05 January 2022

İslamiadaya cüdo millimizin ikinci heyəti gedəcək

Azərbaycan Cüdo Federasiyası bu il keçiriləcək iki mötəbər turnir vaxtı seçimdə çətinliklə üzləşib.

Oxu.Az xəbər verir ki, 7-14 avqust tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə dünya çempionatı, 9-18 avqust tarixlərində isə Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları keçiriləcək.

Bəs federasiya hansı turnirə daha çox önəm verəcək?

Federasiyanın baş katibi Rəşad Rəsulludan bu məsələyə münasibət öyrəndik:

Azərbaycanda 1000-ə yaxın dini qurumun dövlət qeydiyyatı var

Turan: Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) bu günədək 971 dini qurum dövlət qeydiyyatına alınıb. Bu məlumat Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin saytında yer alıb.

Məlumatda deyilir ki, bu dini qurumlardan 934-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.

Eyni zamanda, 10 dini təhsil müəssisəsi (kollec) dövlət qeydiyyatından keçib.

Nazarbayev istefa verdi

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb.

"Unikal" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciətində söyləyib.

"Bu gündən etibarən bu vəzifəni mən tutacağam”, - o bildirib.

Qeyd edək ki, Nazarbayev bundan sonra istefa verib. 

Pakistan: Hindistan Kəşmirdəki cinayətlərinə görə cavab verməlidir

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Pakistan rəhbərliyi mübahisəli Kəşmir regionunun Hindistanın nəzarəti altındakı hissəsindəki insan haqlarının pozulması hallarına son qoyulması çağırışı ilə dünya ictimaiyyətinə müraciət edib.

Pakistan prezidenti Arif Alvi dünya ictimaiyyətini Cammu və Kəşmirin problemlərinin dinc şəkildə yoluna qoyulmasında iştirak etməyə çağırıb.

Pakistan Baş naziri İmran Xan bəyan edib ki, Cənubi Asiyada möhkəm sülh Kəşmir probleminin beynəlxalq hüquq normaları əsasında həll edilməsindən asılıdır.

Bu il manatın məzənnəsi necə olacaq? - Açıqlama

"Manatın məzənnəsi dünya birjalarında müəyyənləşdirilmir. Məzənnə inzibati qaydada tənzimlənir, hökumətin və Azərbaycan Mərkəzi Bankının aldığı qərarlarla təyin edilir".

Bunu "Unikal"a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, dünyada baş verən proseslər birbaşa manatın məzənnəsinə təsir göstərmir:

Prezident Tokayev xalqın tələbini yerinə yetirib

Dünya Qazaxıstanda baş verən kütləvi etirazları izləyir. Belə ki,   yanvarın 2-də Manqistau vilayətində Janaozen və Aktau şəhərlərinin sakinləri yanacağın qiymətini azaltmaq çağırışı ilə kütləvi şəkildə küçələrə çıxıblar. Qəflətən adamlar yanacaqdoldurma məntəqələrində maye qazın qiymətinin 60-dan 120 təngəyə (0, 47 Azərbaycan manatı) qədər artması ilə üzləşiblər. Daha sonra etirazlar bütün Qazaxıstanı əhatə edib. Hakimiyyət mitinqçilərlə görüşdən sonra Manqistau vilayətində maye qazın qiymətinin ucuzlaşdığını elan edib, lakin vəziyyət sabitləşməyib.

"Qazaxıstandakı etiraz aksiyalarında Qərbin əli var" - Rusiyalı deputat

Qazaxıstandakı etiraz aksiyalarında London və Vaşinqton regional komitələrinin əli var.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov deyib.

Onun sözlərinə görə, iğtişaşlara səbəb Qazaxıstan hakimiyyətinin Kremllə əməkdaşlıq kursuna sadiqliyi olub:

“London və Vaşinqton regional komitələri Qazaxıstan liderlərinin birliyini, Moskva ilə əməkdaşlıq kursuna sadiqliyini bəyənmir”.

Deputat bildirib ki, insanlar “iqtisadi səbəblərə” görə meydana çıxarılıb, amma sonra siyasi şüarlar səsləndirməyə başlayıblar.

