22 November 2021

Sərhəddə yeni atışma, erməni tə varəftə ölən və yaralananlar var

Turan: Noyabrın 22-də axşam saatlarında Ermənistan-Azərbaycan sərhədində növbəti atışma olub, ölən və yaralananlar var. Bu barədə bazar ertəsi axşam Ermənistan KİV-i məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, saat 18:10-da Geqarkunik və Kəlbəcər sərhəddində atışma olub. Nəticədə bir erməni əsgəri həlak olub, bir neçə nəfər yaralanıb. Atışma saat 19:30-da bitib.

Erməni tərəfinin məlumatına görə, atışma Norabak kəndi ərazisində baş verib.

Azərbaycan Müdafiə Nazirliyi hələlik atışma faktını təsdiqləməyib.

Yəmənin müxtəlif əyalətlərində Səudiyyə Ərəbistanı və ABŞ əleyhinə etiraz aksiyaları keçirilib (VİDEO)

Yəmənin yeddi əyaləti ABŞ və Səudiyyə Ərəbistanı əleyhinə etiraz aksiyalarının şahidi olub.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu gün Yəmənin Səda, Səna, İbb, Təiz, əl-Əmran, Həcca, əl-Bəyda əyalətləri ABŞ və Səudiyyə Ərəbistanına qarşı etiraz aksiyalarının şahidi olub.

“Yəmənə təcavüzün arxasında ABŞ durur” devizi ilə keçirilən izdihamlı etiraz aksiyalarına on minlərlə insan qatılıb.

"Lion" - "Marsel" oyunu yarımçıq dayandırılıb

 Fransa Liqa 1-də ötən gecə keçirilən 14-cü turun "Lion" - "Marsel" görüşü yarımçıq qalıb.

SalamNews xəbər verir ki, buna yerli komandanın azarkeşləri səbəb olub.

Matçın 5-ci dəqiqəsinddə "Marsel" künc zərbəsi yerinə yetirərkən "Lion" fanatları tribunadan ona tərəf yad əşyalar atıb. Nəticədə yarımmüdafiəçi Dimitri Payetin başına şu qabı dəyib.

Aleksandr Qorbenkin: Vəhhabi terrorçuların Əfqanıstandan Rusiyaya keçməsi ehtimalı var

Aleksandr Qorbenkin: “Moskva Əfqanıstanın yeni hökumətindən narkotik, silah və qeyri-qanuni miqrasiya, o cümlədən İŞİD kimi terror qruplarının üzvləri ilə mübarizə aparacağını gözləyir".

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Qorbenkin bazar günü deyib: "Terrorçular Əfqanıstandan Mərkəzi Asiya ölkələrinə sızaraq Qazaxıstanla sərhəddən Rusiyaya daxil ola bilərlər".

Polşanın Baş naziri miqrasiya böhranını müzakirə etmək üçün Avropa ölkələrinə səfərə çıxdı

Eastnews.org-un verdiyi xəbərə görə, Polşanın Baş naziri Mateuş Moravietski miqrasiya böhranını müzakirə etmək üçün Avropa ölkələrinə səfərə çıxıb.   Məlumata əsasən, M.Moravietskinin ilk dayanacağı Estoniya olub. O, burada hökumət başçısı Kaya Kallas ilə görüşüb.   Görüşdən sonra Polşanın hökumət rəhbəri bildirib ki, hazırda ölkəsi şərq sərhədlərində yeni tipli böhranla üz-üzədir və bu, miqrantların sui-istifadə edildiyi, dezinformasiyanın geniş yayıldığı hibrid müharibəyə bənzəyir.

Yevlaxın keçmiş icra başçısının müsadirə olunmuş əmlakları

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verib. Onun şikayətinə hazırda Şəki Apellyasiya Məhkəməsində baxılır. Sabiq icra başçısı sağlıq durumunun ağırlığının nəzərə alınmasını, hökmün dəyişməsini, həbsdən buraxılmasını istəyir.

Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə suçlanan Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub.

İngiltərə millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt yığmadakı fəaliyyətini davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssislə müqavilə uzadılıb.

O, 2024-cü ilin yayına qədər milliyə başçılıq edəcək. Sautqeyt ildə 5 milyon funt sterlinqdən artıq maaş alacaq.

