20 November 2021

Saakaşvili 50 gün davam edən aclıq aksiyasını sonlandırmağa razılaşıb

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili cümə günü həbsxanada 50 günlüaclıq aksiyasına son qoymağa razılaşıb. Onun aclıq aksiyası keçmiş sovet ölkəsində gərginliklər və Birləşmiş Ştatların narahatlığını ifadə etməsinə səbəb olub.

Saakaşvili eyiraz aksiyasını rəsmilər onu həbsxanadakı xəstəxanadan hərbi xəstəxanaya köçürməyi təklif edəndən sonra dayandırmağa razılaşıb. Müstəqil insan hüquqları komissarı onun həsxanadakı xəstənada digər məhbuslar tərəfindən pis rəftara məruz qaldığını və müvafiq müalicə almadığını bildirib.

Azərbaycan nümayəndə heyəti İrana gedir

Noyabrın 21-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Tehrana səfər edəcək.

Rəsmi xəbər agentliyi Azərtac-ın noyabrın 20-də yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində İranın yollar və şəhərsalma, neft nazirliklərində görüşlər keçiriləcək, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

Ayətullah Müctəhid Şəbəstərinin anım mərasimi həzrət Fatiməi Məsumənin hərəmində keçirilib

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının Ali Şurasının mərhum üzvü Ayətullah Müctəhid Şəbəstərinin cümə günü məğrib və işa namazlarından sonra İnqilabın Ali Rəhbəri Katibliyi, Rəhbərlik Ekspertlər Məclisi və Qum Seminariyası Müəllimlər Dərnəyinin rəsmiləri, alimləri və ruhaniləri tərəfindən həzrət Fatiməi Məsumənin (ə) hərəmində İmam Xomeyni (r.ə) zalında anım mərasimi keçirilib.

ƏLİ HƏSƏNOVUN NƏVƏSİNİN ƏMLAKLARINA HƏBS QOYULDU - Zərərçəkənləri aldadıb...

Bakı Apelyasiya Məhkəməsində baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin əmlaklarına həbs qoyulub. Məhkəmə bu qərarı Nail Allaverdiyevin törətdiyi qəza zamanı şikəst etdiyi zərərçəkənlərə vurduğu ziyanın qarşılığını ödəmədiyinə görə verib.

Naim Qasim: İşğalçıların layihələrini əngəllədik

Hizbullah baş katibinin müavini İsrail rejimin Livandakı layihələrini həyata keçirə bilmədiyini vurğulayaraq, "Biz heç vaxt başqalarının ölkəmizin daxili işlərinə qarışmasına icazə verməyəcəyik" deyib. Hizbullah baş katibinin müavini Şeyx Nəim Qasim Hizbullahın Azad Ticarət Birlikləri ilə görüşündə bu barədə belə bildirib: “Hizbullah da başqalarının gözlədiyi kimi növbəti seçkiləri gözləyir, çünki bu mərhələdə biz Hizbullahın çəkisini və mövqeyini insanlara aydın olmasını istəyirik. Bəzi vətəndaş cəmiyyəti qrupları ABŞ səfirliyi ilə heç bir əlaqəsi yoxdur və ölkələrinə sadiqdirlər.

Şamaxı rayonunda güclü zəlzələ

Turan: Şənbə günü saat 16:46-da Şamaxı rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.

    Respublika Seysmoloji Mərkəzin direktoru Qurban Yetirmişlinin verdiyi məlumata görə, zəlzələnin episentri Pirqulu kəndindən 20 km cənubda (Bakıdan 125 km şimal-qərb), ocağı isə 42 km dərinlikdə yerləşib.

    İlkin məlumatlara görə, bir sıra binalara ziyan dəyib.

Ayat namazı nədir, nə vaxt qılınır?

Bu gün Azərbaycanda zəlzələ baş verib. Zəlzələ 5.1 bal gücündə olub. Belə olan halda zəlzələ hiss olunan ərazilərdə yaşayanlar ayat namazı qılmalıdırlar.

Az.shafaqna.com Ayətullah Əl Üzma Seyid Sistaninin bu barədə hökmlərini təqdim edirik:

AYAT NAMAZI
Bəzi təbii hadisələrin baş verməsi nəticəsində mükəlləfə “ayat (əlamətlər) namazı” adlandırılan bir namazı qılmaq vacib olur. Bu fəsildə ayat namazının özünəməxsus hökm və şərtləri bəyan ediləcəkdir.

Qəddafi və Həftara qarşı etiraz aksiyaları keçirildi

Eastnews.org-un verdiyi xəbərə görə, Liviyada dekabrın 24-nə təyin edilmiş seçkilər öncəsi gərginlik hökm sürür.   Ali Seçki Şurası prezident seçkilərində iştirak üçün müraciət edənlərin sayının 23-ə çatdığını açıqlayıb.   Liviya Milli Ordusunun lideri Xəlifə Həftar və keçmiş Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyfülislam Qəddafinin də seçkidə yarışacaq adlar arasındadır.   Ölkənin Tripoli və Misrata şəhərlərində keçirilən nümayişlərdə Həftar və Qəddafinin namizədliyinə etiraz edilib.

Bərzaninin partiyası: Kürd və sünni partiyaları şiə koalisiyasında bitərəf qalırlar

Eastnews.org-un verdiyi xəbərə görə, İraq Kürdüstanı Demokratik Partiyasının (KDP) lideri bildirib ki, ölkədəki kürd və sünni siyasi partiyaları gələcək hökumətlə bağlı hərtərəfli razılığa gəlmək üçün şiə siyasi partiyalarının mübahisələri qarşısında bitərəf qalırlar.