Almatıda etirazçılar meriyanı və prokurorluğu ələ keçiriblər

Turan: Yanvarın 5-də günorta Almatıda etirazçılar meriya binasına daxil olublar və binanı yandırıblar. Eyni zamanda, şəhər prokurorluğu ələ keçirilib, orada da yanğın baş verib.

Yerli KİV-lərin məlumatına görə, etirazçılar armatur, çubuq və qalxanlarla silahlanıblar. Meriya binası qarşısında polislə qarşıdurma davam edir. Binaya minlərlə insan hücum edib. Polis səs qumbaralarından istifadə edir, amma bu, kömək etmir.

Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də başlayıb və maye qazın qiymətinin artması ilə əlaqədar aksiyalar dayanmır.

Səudiyyə Ərəbistanı Yəmən şirkətinə məxsus neft tankerini saxlayıb

Səudiyyə Ərəbistanın hərbi koalisiyası Yəmən şirkətinə məxsus neft məhsulları daşıyan bir gəmini saxlayaraq öz limanına istiqamətləndirib.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə “Yəmənin Milli Qurtuluş Hökuməti”nin (husilər) tabeliyində olan “Dövlət Neft Şirkəti” bəyanat verib.

İsrail və İngiltərə baş nazirləri İranı müzakirə ediblər

 

İsrail Baş naziri Naftali Bennet ingiltǝrǝli hǝmkarı Boris Consonla İranın nüvǝ proqramı vǝ Vyanadakı beynǝlxalq müzakirǝlǝri qiymǝtlǝndirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, İsrail Baş naziri Naftali Bennet ingiltǝrǝli hǝmkarı Boris Consonla İranın nüvǝ proqramı vǝ Vyanadakı beynǝlxalq müzakirǝlǝri qiymǝtlǝndirib.

Əsaib Əhli Haqq Hərəkatı Sədr Hərəkatı ilə razılaşdı

 İraqın Əsaib Əhli Haqq Hərəkatının yüksək səviyyəli üzvü yeni parlamentdə koalisiya hökuməti qurmaq və daha böyük şiə partiyasını qorumaq üçün Sədr hərəkatının lideri ilə razılığa gəldiyini açıqlayıb. Əsaib Əhli Haqq Hərəkatının siyasi bürosunun üzvü Səid Səidi çərşənbə axşamı deyib: “Şiə siyasi qruplarının Koordinasiya Çərçivəsi Sədr hərəkatının lideri Müqtəda Sədrlə daha böyük bir şiə partiyasını qorumaq və koalisiya hökuməti qurmaq üçün razılığa gəlib.”

Azərbaycanda un və çörəyin qiymətlərinə nəzarət GÜCLƏNDİRİLDİ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti daha da gücləndirib.

"Unikal" bu barədə quruma istinadən xəbər verir.

Məlumatda deyilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.

Səudiyyə Ərəbistanı Yəmənin paytaxtına şiddətli hava zərbələri endirib, ölənlər var

Səudiyyə Ərəbistanın başçılıq etdiyi hərbi koalisiya Yəmənin paytaxtı Səna şəhərinə eləcə də, Şəbva, Mərib və əl-Hudeyda əyalətlərinə şiddətli hava zərbələri endirib.

SalamNews xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi koalisiyası rəsmi tvitter hesabı üzərindən Yəmənin paytaxtı Sənada bir sıra “hərbi mövqelər”ə hava zərbələri endirdiyini və burada “PUA və raketlərin anbarları”nı hədəfə aldığını bildirib.

Qazaxıstanda qaz və benzin qiymətləri ilə bağlı yeni qərar verilib

Qazaxıstan 180 gün müddətində mayeləşdirilmiş qaz, benzin və dizelin qiymətlərinə dövlət tənzimlənməsi tətbiq ediləcək.

Trend-in məlumatına görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə göstəriş verib.

Daha sonra Baş nazirin səlahiyyətlərini icra edən Əlixan Smailov dövlət başçısının tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirib.