12 January 2022

Ramzan Kadırov inquşlara 3 gün vaxt verdi: "Qalan kəndlərinizi də əlinizdən alaram!"

“Sizin kimi təxribatçıları kişi və adam saymıram”

Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu inquş xalqını açıq təhdid edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki o, müraciətini birbaşa özünün instagram hesabında səsləndirib. Kadırovun sözlərinə görə, inquş xalqının ona qarşı ittiham irəli sürmək üçün üç gün vaxtı var.

Çin XİN: Quantanamo həbsxanası insan hüquqları tarixində qara səhifədir”

“ABŞ-ın Quantanamo həbsxanası insan hüquqları tarixində qara səhifədir və bağlanmalıdır”.

Bu sözləri Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin deyib.

O, sözügedən həbsxanadan qalmaqallı və insan işgəncələri ilə dolu görüntülərin dəfələrlə paylaşıldığını da xatırladıb. XİN rəsmisi bildirib ki, ABŞ-ın bütün dünyada gizli həbsxanalar formalaşdırmaq ənənəsi var və Quantanamo sadəcə aysberqin görünən tərəfidir.

MBH bir məktəbdir...-VİDEO

7 il bundan öncə xalqımızın dini dəyərlərininn qorunması, milli-mənəvi dəyərlərinin müdafiəsi üçün xidmətə başlayan Müsəlman Birliyi Hərəkatı keçən illər ərzində şərəfli yolda öz vəzifəsini qürurla icra etdi. Müsəlman Birliyi Hərəkatı təkcə ictimai-siyasi hadisələrə öz töhfəsini verən, elmi, mədəni-maarif işləri ilə fəaliyyət göstərib ənənəvi dini inancımızı təbliğ edən, dəyərlərimizi qoruyan bir hərəkat kimi tanınmayıb. Müsəlman Birliyi Hərəkatı yarandığı gündən bu günə qədər cəmiyyətimizdə özü-özlüyündə bir məktəb kimi formalaşıb.

Beynəlxalq təşkilatlar jurnalist Polad Aslanovun hüquqlarının pozulduğunu bildirir

“Sərhədsiz Reportyorlar" və Jurnalistləri Müdafiə Komitəsi xeberman.com saytının redaktoru, yanvarın 6-da koloniyada alcığa başlayan Polad Aslanovun hüquqlarının pozulmasını pisləyib.

Aclıq aksiyasının səbəbi Ali Məhkəmədə onun şikayətinə baxılmasını gecikdirməsi, həmçinin yaxınları ilə telefon danışığına qadağa qoyulmasıdır.

Bu barədə hər iki təşkilat öz Tvitter hesabında yazıb.

“Sumqayıt”ın “Uypeşt”lə Antalyadakı oyunu koronavirusa görə ləğv olunub

“Sumqayıt”ın Antalyadakı təlim-məşq toplanışında “Uypeşt”lə oyunu ləğv olunub.

Apasport.az xəbər verir ki, bu barədə Macarıstan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Buna səbəb kimi “Uypeşt”də koronavirusa kütləvi yoluxmanın aşkarlanması göstərilib. Məhz bu üzdən macarların iki yoxlama oyunu ləğv olunub. Budapeşt təmsilçisi yanvarın 16-da “Sumqayıt”la keçirilməsi nəzərdə tutulan matçın keçirilməyəcəyini bəyan edib.

Azərbaycanın və İran baş prokurorları Moskvada görüşdülər

Rusiyanın paytaxtı Moskva şəhərinə işgüzar səfəri çərçivəsində baş prokuror Kamran Əliyev İran İslam Respublikasının baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.

"Özümüzü buğda ilə təmin edə bilmirik" - İlham Əliyev

“Özümüzü buğda ilə tam təmin edə bilmirik”.

"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

“3-3,4 milyon ton buğda istehlak edirik, onun cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik. Əgər bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, səhv olar.

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan sərhədində vəziyyət barədə bəyanatı

Turan:  ATƏT-in fəaliyyətdə olan sədrliyi Ermənistan-Azərbaycan sərhədi boyunca toqquşmaların bərpası və bu zorakılığın insan tələfatına səbəb olması ilə əlaqədar dərin narahatlığını ifadə edir. Bu barədə ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir.

"Güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlanmış məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq.

Yəmənin Şəbva əyalətində gedən döyüşlərdə tərəflər 500-dən çox canlı itki veriblər

Səudiyyə Ərəbistanı koalisiyasının dəstəklədiyi hökumət qüvvələri və mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) hər biri qarşı tərəfin yüzlərlə itki verdiyini açıqlayıb.

SalamNews xəbər verir ki, husilərin sözçüsü briqada generalı Yəhya Səri bu gün rəsmi tvitter hesabı üzərindən Şəbva əyalətində gedən döyüşlər haqda bəyanat verib.

Həbs edilən sabiq icra başçısının cəzası azaldıldı

Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

“Az.shafaqna.com” xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq icra başçısının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Yanvarın 13-də Bakıda güclü külək, bəzi rayonlarda isə qar gözlənilir

Turan:Yanvarın 13-də Bakıda və Abşeronda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 12-də yaydığı məlumatda deyilir. 

Məlumata görə, mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Əmir Abdullahiyan İsmayıl Haniyə ilə görüşüb

Qətərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranın Dohadakı səfirliyində Həmas Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb. Abdullahiyan bu görüşdə İran İslam Respublikasının Fələstin məsələsində prinsipial baxışını açıqlayıb. O, sionist işğalçıların Qüds, Məscidül-Əqsa, Qəzza və işğal olunmuş Fələstin torpaqlarına qarşı vəhşi cinayətlərini, işğalçı rejimin Fələstin xalqı və müqəddəsliyinə qarşı təcavüz və cinayətlərini İslamın qəlbində qanayan problem olaraq pisləyib.

İşğal altında olan ən-Nəqibdə İsrail qüvvələrilə fələstinlilər arasında şiddətli toqquşmalar baş verib

İsrailin nəzarətində olan ən-Nəqib səhrasında yerləşən bir sıra qəsəbə və kəndlər İsrail qüvvələrilə fələstinlilər arasında şiddətli toqquşmların şahidi olub.

SalamNews Fələstin Media Mərkəzinin saytı Palinfo.com-a istinadla xəbər verir ki, Ən-Nəqibdə baş verən qarşıdurmalarda onlarla fələstinli, eləcədə bir neçə İsrail əsgəri yaralanıb və xəsarət alıb.

Azərbaycanla İran arasında məhkumların ekstradisiyası məsələsi müzakirə olunub

Azərbaycanın səfiri Əli Əlizadə İran İslam Respublikasının ədliyyə naziri Əmin Hüseyn Rəhimi ilə görüşüb.

Azərbaycanın İrandakı Səfirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanın və İranın dövlət başçılarının əlaqələrə verdiyi xüsusi önəm vurğulanıb, hər iki ölkənin dost və yaxın qonşu ölkə olaraq ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının daha da artırılmasının önəmi qeyd olunub.

Tofiq Yaqublunun döyülməsi ilə bağlı araşdırma yekunlaşdı

Milli Şuranın üzvü Tofiq Yaqublunun 1 dekabr mitinqində döyülməsi, bədəninə müxtəlif dərəcəli xəsarətlərin yetirilməsi iddiası üzrə prokurorluqda aparılan araşdırma başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. Onun sözlərinə görə, araşdırma nəticəsində cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Taliban hökuməti Tacikistana və Özbəkistana aparılan təyyarələrin qaytarılmasını tələb edib

Taliban sabiq əfqanıstanlı pilotların ölkədən çıxardıqları təyyarələrin geri qaytarılmasını istəyib.

SalamNews BakhtarNews-a istinadla xəbər verir ki, bunu Taliban hökumətinin müdafiə naziri Molla Məhəmməd Yəqub deyib.

O, ötən günkü çıxışında Tacikistan və Əfqanıstana aparılan təyyarələrin geri qaytarılmasını istəyib.

MN: Ötən gecə Ermənistan dövlət sərhədində yenidən təxribatlar törədib

Yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.