25 November 2021

Ermənistan müharibədən öncəki destruktiv siyasi ritorikaya üstünlük verir-MSDM

Turan:Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) noyabrın 25-də keçirilmiş  toplantısında  2-ci Qarabag müharibəsindən sonra ötən bir il ərzində yaranmış vəziyyət, problemlər və onların həlli yolları müzakirə edilib.

Qurumun yaydığı məlumatda 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun qələbəsi  tarixi  uğur adlandırlır və bu qələbənin yüksək qiymətləndirildiyi vurğulanır.

Eyni zamanda, Rusiyalı hərbçilərin sülhməramlı adı altında Qarabağa yerləşdirilməsi faktına cəmiyyətdə mənfi münasibət olduğu deyilir.

Rusiya: Suriya hava hücumundan müdafiə sistemi 10 İsrail raketini hədəfə alıb

Kolit İsrailin hücumu nəticəsində bir suriyalı əsgərin yaralandığını deyib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Suriyadakı Rusiya Hava Hücumundan Müdafiə Mərkəzi Suriya hava hücumundan müdafiə qüvvələrinin son hücum zamanı İsrail qırıcılarının atdığı 12 raketdən 10-nu hədəfə aldığını bildirib.

İstanbuldakı aksiyalarda saxlanılanların sayı açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, İstanbulda dolların iki gün əvvəl rekord həddə bahalaşaraq 13,46-nı keçdikdən sonra başlayan "valyuta" etirazları çərçivəsində dünən keçirilən aksiyalarda 70 nəfərin saxlanıldığı açıqlanıb.   Bu barədə İstanbul Polis İdarəsi açıqlama yayıb.   Açıqlamada deyilir:   "Kadıköy, Şişli, Eyüpsultan, Bakırköy və Beylikdüzündə icazəsiz nümayişlər müşahidə olunub. Nümayişçilərə dağılışmaq barədə xəbərdarlıq edilib.

Nardaran hadisələrinin gerçək səbəbləri

2015 ci ilin Nardaran hadisələri müasir Azərbaycan tarixinə dinc insanlara qarşı həyata keçirilən dövlət terroru kimi daxil olub. Bu qanlı hadisənin törədilməsində məqsəd cəmiyyətdə gündən - günə genişlənən narazılıq fonunda dindar kəsimin siyasi proseslərə qoşularaq , hakimiyyətə qarşı öz narazılığını ifadə etməsinin qarşısını qorxu, zorakılıq yolu ilə almaq idi.

“İnter” Çempionlar Liqasında son 9 ildə ilk dəfə qrupdan çıxıb

İtaliya “İnter”i Çempionlar Liqasındakı 1/8 final həsrətinə son qoyub.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi son 9 ildə ilk dəfə qrupdan çıxıb.

A seriyası təmsilçisi bu hüququ V turda rəsmiləşdirib. “İnter” “Şaxtyor”u 2:0 hesabı ilə məğlub edərək buna nail olub.

Milanlılar sonuncu dəfə belə uğura 2011/12 mövsümündə imza atıb. Qrupdan çıxan “İnter” 1/8 finalda “Marsel”ə uduzub – 0:1, 2:1.

Qeyd edək ki, 10 xalla ikinci yerdə qərarlaşan “İnter” “Real”dan 2 xal geri qalır.

Azərbaycanda polis faciəvi şəkildə öldü

Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunan xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.

Xəsarət alan R.Mütəllimov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Apple sionist rejimin casus proqramlar hazırlayan şirkətini məhkəməyə verir

Apple şirkəti adı bu ayın əvvəlində Bayden administrasiyası tərəfindən qara siyahıya salınmış sionist rejimin "NSO Group" casus proqram təminatı şirkətini məhkəməyə verir

ABNA24 Xəbər Verir, "Apple" şirkəti "Pegasus" casus proqram təminatının istehsalçısı olan sionist rejimin "NSO" şirkətini "Apple" istifadəçilərini hədəfə almaqda və onları izləməkdə ittiham edib.

ABŞ-lı general: İran nüvə silahına olduqca yaxındır

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, İran nüvə silahı yaratmaq imkanına “olduqca yaxındır”.

Bu fikirləri ABŞ Silahlı Qüvvələrinin (SQ) Mərkəzi Komandanlığının başçısı general Kennet Makkenzi səsləndirib.

“Time” jurnalı yazır ki, MAQATE-nin məlumatlarına əsasən, İran öz nüvə proqramında “həmişəkindən də çox irəliləyib”.

Makkenzi hesab edir ki, rəsmi Tehran real döyüş başlığı istehsalını inkişaf etdirməklə bağlı hələ qərar qəbul etməyib.

Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri İranın bu tərəqqisinə görə narahatlıq keçirir.

Həbs edilmiş blogerin yaxınları Fransa səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər

Turan: Cəlilabadda həbs edilmiş bloger Saməddin Məmmədovun qohumlarından ibarət qrup cümə axşamı günorta etiraz aksiyası keçirib. Onlar əllərində onun portretini və blogeri mühakimə edən məmurların fotolarını tutublar.

Həbs edilmiş şəxsin oğlu da etirazçıların arasında olub. O, dövlət başçısına müraciət edərək onu qəbul etməyə çağırıb, əks halda vətəndaşlıqdan imtina edəcəyini və siyasi sığınacaq istəyəcəyini bildirib.

