Activities calendar

01 January 2022

Səmayə Həşimova: “Kərəm Vəliyev oğlumu öldürtdurub özü vəzifəyə gəldi”-VİDEO

General-mayor Polad Həşimovun anasının sosial mediada ittiham dolu çıxışı geniş müzakirələrə səbəb olub. Generalın anası oğlunun öldürülməsində Kərim Vəliyevi ittiham edərək aldadıldığını bildirib. Yeni ilin ilk günündə müsahibə verən şəhid anası atəşfəşanlığı da şəhid analarına qarşı hörmətsizlik kimi qiymətləndirib. Səmayə Həşimovanın müsahibəsini sizlərə təqdim edirik.

2021-ci ildə dünyada 45 jurnalist həlak olub

Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) cümə günü verdiyi məlumata görə, 2021-ci idlə dünya boyu ümumilikdə 45 jurnalist həlak olub. Bu isə hər hansı bir ildə təşkilatın qeydə aldığı “ən aşağı göstəricilərdən biridir.”

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı da iki həftə öncə ötən il 46 jurnalistin həlak olduğunu xəbər verib və bunun 1995-ci ildən bəri ən aşağı rəqəm olduğunu bildirib.

Qasim Süleymaninin “Əlbu Kamal” əməliyyatı

Hərbi Əməliyyat otağı komandirlərindən biri Əl-Əhəd News-a 2007-ci ildə Şəhid Qasim Süleymaninin komandanlığı altında həyata keçirilən “Əlbu Kamal” əməliyyatı haqqında bunları deyib: “Şəhərə (Əlbu Kamal) girməyə qərar verəndə gecə dəstək atəşinə ehtiyacımız oldu. Topları gətirdilər və atəş üçün hazırlıqlara başladılar. Həm artilleriya, həm də təyyarə əla iş görməli idi. Bu arada Hacıya (Qasim Süleymaniyə) ərazidə mülki əhalinin olduğunu bildirdilər. Belə bir böhranın ortasında düşünürdük ki, onlar birtəhər çıxış yolu tapacaqlar.

Həzrət İsa Məsih (ə) zalımlar qarşısında dözüm və müqavimətin təcəssümüdür - Rəisi

İran İslam Respublikası prezidenti xristian ölkələrinin rəhbərlərinə ünvanladığı ayrı-ayrı müraciətlərdə onları Həzrət İsa Məsihin (ə) əzəmətli mövludu və yeni ilin başlanması münasibətilə təbrik edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Seyid İbrahim Rəisi bu müraciətlərdə Həzrət İsa Məsihin (ə) mövludunu təbrik edərək, qeyd edib ki, Həzrət İsa Məsihin (ə) viladətinin ildönümü İran xalqı üçün də əziz və mübarəkdir. 

"Tramp və onun kimiləri tarixin zibilliyində unudulacaqlar" -Ayətullah Xamenei

2020-ci il yanvarın 3-də ABŞ-ın hava hücumunda öldürüldüyü iddia olunan İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasim Süleymaninin ildönümü öncəsi Bağdadda onun ailəsi ilə görüşən İranın Ali lideri Seyid Əli Xamenei çıxışı zamanı Donald Trampı hədələyib.

"Unikal" xəbər verir ki, Ayətullah Xamenei Qasim Süleymaninin region gəncləri üçün örnək olduğunu bildirib.

Yeni il gecəsi Fransada yüzlərlə avtomobil yandırılıb

Fransada yeni il gecəsi 870-dən çox avtomobili yandırılıb.

Trend xəbər verir ki, bunu Fransa Daxili İşlər Naziri Jerald Darmanen bildirib.

Nazir ötən illərlə müqayisədə yanan avtomobillərin və polis əməkdaşlarına hücumların sayının azaldığını qeyd edib. O xatırladıb ki, 2019-cu ildə Yeni il gecəsi iğtişaşçılar 1,3 mindən çox avtomobili yandırmışdılar.

ABŞ hərbi karvanı İraq sərhədindən Suriya ərazisinə daxil olub

Səna xəbər agentliyinin yaydığı məlumata görə İraq Kürdüstanı bölgəsindəki Əl-Valid sərhədindən Amerika yardımını daşıyan 40 yük maşınından ibarət karvan Suriyanın şimal-şərqindəki Həsəkə vilayətinə daxil olub. Xəbərə görə, konvoy Hasəkənin şimal-şərqindəki əl-Rəmilan bölgəsindəki qeyri-qanuni ABŞ bazasına avadanlıq və dəstək materialları köçürüb. Bundan əvvəl Suriya xəbər mənbələri Suriya ordusunun ölkənin şərqində Amerika hərbi karvanının keçidini əngəllədiyini bildirmişdi.

"Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik" - Bayden

“Ukrayna mövzusunda hərbi addımlar atılsa, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyik”.

"Unikal" “Habertürk”ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

“Dövlət başçısı Vladimir Putinə ağır sanksiyalar tətbiq edəcəyimizi və NATO-dakı müttəfiqlərimizlə birlikdə Avropadakı mövcudluğumuzu daha da artıracağımızı dedim. Putinə açıq dedim ki, Ukraynanı işğal edə bilməyəcək. Ümid edirəm ki, müzakirələr işə yarayacaq”, - o bildirib.