin səbəbləri araşdırılır.

Əliyev və Zelenski Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına sadiq olduqlarını bildiriblər

Turan: Kiyevdə Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski bugünkü danışıqların yekunları üzrə brifinqdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsinə sadiq olduqlarını bildiriblər.

Əliyev bildirib ki, Azərbaycan əməkdaşlığın əldə olunan səviyyəsini yüksək qiymətləndirir və onu bütün sahələrdə, o cümlədən SOCAR-ın dövlət şirkətinin əsas rol oynadığı energetika sahəsində inkişaf etdirməyə hazırdır.

Əhmədinejad: Səudiyyə Ərəbistanı, Türkiyə və İran birləşməlidir

 İranın keçmiş prezidenti Mahmud Əhmədinejad yanvarın 13-də Beykənt Universitetində onun adına keçirilən mərasimdə iştirak edib. “Kapitalizm təəssüf ki, bəşəriyyət üçün böyük nailiyyət olan azadlıq və demokratiyanı ələ keçirdi. Bundan sonra bizlər işıqlı gələcək üçün birlikdə hərəkət etməliyik” deyə Əhmədinejad “Əgər Səudiyyə Ərəbistanı, Türkiyə və İran birləşsə, düşmənlər bizə qarşı plan qura bilməz, mən əminəm ki, hər üç ölkənin xalqları da bunu istəyir"-bildirib.

Media cameəsinin nümayəndələri prezident İlham Əliyevi KİV haqqında yeni qanunu imzalamamağa çağırıblar

Turan: Ölkə KİV rəhbərləri, jurnalist təşkilatları və ekspertlərdən ibarət qrup prezident İlham Əliyevə müraciət edərək media haqqında yeni qanun layihəsini imzalamamağı və onu yenidən işlənmək üçün parlamentə qaytarmağı xahiş ediblər.

Müraciətin müəllifləri sözügedən qanunun məzmunu ilə bağlı ciddi narahatlıqlarını ifadə edərək qeyd edirlər ki, bu, ictimai müzakirələr olmadan, müstəqil KİV və hüquqşünasların rəyləri nəzərə alınmadan hazırlanıb parlamentə təqdim edilib.

Hacı Ramil Bədəlov: “Böyük hədəflər əməllərin ölümsüzlük amilidir”

Silsilə cümə xütbələrini davam etdirən ilahiyyatçı Hacı Ramil Bədəlov bu həftə də “Əməlin insan taleyində rolu” mövzusunda söhbətini davam etdirib. İlahiyyatçı mövzu ilə bağlı deyib: “İnsanın əməlinin özündən sonra yaşaması onun hədəfinin nə dərəcədə ali olmasına bağlıdır. Əgər hədəf ali, böyük olarsa bu hədəf istiqamətində atlan addımların da dairəsi genişlənəcək və bu qısa bir ömürlə məhdudlaşmayacaq. Bunu biz Peyğəmbərlər başda olmaqla bir çox hədəfləri müəyyən olunmuş insanların simasında görə bilərik.

Prokuror Mahir Xəttaba dörd il həbs cəzası istəyib

Prokuror hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərova (Xəttab) dörd il azadlıqdan məhrum edilməsini istəyib.

“Report” xəbər verir ki, dövlət ittihamçısı bunu Nəsimi Rayon Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt tələb edib.

Siyasi və ictimai fəallar Əli Əliyevin həbsini pisləyiblər

Turan: İctimai və siyasi fəallar sosial şəbəkələrdə öz şərhlərində Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyevin beş ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü tənqid ediblər.

Yanvarın 13-də hakim Hüseyn Səfərovun sədrliyilə Bakının Yasamal Rayon Məhkəməsi hərbçi Emil Cəfərovun şikayəti əsasında Vətəndaş və İnkişaf Partiyasının  sədri Əli Əliyevin barəsində beş ay həbs hökmü çıxarıb. Partiya sədri məhkəmə zalında həbsə alınıb.

Abbas Hüseyn müalicə mərkəzinə köçürülüb

Bir neçə gündür səhhətində yaranan problemlər səbəbindən cəza çəkdiyi 8 saylı müəssisədə müalicə alan Abbas Hüseynin Pentesiar Xidmətin Müalicə mərkəzinə köçürüldüyü bildirilir. Kovid 19 əlamətləri ilə müalicə alan A. Hüseyn yüksək allergik həssaslığı səbəbindən vaksindən imtina etmişdi.  Eyni halda o, vaksinin məcburi olmamasını əsas gətirərək peyvəndə razı olmayıb.

