24 November 2021

BƏƏ-İran-Türkiyə koridoru rəsmən açılışa hazırlaşır

Birləşmiş Ərəd Əmirliyinin (BƏƏ) nümayəndə heyəti BƏƏ-İran-Türkiyə dəhlizinin rəsmi açılışı üçün yaxın günlərdə Tehrana səfər edəcək.

Bu barədə İran Gömrük və Tranzit İdarəsinin baş direktoru Cavad Hidayəti açıqlayıb.

Onun sözlərinə görə, İran-Türkiyə dəhlizinin rəsmi açılışı üçün yaxın günlərdə BƏƏ nümayəndə heyəti Tehrana səfər edəcək.

Somalidə fövqəladə vəziyyət elan olundu

Somali hökuməti təsirini artıran quraqlıq üzündən ölkədə Fövqəladə Vəziyyət elan edib.

Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Somalinin Baş naziri Məhəmməd Hüseyn Roble Nazirlər Kabineti iclasından sonrası verdiyi məlumatda bildirib: “Somali xalqının ehtiyac duyanlarına yardım edilməsi üçün birlik olmağa çağırıram.   Ölkədə çətin vəziyyətlə əlaqədar Fövqəladə Vəziyyət elan etdik. Beynəlxalq ictimaiyyətdən yardım istəyirik”.

Zəbihullah Mücahid: ABŞ-la Əfqanıstanın maliyyə resurslarını azad etmək üçün danışıqlar aparırıq

Eastnews.org-un verdiyi xəbərə görə, Taliban müvəqqəti hökumətinin sözçüsü vurğulayıb ki, bloklanmış əfqan pullarının sərbəst buraxılması qrupun ABŞ ilə qarşıdakı danışıqlarında əsas məsələsi olacaq.   Taliban müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid bildirib ki, ABŞ-la gələcək danışıqlarda Əfqanıstanın dondurulmuş aktivlərinin azad edilməsi üçün səylər göstəriləcək.

Suriyada düşərgədə saxlanılan 12 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb - XİN

2021-ci ilin 24 noyabr tarixində Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.

Fələstin XİN İsrail qarşısında tələb qoydu

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Muxtariyyətinin Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatına müraciət edib.   Bu barədə yazılı açıqlama yayılıb.   Yazılı açıqlamada vurğulanır ki, İsrail rejimi fələstinlilərə qarşı kimyəvi silahlardan istifadə edir.   Nazirlik Birləşmiş Millətlər Təşkilatının bu faktı araşdırmasını tələb edib. 

İstanbulda Azərilər “İmam Həsən (ə) Məscidi”ndə Qarabağ şəhidlərinin anım mərasimini keçirib

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Türkiyədə fəaliyyət göstərən din alimlərindən olan höccətülislam şeyx “Mehdi Aksunun” iştirakı və çıxışı ilə İstanbulda Azərilər İmam Həsən (ə) Məscidində Qarabağ şəhidlərinin anım mərasimini keçiriblər.

 

 

 

 

Beynəlxalq Atom Enerjisi Agentliyinin sədri İran səfərində yeni nəticələrin əldə edilmədiyini bildirib

BAEA-nin sədri Rafael Qrossi İrana rəsmi səfəri çərçivəsində ilk görüşünü bu ölkənin Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami ilə, ikinci görüşünü isə XİN rəhbəri Hüseyn Əmir-Abdullahiyanla həyata keçirib. O İran səfərində istənilən nəticənin əldə edilmədiyini deyib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, Rafael Qrossi bu sözləri İran səfərinin nəticələri ilə bağlı jurnalistlərin suallarını cavablandırakən deyib.

Livan Rusiya şirkətlərini dağıdılmış Beyrut limanını bərpa etməyə dəvət edir

Eastnews.org-un verdiyi xəbərə görə, Livan Beyrut limanının bərpasında rus şirkətlərinin iştirakında maraqlıdır.   Bu barədə Livan Xarici İşlər naziri Abdullah Bu Həbib məlumat verib.   Bu Həbib bazar ertəsi Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.   Nazir tenderin təşkil olunacağını bildirib.   "Rusiya şirkətlərinin bu layihələrdə iştirak etməsi bizim üçün vacibdir", - deyə nazir bildirib.   O, tikintiyə nə vaxt başlanacağını da açıqlayıb.

