02 January 2022

Şəhid Baqir Nimrin edamından 6 il ötdü

Şəhid Şeyx Baqir Nimr 1958-ci ilin 21-İyununda Səudiyyə Ərəbistanının Şərqində Əl-Qətif şəhərinin Əl-Əvamiyyə qəsəbəsində Şeyx Muhəmməd ibn Nasir Əli Nimrin ailəsində dünyaya göz açır. Atası Şeyx Muhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük Əhli-beyt (ə) alimlərindən olur. Bu səbəbə görə də uşağa Əhli-beytin (ə) şəninə Baqir adını verirlər. Dini dəyərlərin hakim olduğu ailə, gələcəyin böyük mütəfəkkiri, dəyərli İslam alimini öz mənəvi ruhunda böyüdür.

HƏMAS: Bizim İsraili məhbus mübadiləsinə məcbur etmək gücümüz var

Qətərin Əl-Cəzirə televiziyasının verdiyi açıqlamada HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsraillə mümkün məhbus mübadiləsi ilə bağlı qiymətləndirmələr edib. Hazırda HƏMAS-ın əlində 4 israilli əsir olduğunu qeyd edən Haniyə "İsrail buna razı olmasa, hər yerdə genişlənmələrimizlə bunu (məhbusların sayını) artıra bilərik" deyib.

Almaniyada koronavirus məhdudiyyətlərinə qarşı keçirilən aksiyada 10 nəfər yaralanıb

Almaniyanın Qreiz şəhərində hökumətin koronavirus məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı dördü polis olmaqla azı 10 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.

Aksiya yanvarın 1-də axşam saatlarında baş tutub və 400-ə yaxın insanı cəlb edib. Polis təşkilatçıların şəhərin küçələrində planlaşdırdıqları nümayişə icazə verməyib, vəziyyət gərginləşib, mühafizəçilər gözyaşardıcı qaz və dəyənəklərdən istifadə etməli olublar.

Yaxın Şərq: Süleymani və Əbu Mühəndisin şəhidliyi dünyaya inqilabın qalib gəldiyini göstərir

 “Middle East” araşdırma və təhlil saytı İran İslam Respublikası İnqilabı Keşikçiləri Korpusunun komandanı general Süleymani və “Həşdu-Şabi”nin vitse-prezidenti Əbu Mehdi Mühəndisin şəhadətinin ildönümü ərəfəsində dərc olunan məqaləsində şəhid Süleymaninin və Əbu Mühəndislər terrora qarşı müqavimət simvolları olduğunu yazıb.

DSX-nin hərbçisi 3 hərbçi yoldaşını qətlə yetirib qaçdı

Bu gün saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.

"Real" 11 oyundan sonra məğlub oldu

Futbol üzrə İspaniya La Liqasının 19-cu turu çərçivəsində "Hetafe" öz meydanında "Real"ı qəbul edib.

"Unikal" xəbər verir ki, oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 9-cu dəqiqədə Enes Ünal vurub.

"Hetafe" La Liqada son 6 oyunda məğlub olmayıb (3 qələbə və 3 heç-heçə) və 18 xalla turnir cədvəlində 16-cı yerdədir.

"Real" isə 11 oyundan sonra La Liqada ilk dəfə məğlub olub. Kral klubu 46 xalla turnir cədvəlində liderdir.

Səudiyyə Ərəbistana qar yağdı

Səudiyyə Ərəbistanının Təbuk şəhərinə yeni ilin ilk günü qar yağıb.

"Unikal" xəbər verir ki, şəhərində 2 gündür təsirli olan sulu qar küçələri ağ rəngə boyayıb.  Hökumət rəsmiləri qar yağması ilə əlaqədar yollara nəzarəti gücləndirib və bölgə qubernatorunun əmri ilə fövqəladə vəziyyət planı hazırlanıb.

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Trend Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata əsasən, Yeni il münasibətilə bir-birini təbrik etdikdən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Təl-Əviv və Yafa limanında üç partlayış baş verib

İvrit dilli media mənbələri Fələstinin işğal olunmuş ərazilərindəki Təl-Əviv və Yafa limanında bir neçə dəhşətli partlayış səsinin eşidildiyini bildiriblər.

ABNA24 Xəbər Verir, bəzi media mənbələri Fələstinin işğal olunmuş ərazilərindəki Təl-Əviv və Yafa limanında üç dəhşətli partlayışın baş verdiyini bildiriblər. 

Sionist rejim ordusu da Qəzzə zolağından raketlərin atıldığına dair bəzi məlumatların alındığını və vəziyyəti araşdırdığını bildirib.

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında нanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 4-də isə cənub-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Azərbaycanın rayonlarında havanın yanvarın 2-si axşamdan 3-ü günün ikinci yarısınadək, 4-ü axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. 2-4-də qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

ABŞ-da ilk hicablı aparıcı efirə çıxıb

ABŞ-ın Konnektikut ştatında ilk hicablı teleaparıcı çalışmağa başlayıb. Aya Cəlal adlı müsəlman aparıcı əslən misirlidir. Hazırda o, CBS kanalında xəbər proqramının aparıcısı vəzifəsində çalışır.

Bundan əvvəl Aya Cəlal WFSB xəbər agentliyinin müxbiri. Hicabıma görə heç bir xəbər kanalının mənim efirdə çıxış etməyimi qəbul etməyəcəyindən qorxdum, – deyə aparıcı bildirib.

 

Sirat.az

Makrona görə, Avropa İttifaqı yalnız ABŞ təhlükəsizlik çətirinə güvənməməlidir

Yanvarın 1-dən Avropa İttifaqına (Aİ) sədrlik altı ay müddətinə Fransaya keçir.

Fransa prezidenti Makron uzun müddətdir ki, blokun 27 üzv dövlətini birləşdirən əlaqələri möhkəmləndirməklə yanaşı, Aİ-ni daha güclü bir dünya gücünə çevirməyə çalışdığını bildirir.

“Deyərdim ki, biz öz sərhədlərimiz daxilində əməkdaşlıq Avropasından dünyada güclü, tam suveren, seçimlərində azad və öz taleyinin sahibi olan Avropaya keçməliyik”, – dekabrın əvvəlində etdiyi çıxışında Makron belə deyib.

Rusiyada avtomobillərə texniki baxışı ləğv etdilər. Azərbaycan DİN Rusiyadan nümunə götürəcəkmi?

Turan: Başa çatmaqda olan ilin sonunda Duma bütün sürücüləri sevindirən qanun qəbul edib: avtomobil sahibləri - texniki şəxslər üçün avtomobillərin məcburi texniki baxışı ləğv edilib. Məcburi texniki baxış ancaq avtomobilin sahibi dəyişdiyi, o da ki maşın yeni olmadıqda tətbiq ediləcək.