13 January 2022

Yəməndə xəstəxanaya hücum edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəməndə növbəti dəfə xəstəxanaya hücum edib.   Bu barədə paytaxt Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, Sanhan şəhərindəki xəstəxana aviazərbələrə məruz qalıb.   Hücum nəticəsində xəstəxanaya böyük maddi ziyanın dəydiyi diqqətə çatdırılıb. 

Qazaxıstanda olan Rusiya hərbçilərinin ilk desant qrupu geri qayıdıb

Rusiya hərbçilərinin ilk desant qrupu ölkəsinə qayıdıb.
"Unikal" 
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin yaydığı məlumatda bildirilir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının(KTMT) sülhməramlı kontingenti tərkibində Qazaxıstana göndərilmiş Rusiya hərbçilərinin ilk desant qrupu ölkəyə qayıdıb.

“Sizin etimad və dəstəyinizlə bu günə qədər xidmət etmək şərəfi bizlərə nəsib olub”

 Əvvəla Allahımıza sonsuz şükürlər olsun ki, bizi bu yolda xidmətçi etdi. Peyğəmbər (s) və Əhli-beytinin (ə) yaşayışı kimi yaşamağın yolunu bizə göstərdi, ondan ibrət almaq qabiliyyətini bizə lütf etdi, bizim ayaq üstə dura bilməyimizə bilavasitə yardım edib arxamızda durdu və haqq sevər xalqımızın dəstəyi ilə bizi tək buraxmadı, heç vaxt özümüzü tənha his etməyə imkan vermədi.

Şeyxülislam Allahşükür Paşazadə və Roma Papası arasında görüş olub

Bütün Qafqazın Şeyxi, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin rəhbərlik etdiyi dinlərarası nümayəndə heyəti Vatikanda Roma Papası I Fransisk ilə biraraya gəliblər.

Az.shafaqna.com-un məlumatına görə, bunu Azərbaycanın Fransadakı və Vatikandakı səfiri Rəhman Mustafayev öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərnə görə, görüş zamanı Cənubi Qafqazda əməkdaşlıq, sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verə biləcək addımlar müzakirə olunub.

Livan prezident Fələstin dövlətinin qurulmasını istəyir

Eastnews.org-un verdiyi xəbərə görə, Livan Prezidenti Mişel Aun Fələstin ilə bağlı danışıb.   O, verdiyi açıqlamada vurğulayıb ki, Fələstin xalqı müstəqil dövlətə və təhlükəsizlik ölkəyə sahib olmalıdır.   ""Livan həmişə Fələstin xalqının yanında olub. Biz paytaxtı Qüds olmaqla Fələstin dövlətinin qurulmasını dəstəkləyirik", - deyə Mişel Aun diqqətə çatdırıb.   Prezident qeyd edib ki, İsrail rejimi region üçün təhlükə mənbəyi olmaqda davam edir. 

Elçin Qasımlı: “Hər birinizi təbrik edirəm”

Müsəlman Birliyi Hərəkatının bütün üzvləri, hərəkatı sevənlər, bu illər ərzində hər hansı bir vasitə ilə xidmət edən bütün əzizlər nə yaxşı ki, varsız. Nə xoş halımıza ki, sizi tanımışıq.  Hər birinizlə qürur duyuruq. Qorxmadan, çəkinmədən “MBH-liyəm” deyənlərə eşq olsun. Çox çətin zamanlarda yorulmadan, usanmadan fəaliyyətdə oldunuz. Sizin mərdliyiniz sayəsində artıq hər kəs rahat şəkildə “hərəkatçıyam” deyir və deyəcək. Nə xoş sizin halınıza. Allah yolumuzu işıqlı, davamlı, müvəffəq etsin. Hər birinizi təbrik edirəm.

Partiya lideri beş ay müddətinə həbs edilib

Turan: Yanvarın 13-də Bakının Yasamal rayon məhkəməsi müxalif Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevi böhtan ittihamı ilə beş ay müddətinə azadlıqdan məhrum edib.

Ona qarşı Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov iddia qaldırmışdı.

Qeyd edək ki, Sərhəd Xidmətinin digər zabiti Ramin Ədilov da Əliyevə qarşı bənzər iddia qaldırıb. Onlar hər ikisi noyabrın 30-da Xızı rayonunda Mi-17 helikopterinin qəzası zamanı sağ qalıb.

“Sizinlə bu günlərə gəlib çatmaq həqiqətən qürurvericidir”

Uşaqlıqda jurnalist olmaq ən böyük arzularımdan idi. Bilmirəm niyə, amma qəribə bir cazibəsi məni özünə hər zaman çəkirdi bu sənətin. Məktəbi bitirdikdən sonra arzularımı atamı istəyi ilə dəyişdim. Ali təhsil olaraq tam fərqli sahə seçdim. Bir il bu sahədə çalışdım da. Lakin anlayırdım ki, bu mən deyiləm. Həyat öz axarı ilə məni media sahəsinə gətirdi. Sevdiyim peşədə müxtəlif qəzetlər, media orqanlarında çalıışdım.