Əfqanıstanın şərqində 80 İŞİD üzvü Talibana təslim olub

Əfqanıstanın Pakistanla sərhədində yerləşən Nəngərhar əyalətində 80 İŞİD üzvü Taliban hökuməti qüvvələrinə təslim olub.

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Nəngərharda yerli qəbilə mənbələri məlumat veriblər.

Bildirilib ki, yerli qəbilələrin vasitəçiliyi ilə Nəngərhar əyalətində 80 civarında İŞİD üzvü (“Xorasan Vilayəti”) Talibana təslim olub.

İraqın qərbində İŞİD terrorçuları yaxalandı

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın qərbində İŞİD terrorçuları ilə əlaqəli olan 5 nəfər yaxalanıb.   “Al-Sumaria News”  portalı İraq silahlı qüvvələrinin baş komandanının mətbuat katibi Yəhya Rəsula istinadən məlumat yayıb ki, antiterror xidməti Hitdə terror əməliyyatını dayandırmağa nail olub. Ramadinin şimalında Ənbar, Bağdad və Kərkük vilayətlərində 5 İŞİD terrorçusu saxlanılıb. Onların üzərindən silah partiyası aşkar edilib.

"Hizbullah" Avstraliya hökumətini qınadı

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatı Avstraliyanın bu hərəkat ilə bağlı qərarına münasibət bildirib.   "Hizbullah" hərəkatı Avstraliyanı ABŞ və İsrail rejiminin maraqlarına xidmət etməkdə ittiham edib.   "ABŞ və İsrail rejiminin çirkin siyasətini dəstəkləyərək bu addım atdılar. Lakin bu qərar Livan xalqının sadiq və azad əhvalına təsir etməyəcək", - deyə "Hizbullah" diqqətə çatdırıb. 

Aleksey Navalnı həbsdə olduğu təcridxanaya qarşı daha bir iddia qaldırıb

Kremlin həbsdə olan tənqidçisi Aleksey Navalnı həbsdə olduğu Vladimir vilayətindəki 2 saylı İstintaq Təcridxanasına qarşı daha bir iddia qaldırıb.

Navalnının vəkili Vadim Kobzev noyabrın 24-də “Novaya Qazeta” qəzetinə verdiyi müsahibəsində müvəkkilinin təcridxananın onu “terrorçu və ya ekstremist xarakterli cinayətlər törətməyə meyilli şəxs” kimi qələmə vermək qərarına qarşı olduğunu deyib.

Vladimir vilayətinin Petuşki Rayon Məhkəməsi iddianı noyabrın 18-də qeydiyyata alıb və ilkin dinləmə dekabrın 9-na təyin edilib.

Üç Avropa dövləti İranın nüvə təsisatlarına nəzarətin kafi olmadığını bildiriblər

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri Rafael Qrossinin Tehrana səfərindən sonra Fransa, Britaniya və Almaniya üçlüyü İranın nüvə proqramı haqda yeni bəyanat veriblər.

SalamNews xəbər verir ki, Fransa, Britaniya və Almaniya üçlüyü Beynəlxalq Atom Enerjisi Agentliyinin Nazirlər şurasına ünvanladıqları bir bəyanatda İranda olan nüvə obyektlərinə nəzarətin azaldığını bildiriblər.

Rusiya-Ukrayna qarşıdurması niyə qızışır?

“Rusiya-Ukrayna qarşıdurmasının qızışmasının səbəbi Rusiyanın Ukraynada daha çox əraziyə iddialı olması, Ukraynanın isə Qərbin gəlişi gözəl vədlərinə inanmasıdır”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqan müavini Gülşən Hacıyeva deyib.

Onun fikrincə, digər ərazilərə iddialı olduğunu Putin bir neçə il öncə dövlət kanalına verdiyi müsahibəsində açıq ifadə etmişdi:

Rafael Ağayev: "İlin sonunda karyeramla bağlı qərar verəcəyəm"

"İtaliya futbolunu çox sevirəm. Onların da xarakterində bizə çox oxşarlıq var: çılğın, qısqanc və istiqanlıdırlar. Amma rəqib olaraq kim olursa-olsun, mənim bir nəfərlə düşmənçiliyim və ya idmanda prinsipim varsa, onun bütün xalqa və ya millətə aidiyyatı yoxdur. Çünki hər ölkədə yaxşı və pis insanlar var".

Çin təzyiqlər qarşısında İranla birlikdə olduğunu bildirdi

Eastnews.org-un verdiyi xəbərə görə, Çin İranla birlikdə birtərəfli fəaliyyətlər və təqib siyasətinə müqavimət göstərməyə, həmçinin daxili işlərə qarışmamaq prinsipini müdafiə etməyə hazırdır.   Bunu Çinin Xarici İşlər naziri Vanq Yi iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla söhbətində deyib.   Dünən iki ölkənin xarici işlər nazirləri arasında videokonfrans formatında söhbət baş tutmuşdu. 

Kreml: "ABŞ demokratiya sözünü özəlləşdirməyə çalışır"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Kreml ABŞ-ın “Demokratiya sammiti” keçirmək qərarına qarşıdır və bunu ABŞ tərəfindən demokratiyanı özəlləşdirmə cəhdi kimi dəyərləndirir".
 

ABNA24 Xəbər Verir, Peskov çərşənbə günü jurnalistlərə açıqlamasında deyib: "ABŞ rəsmilərinin bəzi ölkələri, o cümlədən Rusiya və Çini Demokratiya Sammitinə dəvət etməmək qərarı ayrıcı xəttlər yaratmaq və "demokratiyanı" özəlləşdirmək cəhdidir".