08 January 2022

Türk Dövlətlərinin Təşkilatı Qazaxıstanda vəziyyəti müzakirə edəcək

Turan: Qazaxıstan və Türkiyə Xarici İşlər Nazirləri Muxtar Tleuberdi və Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatının yanvarın 11-də videokonfrans formatında növbədənkənar nazirlər görüşü keçirmək barədə razılığa gəliblər.

Telefon danışığı zamanı Tleuberdi türkiyəli həmkarına ölkədəki hazırkı vəziyyətlə bağlı məlumat verib. Çavuşoğlu Türkiyəyə lazım olan hər cür yardım və dəstək verməyə hazır olduğunu bildirib.

Xanım Zəhra (s.ə.) məscidi ilk cümə günü-VİDEO

Yeni Günəşli Fatimeyi Zəhra (s.ə.) məscidi yeni ilin ilk günlərində inanclıların ixtiyarına verildi. Uzun illər çətinliklərlə üzləşən məscid və onun inanclıları nəhayət ki, çoxdan arzulanan ana şahidlik edə biliblər. Məscid inanclıların iştirakı ilə bu cümə ilk Cümə namazını qılıb. Açılışla bağlı təqdim edilən kiçik video görüntü isə hər kəsin könlünü oxşayıb. Xanım Zəhra (s.ə) adına məscidin yotube səhifəsinə yerləşdirən ideonu sizlərə təqdim edirik. 

Qaçqın düşərgəsinə hava hücumu - 56 ölü

Efiopiyanın şimal-qərbindəki Tiqray əyalətində məcburi köçkünlər üçün düşərgəyə endirilən hava zərbəsi nəticəsində azı 56 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, hücum yanvarın 7-də axşam saatlarında Eritreya ilə sərhəddə yerləşən Dədəbit şəhəri yaxınlığındakı düşərgəyə edilib. Nəticədə 56 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

Efiopiya hökuməti hələ də hadisəylə bağlı məlumat verməyib.

Səudiyyə koalisiyası Yəməndə atəşkəsi pozmağa davam edir

 Səudiyyə koalisiya qüvvələrinin Yəmənə hücumları davam edir. Mehr-in xəbərinə görə, Səudiyyə koalisiyası son 24 saat ərzində Hudeyda şəhəri üçün atəşkəs razılaşmasını 126 dəfə pozub. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Hudeydada üç pilotsuz təyyarə hücumu həyata keçirdiyi bildirilib. O, Hudeyda şəhərinə 35 dəfə artilleriya və raket zərbələri endirib, 63 dəfə müxtəlif silahlarla bu şəhəri hədəfə alıb. Yəmən mənbələri həmçinin Səudiyyə döyüş təyyarələrinin Yəmənin müxtəlif bölgələrinə hücumlarını davam etdirdiyini açıqlayıb.

Rusiya ABŞ-ı QATİL, QARƏTÇİ və TƏCAVÜZÇÜ adlandırdı

Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, Rusiya XİN ABŞ dövlət katibi Entoni Blinkenin KTMT-nın Qazaxıstandakı sülhməramlı missiyasına dair sözlərini şərh edib.

"ABŞ dövlət katibi Entoni Blinken özünə xas ədəbsizlik və kobudluqla Qazaxıstandakı faciəvi hadisələr barədə zarafat edib", - deyə Rusiya XİN-dən qeyd edilib.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Bu gün təxminən 14- radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bağdadda partlayışlar

İraqın paytaxtında partlayış səsləri eşidilib.

Şənbə günü səhər İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.

İraq mənbələri partlayışın əl-Atifiyyə bölgəsində baş verdiyini bildirib.

Hadisə haqqında dəqiq məlumat verilmir.

Politoloq və ekspertlər KTMT-nin Qazaxıstana daxil olmasını qanunsuz sayır - ŞƏRH

Qazaxıstanda yanvarın 2-də əhali maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıb. Etiraz aksiyası ölkənin qərb hissəsindəki Mangistau vilayətində başlasa da daha sonra digər şəhərlərə də yayıldı.

Nəticə olaraq hökumət tərəfindən qiymətlər endirildi və bununla da iğtişaşların səngiyəcəyi gözlənilirdi. Lakin gözlənilən baş tutmadı.

Təhlil: Neftlə zəngin Qazaxıstanda siyasi təlatümün arxasında nələr dayanır?

Qazaxıstan 30 il əvvəl müstəqillik qazandıqdan bəri ilk dəfə ölkənin ən ağır küçə etirazlarını yaşayır. Qəzəbdən doğan etirazlar Qazaxıstanın iki güclü qonşusu Rusiya və Çində ciddi narahatlıqlara səbəb olub. Bu ölkə neft məhsulunun böyük hissəsini Çinə satır və eyni zamanda Moskvanın əsas strateji müttəfiqidir.

FİFA ilin ən yaxşı futbolçusu adına 3 namizədi AÇIQLADI

Beynəlxalq Futbol Federasiyası (FİFA) ilin ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytında bildirilir.

Məlumata əsasən, 2021-ci ilin ən yaxşı futbolçusu adına "Bavariya"nın forvardı Robert Levandovski, "Liverpul"un hücumçusu Məhəmməd Salah və PSJ-nin ulduzu Lionel Messi namizəd göstərilib.

Qazaxıstanda 4 minə yaxın saxlanılan var

Qazaxıstanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan şəxslərin sayı 4 minə yaxındır. Bu brədə məlumatı Qazaxstan hüquq mühafizə orqanları yayıb. Rəsmi Qazaxstanın terrorçu adlandırdığı bu şəxslərin böyük əksəriyyəti Almatıda həbs olunub. Ölkə rəsmləri saxlanılanların cinayətlərinə müvafiq cəza veriləcəyini desə də, onların içində ömürlük cəza alacaq şəxslərin də yerətincə olduğu qeyd olunub.