ABŞ-ın İrana hədəsi: “Bütün variantlar” ifadəsi müharibə cinayətlərinin kodudur

ABŞ Müdafiə Naziri İrana qarşı "bütün variantların" nəzərdən keçiriləcəyini dedikdə, bu variantlar açıq şəkildə ABŞ-ın keçmişdə dəfələrlə törətdiyi vəhşilikləri və hərbi cinayətləri ehtiva edir. Bu cür təhdidlər qəbuledilməzdir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu yaxınlarda İranı başqa “bütün variantlar”la hədələyib. Əgər İran ABŞ-ın istədiyini etməsə, "ABŞ-ın təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün variantları nəzərdən keçirəcəyik" Ostin deyib.

İsrailin baş nazirindən ŞOK AÇIQLAMA: "İranın “ən qəbuledilməz” siyasətçilərini öldürəcəyik"

İsrailin baş naziri Naftali Bennet İranın “ən qəbuledilməz” siyasətçilərinin fiziki məhvinə çalışacaqlarını bəyan edib.

Musavat.com virtualaz.org-a istinadən xəbər verir ki, Bennetin bu açıqlamasına “İsrael Hayom” qəzeti dünənki sayında yer verib.

Baş nazirin sözlərinə görə, İsrail İranın nüvə proqramına dair əməliyyatların planlaşdırılmasında və həyata keçirilməsində fəaliyyət azadlığını saxlayacaq. Və İranla Qərb ölkələri arasında nüvə anlaşması əldə edilsə belə, bu İsrailə hər hansı öhdəliklər qoya bilməz.

Əfqanıstanın Təhar vilayətində terror aktı törədildi

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın şimal-şərqindəki Tahar vilayətində bomba partladılıb.   Bu barədə bu gün  təhlükəsizlik mənbəsinə istinadən “Əl-Cəzirə” telekanalı məlumat yayıb.   Telekanalın məlumatına əsasən, vilayət mahallarından birinin rəhbəri, həmçinin onun 3 mühafizəçisi bombanın partlaması nəticəsində həlak olub.   Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

On4 TV-nin Azərbaycandakı təmsilçiliyi fəaliyyətə başladı

Türkiyənin On4 televiziyasının Azərbaycandakı təmsilçiliyi fəaliyyətə başlayıb.

Bu barədə Az.shafaqna.com-a On4 Azərbaycanın təsisçi-direktoru Emin Səmədov məlumat verib.

O qeyd edib ki, hələlik On4TV-də Azərbaycandan hazırlanan iki veriliş təqdim olunur.

Birinci veriliş “Haqqın Sədası” çərşənbə günü saat 21:00-da yayımlanacaq. Verilişin müəllifi ilahiyyatçı Samir Ağayevdir.

İkinci veriliş isə Pərvin İsmayılovun təqdimatında “Söz səndə”dir. Bu veriliş isə hər bazar ertəsi saat 21:00-da yayımlanacaq.

İsrail və Mərakeş hərbi sahə üzrə anlaşma imzalayıblar

 İsrail ərəb dövləti olan Mərakeşlə hərbi sahə üzrə anlaşma imzalayıb.

SalamNews Haaretz-ə istinadla xəbər verir ki, İsrailin və Mərakeşin müdafiə nazirləri hərbi sahə üzrə anlaşmanı imzalayıblar.

İsrailin müdafiə naziri Beni Qants rəsmi tvitter səhifəsində bu barədə məlumat verərək, sözügedən anlaşmanın iki ölkə arasında hərbi müqavilələrə şərait yaratdığını yazıb.

Jurnalistlər Saleh Rüstəmlinin azadlığa buraxılmasına çağırıblar

Turan: “Saleh Rüstəmlinin həbsxanada başladığı aclıq aksiyası günahsız cəzaya qarşı dirənişdir, bu aksiya davam edərsə onun labüd ölümü Azərbaycanda çox arzuolunmaz presedent yaradacaq. Elə, Azərbaycan üçün də çox arzuolunmaz presedentlər yaradacaq.Saleh Rüstəmlinin bir an öncə azad edilməsi üçün əlinizdən gələni əsirgəməyin! Biz onun azadlığını istəyirik!” Bu barədə 50-yə yaxın jurnalistin Azərbaycanın dövlət başçısına, digər dövlət qurumlarının rəhbərlərinə və  ölkə ictimaiyyətinə müraciətində deyilir.

Noyabrın 23-də Saleh Rüstəmlinin aclıq aksiyasının 18-ci günü tamam olur.