Ombudsman əməkdaşları cəzaçəkmə müəssisəsində Polad Aslanova baş çəkiblər

Turan: Yanvarın 12-də Ombudsman nümayəndələri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə xəbərdarlıq etmədən başçəkmə həyata keçirib. 

Həmin müəssisədə cəza çəkən və hazırda müəssisənin tibb-sanitar hissəsində saxlanılan Polad Aslanov konfidensial qaydada qəbul olunub. Bu barədə Ombudsman Aparatının mətbuat xidmətinin məlumatında deyilir. 

Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavini saxlanılıb

Qazaxıstanda dövlətə xəyanətdə şübhəli bilinən Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədr müavinləri - “A” Xüsusi Təyinatlı Qüvvələr Xidmətinin rəisi Anuar Sadıkulov və Daulet Yerqojin saxlanılıb.

SalamNews xəbər verir ki, bu barədə cümə axşamı Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Almaniya əsgərlərinin İraqda qalmaq müddəti uzadıldı

Eastnews.org-un verdiyi xəbərə görə, Almaniya hökuməti İraqda əsgərlərin qalma müddətini uzadıb.   Bu barədə Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, Almaniya əsgərləri İŞİD terrorçu qruplaşmasına qarşı mübarizə adı altında beynəlxalq koalisiya ilə birgə 2022-ci ilin oktyabr ayına qədər fəaliyyətini davam etdirəcək.   Fakta İraq hökuməti münasibət bildirməyib. 

Müsəlman Birliyi Hərəkatı – 7 yaş

Bağışlayan və Mehriban Allahın adı ilə

Bəli, 7 illik keşməkeşli bir tarix. Şəhadət, həbs, işgəncə, dünyasını dəyişən valideynlər, dağılan ailələr, atasız qalan körpələr və s. Və nəhayət qınaq və təzyiqləri özündə ehtiva edən 7 il. Şükr ki, biz hələ ayaq üstəyik. InşəAllah da ömrümüzün sonuna qədər  haqq üçün ayaqda olacağıq.

 

Diz üstə yaşamaqdansa ayaq üstə ölməyi üstün bilirəm.

"Qarabağ" Leandro Andrade ilə müqavilə imzalayıb

“Qarabağ” daha bir futbolçunun transferini açıqlayıb.

Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu Leandro Andrade ilə müqavilə imzalayıb.

Portuqaliyalı cinah yarımmüdafiəçisi Bolqarıstanın “Çerno More” klubundan transfer edilib. 22 yaşlı futbolçu ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlanılıb. Andrade “Qarabağ”da 15 nömrəli formada çıxış edəcək.

"ABŞ Rusiya ilə müharibəyə hazır olmalıdır"

"Rusiyanın tezliklə Ukraynaya mhücumu mümkündür. Buna görə də ABŞ Rusiya ilə müharibəyə hazır olmalıdır".

"Unikal" xəbər verir  ki, bunu Pentaqonun müdafiə nazirinin köməkçisi Evelin Farkas  "Defense One" adlı jurnala müsahibəsində  deyib. 

Onun sözlərinə görə, bu həftə Moskva və Vaşinqton arasında aparılan diplomatik danışıqlar uğursuz ola bilər və Birləşmiş Ştatlar artıq Rusiya ilə müharibəyə hazırlaşmalıdır .

Azərbaycan prezidenti Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edib

"Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir".

SalamNews-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Allah tərəfindən nə qədər qeybi yardımlar edildiyinin canlı şahidləriyik”

Müsəlman Birliyi Hərəkatını 7 yaşı münasibətilə təbrik edirəm. Bu hərəkat son 7 il ərzində çəkdiyi əziyyətlərin müqabilində dik durmasını bacardı. Xalqına, millətinə bacardığı qədər xidmət etdi. Bu qədər məhrumiyyətlər içində daha da irəli getdi. Bu hərəkat yaşayacaq! Ümid edirik ki, Həzrət Mehdini (ə.f) bu hərəkat qarşılayacaq və öz bayrağını o Ağaya təqdim edəcək! Allahdan arzumuz budur ki, hərəkatın həbsdə olan üzvləri də azad olsun və digərləri kimi çıxıb xalqına, millətinə xidmət etsin! Ad günün mübarək ey xalqın ümidgahı!

7-il sizinlə

Bura rahatlıq, əyləncə, səadət evi deyil, bura elə dünya kimi məsuliyyət, vəzifə və çətinliklər məkanıdır. Bizə yaxınlaşmaq istəyənə də təklifimiz bu oldu: biz rahatlıq, gözəllik, fərdi rifah arxasınca deyil, məsuliyyət, ədalət və ictimai bərabərlik üçün bir yerdəyik. Bu düşüncəni qəbul edən doslar qardaş olaraq yanımızda oldu, özünü bu ruhda hiss etməyən doğmalar duaları ilə yardımını əsirgəmədi. İllərcə bu dəyərləri rəhbər tutan bir mübarizə xətti ilə addımlamağa çalışdıq.