Qeyd edək ki, 2016-cı ildən İngiltərə yığmasına rəhbərlik edən mütəxəssis millini AVRO-2020-nin finalına, DÇ-2022-nin yarımfinalına çıxarıb.

Azərbaycanda İranın yük maşınlarının vergidən azad edilməsi təklif olunur

İran və Azərbaycan ticarətdəki maneələri, o cümlədən Azərbaycan ərazisindən keçən İranın yük maşınlarına tətbiq edilən vergini aradan qaldırmaq üçün yollar axtarır.

“Report” İran mətbuatına istinadən xəbər verir ki, bunu İranın yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi deyib.

İlahiyyatçı sərbəst buraxılıb

Səhər saatlarında Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılması barəsində məlumat yayılan ilahiyyatçı günün ikinci yarısı sərbərt buraxılıb. Sosial media üzərindən Masallı rayon sakini ilahiyyatçı Seyid Əli Qənbərov bu səhər DTX əməkdaşları tərəfindən saxlanılaraq Bakıya aparıldığı haqqında məlumat yer almışdı. İlahiyyatçının hansı səbəbdən saxlanılması da qeyd olunmayan xəbər günün ikinci yarısı təzələnərək onun sərbəst buraxıldığı əks olunub.

Nigeriyada 1 həftədə 70-ə yaxın mülki şəxs öldürüldü

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyada ötən həftədən etibarən mülki şəxslərə qarşı qaçırılma və öldürülmə halları daha da artıb.   Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, son 1 həftədə Nigeriyada terrorçular və cinayətkarlar 68 mülki şəxsi öldürüblər.   Hadisələrin əsasən Borno vilayətində baş verdiyi diqqətə çatdırılır. 

Suriyada əhali ABŞ hərbi karvanını geri dönməyə məcbur edib

Suriyanın şimal-şəqrində yerli əhali ABŞ hərbi karvanının irəliləməsinin qarşısını alaraq, onları geri dönməyə məcbur edib.

SalamNews Suriya mətbuatına istinadla xəbər verir ki, ABŞ qüvvələri ilə yerli əhali arasında insident Suriyanın şimal-şərqində yerləşən Qamışlı rayonunun əl-Hamu kəndi ərazisində yaşanıb.

Azərbaycanın Vatikanda səfirliyi təsis edilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi haqqında” qanunu imzalayıb.

"Report"un xəbərinə görə, qanuna əsasən, Azərbaycan Müqəddəs Taxt-Tacda (Vatikan) səfirlik açır.

Bundan başqa, Prezident İlham Əliyev noyabrın 22-də Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

İran XİN başçısı İran və Azərbaycan arasında uçuşları bərpa etməyə çağırıb

Turan: Noyabrın 21-də Tehranda İranın XİN başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşü keçirilib. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini və Qafqaz regionunda baş verən hadisələri müzakirə ediblər, xəbəri İrna agentliyi yayıb.

Abdullahiyan iki ölkə arasında ticari münasibətlərdən artan tendensiyadan və sıx əlaqələrdən məmnunluğunu bildirib, nəqliyyat, energetika və turizm sahələrinin əhəmiyyətini vurğulayıb.

Moskva Brüssel görüşünə qədər Ermənistan-Azərbaycan müqaviləsinin imzalanmasına nail ola bilər

Turan: Avropa Şurasının sədri Şarl Mişel Ermənistan və Azərbaycan liderləri ilə regionda yaranmış vəziyyətə dair telefonla danışıqlar aparıb. Mişellə söhbətdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Aİ-nin Şərq Tərəfdaşlığı sammitində görüşməyə razılaşıblar.

Avstriya Prezidenti köməkçisi Quran Məclisi sərgisini ziyarət etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Avstriya Prezidentinin xüsusi nümayəndəsi Richard Schinz Şarce Quran Məclisini ziyarət edib.   Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Avstriya rəsmisi burada qədim əlyazmalar olan Qurani Kərim kitabları və başqa dəyərli tarixi əsərlər ilə tanış olub.   Richard Schinz səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri rəsmiləri ilə də görüşəcək. 

Almaniyada İslama baxış yaxşılaşır? – ARAŞDIRMA

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Almaniyada aparılan bir araşdırma göstərib ki, ölkədə İslam dininə olan baxış düzəlməkdədir.