Vaşinqton qətllərin sayına görə 18 illik rekordu yeniləyib

ABŞ-ın Vaşinqton şəhəri bir ildə qətllərin sayına görə son 18 ilin rekordunu yeniləyib.

Trend-in "The Washington Post" qəzetinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə şəhərdə cinayətkarların əlindən 200 nəfər həyatını itirib.

Statistikaya əsasən, son 20 il ərzində ən çox qətl hadisəsi 2002-ci ildə baş verib (262 qətl).

Bildirilir ki, 2003-cü ildən sonra (248 qətl) şəhərdə qətllərin sayı 200-ə çatmayıb.

Livanın xarici işlər naziri: Qərblilər suriyalı qaçqınların ölkələrinə qayıtmasının qarşısını alır

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın xarici işlər naziri Qərbin suriyalı qaçqınların ölkələrinə qayıtması ilə bağlı addımına toxunaraq bildirib ki, Qərb ölkələri suriyalı qaçqınların öz ölkələrinə qayıtmasının qarşısını alırlar.   Livanın xarici işlər naziri Abdulla Həbib Qərb ölkələrinin təxribat törətməsindən danışıb.

Kanada paytaxtındakı ilk məscidin qurucusu vəfat etdi

Az.shafaqna.com “Ottawa Citizen”-ə istinadən xəbər verir ki, Kanadanın məşhur müsəlman simalarından biri son mənzilinə yola salınıb.

Kimyaçı-mühəndis və Ottava Müsəlman Assosiyasiyasının təsisçisi Fərid Əhməd 16 noyabrda dünyasını dəyişib.

Kanada paytaxtı müsəlmanlarının sözlərinə görə, o, Ottavadakı bütün müsəlman icmasını 0-dan qurub və paytaxtın ilk məscidinin təməlini də məhz o atıb.

Bildirilib ki, Fərid Əhməd çox güclü bir sima olub və hər zaman din və müsəlmanlar üçün çalışıb, heç kim heç vaxt onun səsini qaldırdığını görməyib.

Qarabağ ərazi yox, hüquq məsələsidir. Ermənistan Azərbaycanın bütövlüyünü hələ 1991-ci ildə tanıyıb - Paşinyan

Turan: Əgər bu görüş məhbusların qaytarılması məsələsini həll edərsə, Ermənistan noyabrın 9-da onlayn görüşə hazır idi. Bu gözlənilmədiyi üçün görüşün vaxtının dəyişdirilməsi “təklif olundu”. Bunu noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.

Onun sözlərinə görə, o, görüşün noyabrın 15-nə təxirə salınmasını təklif etsə də, görüşün noyabrın 26-da üzbəüz keçirilməsi təklif olunub.

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları

Ölkələri sanksiya etməyə adət etmiş Amerika bildiribdir ki, «Şimal Axını-2» qaz boru kəməri layihəsilə bağlı olan bir rus şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.

ABNA24 Xəbər Verir, ABŞ-ın dövlət katibi Entoni Blinken deyibdir ki, Rusiyanın tabeliyində olan «Transadriya» şirkəti və onun iki gəmisi «Şimal Axını-2» layihəsinin təkmilləşdirilməsindəki iştirakına görə, sanksiya ediliblər.

Avstraliya Hizbullah hərəkatının siyasi qanadını da “terror təşkilatı” elan edib

Avstraliya Livanın Hizbullah hərəkatının hərbi qanadı ilə yanaşı siyasi qanadını da “terror təşkilatı” elan edib.

SalamNews FransPress-ə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın Daxili İşlər Nazirliyi bəyanat verib.

Bildirilib ki, Hizbullah hərəkatının bütün cinahları “terror təşkilatı” elan edilib.

Bu bəyanatda iddia edilib ki, Hizbullah Avstraliya üçün təhdiddir.

Türkiyədə etiraz aksiyaları keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Türk lirəsinin məzənnəsinin düşməsi fonunda Türkiyənin bir sıra şəhərlərində, o cümlədən İstanbul və Ankarada etiraz aksiyaları keçirilib.   Bu barədə dünən "Halk TV" məlumat yayıb.   Nümayişçilər, əsasən Rəcəb Tayyib Ərdoğan hökumətinin istefasını tələb edən şüarlar səsləndirib, bəziləri də hakim Ədalət və İnkişaf Partiyasının hakimiyyətdən uzaqlaşdırılmasını istəyiblər.   Aksiya iştirakçıları arasında yerli tələbələrin də olduğu qeyd edilir.