İki İsrail mayoru səhvən öz silahdaşları tərəfindən öldürülüb

 

Bu barədə İsrail rejim ordusunun mətbuat xidməti “Israel Defense Forces” məlumat yayıb.

Əhli-Beyt (ə) xəbər agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ABŞ, Qərb dövlətləri, Rusiya və s ölkələrdən Fələstin torpaqlarını işğal edən cinayətkar İsrail rejimi həyəcan yaşamaqda davam edir. Belə ki, bu gecə İordan çayının Qərb sahilində patrul xidməti aparan iki israilli zabit səhvən öldürülüb. Bu barədə İsrail rejim ordusunun mətbuat xidməti “Israel Defense Forces” məlumat yayıb.

Amnesty İnternational və Human Rights Watch Qazaxıstan hökumətini insan haqlarına hörmət etməyə çağırıb

Amnesty İnternational və Human Rights Watch (HRW) təşkilatları keçən həftə keçmiş Sovet respublikasının böyük şəhəri Almatıda hökumət əleyhinə ölümlə nəticələnən nümayişlər zamanı minlərlə insanı həbs edən Qazaxıstan hakimiyyətini insan haqlarına hörmət etməyə çağırıb.

Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, ölkənin qərbindəki ucqar Mangistau bölgəsində mayeləşdirilmiş neft qazının (LPG) qiymətinin kəskin artması ilə bağlı etirazlar Almatıya qədər yayıldıqdan sonra təxminən 10 min insan həbs edilib.

Nücabə Hərəkatı Səudiyyə Ərəbistanının ölüm qərarına reaksiya verib

Nücabə İslami Müqavimət Hərəkatının baş katibi Səudiyyə Ərəbistanında iki bəhreynli şiə gəncin edam cəzasına məhkum edilməsinə reaksiya verib. Şeyx Əkrəm əl-Kəabi Səudiyyə Ərəbistanında iki bəhreynli şiə gəncin edam edilməsinə reaksiya verərək, Səudiyyə rejiminin cinayətlərinə qarşı beynəlxalq sükutu tənqid edib və bildirib ki, hərəkat Səudiyyə rejiminin zülmü altında yaşayan məzlum xalqların yanındadır və onların səsi olacaq.

ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu

Dünən axşam saatlarında İraqın paytaxtı Bağdadda dövlət idarələrinin və xarici nümayəndəliklərin yerləşdiyi qorunan Yaşıl Zonada ABŞ səfirliyinə raket zərbələri endirilib. Hücumda ABŞ səfirliyi binasına yerləşdirilən C-RAM hava hücumundan müdafiə sistemi tərəfindən 2 raketin zərərsizləşdirildiyi bildirilib. Raketlərin Bağdadın cənubundakı əl-Dor bölgəsindən atıldığı bildirilən xəbərdə, hücum nəticəsində maddi ziyan və ya can itkisi olub olmadığına dair məlumat verilməyib.

İran ABŞ-a meydan oxudu: Neft ixracımız 40 faiz artıb

İran Prezidenti İbrahim Rəisi 2021-ci ilin avqustundan bu yana ölkəsinin neft ixracının 40 faiz artdığını bildirib.

Türkiyə mediası xəbər verir ki, İranın Qum şəhərində keçirilən görüşdə videokonfrans vasitəsilə iştirak edən Rəisi çıxışında ölkəsinin neft ixracı ilə bağlı məlumat verib.

Rəisi ABŞ-ın tətbiq etdiyi sanksiyaları təsirsiz hala gətirmək üçün çalışdıqlarını bildirib.

“Barselona” dünyanın ən yaxşısı seçilib

Dünyanın ən yaxşı qadın futbol klubları və liqaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəllərində 10 klub və 8 liqa yer alıb.

Planetin ən yaxşı klubu “Barselona”dır. İspaniya təmsilçisi 225 xalı var.

İngiltərə təmsilçisi “Çelsi” 40 xalla ikincidir. İlk “üçlüy”ü Braziliya “Korintians”ı qapayır – 30 xal.