Araşdırmanın nəticələri müsəlmanlara qarşı islamofobiya və irqçiliklə mübarizə konfransı zamanı açıqlanıb.

Araşdırma 14-29 yaşlı gənc insanlar arasında keçirilib.

Statistikaya əsasən, ali təhsilə sahib ailələrdən olan gənclər arasında islamofob baxışlar daha az yayılıb.

Gənc ilahiyyatçı-psixoloq barəsində yayılan böhtanlara münasibət bildirib

Giperssilka.ru xəbər verir ki, gənc ilahiyyatçı-psixoloq Siruz Pirrəfdinin saxta profil vasitəsilə böhtan xarakterli məlumatlar paylaşılıb.

Bu barədə psixoloq özü açıqlama yayıb.

O, qeyd edib ki, “Turan Əli Xamenei” adı altında saxta profil açılıb:

“Orada Rəhbər, Şeyx Sərdar Hacıhəsənli, mənim haqqımda məlumatlar böhtan xarakterli paylaşıblar. Həmçinin, əxlaqsız videolar paylaşıblar. Bunun da səbəbi odur ki, Şeyx Sərdar haqqında yayılmış böhtan videosuna ilk reaksiya bildirənlərdən biri mən olmuşam.

Ermənistan Türkiyəni Azərbaycanla bağlı 'yeni şərtlər' qoymaqda ittiham edir

Nazir müsahibəsində deyib ki, Qarabağ bölgəsi uğrunda gedən döyüşlərdə Azərbaycana "böyük Türk dəstəyinə" baxmayaraq, Ermənistan Ankara ilə normallaşmaya hazırdır.

Ermənistanın xarici işlər naziri qonşu Türkiyəni iki ölkə arasında münasibətlərin normallaşması üçün “yeni şərtlər” qoymaqda ittiham edib.

İraq: Bizim qəti mövqeyimiz İsraillə münasibətlərin normallaşmasına qarşı çıxmaqdır

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Xarici İşlər Nazirliyi Fələstin məsələsini dəstəkləmək və İsrail rejimi ilə əlaqələrin normallaşmasına qarşı çıxmaqda qəti mövqeyini bir daha bəyan edib.   İraq Xarici İşlər Nazirliyi bazar günü bir daha Fələstin məsələsini dəstəklədiyini və İsrail ilə münasibətlərin normallaşmasına qarşı olduğunu bildirib.

Bir qrup ictimai xadim Saleh Rüstəmovu azad etməyə və siyasi məhbuslar probleminə son qoymağa çağırıb

Turan: Bir qrup ictimai xadim Mövqe sənədi yayaraq, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovu azad etməyə, siyasi məhbuslar problemini həl etməyə və ədalətsiz məhkəmə hökmlərinə son qoymaq üçün məhkəmə islahatını aparmağa çağırdı. Sənəddə deyilir:

Qadın şahmatçılarımız Avropa üçüncüsü oldu

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, son oyununda Niderlanda qalib gələn qadınlardan ibarət Azərbaycan yığması bürünc medalları əldə edib.

Qeyd edək ki, Azərbaycan yığması 2019-cu ildə də Avropa çempionatının bürünc medalçısı olub. 

 

Qadınlar

Azərbaycan - Niderland - 2,5:1,5

İran: Qarabağda bərpa işlərində iştirak etməyə hazırıq!

Azərbaycan Respublikası Baş nazirinin müavini, İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfəri çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.

“Az.shafaqna.com” xəbər verir ki, Hüseyin Əmir Abdollahian Azərbaycan torpaqlarının işğaldan azad olunması və Zəfər Gününün ildönümü münasibətilə təbriklərini çatdırıb, İranın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Sudanda çevriliş edən hərbçilərlə hökumət razılaşıblar

Sudanda yeni siyasi razılaşmaya əsasən baş nazir Abdullah Hamduk öz vəzifəsinə qayıdacaq.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Sudanda ötən ay hərbi çevriliş həyata keçiriləndən sonra ilk dəfə olaraq hərbçilərlə sabiq hökumət arasında razılıq əldə edilib.

Razılığa əsasən Abdullah Hamduk yenidən öz baş nazirlik kürsüsünə qayıdır.