“Keyfiyyətsiz gübrə, lifli çiyid və su qıtlığı bizi bu il məhsulsuz qoydu”

Fermer hər kəsə borclu qaldığını deyir

Lifli çiyid, xarab gübrə və şor su. Bunlar birlikdə bu il Biləsuvarda bir çox fermerin dolanışığını alt-üst edib.
Biləsuvarın Aranlı kəndindən olan 26 yaşlı fermer Həsənəli İbayev illərdir pambıq əkini ilə 8 nəfərlik ailəsini dolandırdığını söyləyir. Deyir, hər il azı 35 – 40 sentner pambıq götürüb. Bununla birtəhər dolanıb. Bu il isə o, cəmi 13 sentner məhsul götürüb, rayonlarındakı pambıq zavoduna borclu qalıb:

Rusiya Ukraynaya hücum etməyə hazırlaşır – ABŞ kəşfiyyatı xəbərdarlıq etdi

ABŞ kəşfiyyat agentlikləri NATO müttəfiqlərini xəbərdar edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Qərbin çox az vaxtı var.

Bu barədə “New York Times” qəzeti cümə günü axşam məlumat yayıb. Qəzetin ABŞ Prezident Administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib. Lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur.

Ərdoğan: “Rəqiblərim seçkidə qalib gəlsə, Türkiyə xaos içində olacaq”

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qarşıdan gələn seçkilərdə məğlubiyyəti və Türkiyədəki xaos barədə xəbərdarlıq edərək belə bildirib:

“Əgər mənim rəqiblərim növbəti seçkilərdə qalib gəlsələr, Türkiyə xaos içində olacaq. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının Türkiyə üçün təhlükəli oyun oynayır".

Əhli-sünnə alimlərindən bir heyət İmam Əli (ə) ziyarətgahında

Az.shafaqna.com xəbər verir ki, əhli-sünnə alimlərindən bir heyət İmam Əli (ə) Ziyarətgahına gediblər.

Avropa, Afrika və Asiya qitəsindən gələn heyətinə Şeyx Afif Qilani və Şeyx Qaylani rəhbərlik edib.

Onları ziyarət-kompleks rəsmiləri xüsusi olaraq qarşılayıb və onlara ziyarətgah haqqında məlumat veriblər.

Ziyarətə gələnlər əhli-sünnənin qadiriyyə qolunun təmsilçiləri olublar.

İran sanksiyaların tədrici şəkildə ləğv edilməsini qəbul etməyəcək – Sabiq XİN rəhbəri

“İran sanksiyaların addım-addım ləğv edilməsini qəbul etməyəcək. Bu sanksiyalar bir yerdə aradan qaldırılmalıdır.”

SalamNews  Mehr-ə istinadla xəbər verir ki, bunu İranın sabiq xarici işlər naziri Mənuçehr Müttəki agentliyə veridiyi müsahibədə deyib.

Karateçimiz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan karateçisi Asiman Qurbanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında bürünc medal qazanıb.

SalamNews xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə yer alan idmançı 3-cü yer uğrunda görüşdə Rodriqo Roxasa (Çili) 5:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın qadın karateçisi İrina Zaretska (68 kq) qızıl, kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq.

Yəmənə 90-dan çox hücum edildi

Eastnews.org-un verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı liderliyindəki Koalisiya Qüvvələri Yəmənin müxtəlif şəhərlərinə hücum edib.   Bu barədə Yəmənin paytaxtı Səna şəhərindəki hökumətə tabe olan Müdafiə Nazirliyinin mətbuat katibi Yəhya əs-Səri açıqlama verib.   O, verdiyi açıqlamada vurğulayıb ki, son bir neçə saat ərzində Yəmənin müxtəlif bölgələrinə düşmənlər 90-dan aviazərbələr endiriblər.   Yəhya əs-Səri hücumlar zamanı mülki şəxslərin hədəfə alındığını bəyan edib. 

Sosial şəbəkələrdə paylaşım edən Azərbaycan hərbçiləri ordu sıralarından tərxis edilib

Son günlər dövlət sərhədində gedən döyüş əməliyyatları ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qeyri-rəsmi foto və video materialların paylaşılması Müdafiə Nazirliyinin rəhbərliyinin ciddi narahatlığına səbəb olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Ayətullah Ramazani: Məhəbbət ailə sabitliyinin iksiridir / Din insanların bütün cəhətlərini islah edilməsi üçündür

Cənab Ramazani deyib: “Əgər Allah həyatımızda olsa, istədiyimiz həyata nail olarıq. Rəhmətlik Əllamə Həsənzadə deyirdi ki, eşqin dərəcələri Qurandakı ayələrin sayına bərabərdir. Quran oxuyana deyilir ki, oxu, başa düş və hərəkət et ki, Allah sənin əlindən tutub, yüksələ biləsən. Əllamə Həsənzadə deyirdi ki, bir böyük ərşimiz və bir də daha böyük ərşimiz var, insan qəlbi daha böyük ərşdir və Allah həm böyük ərşin və də daha böyük ərşin Rəbbidir.”

Əliyev və Paşinyan Brüsseldə görüşmək barədə razılığa gəliblər - Aİ

Turan: Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə telefon danışığından sonra dekabrın 15-də Aİ -Şərq Tərəfdaşlığı sammiti  çərçivəsində Brüsseldə görüşün keçirilməsi barədə razılığa gəliblər. Bu barədə  AI-nın noyabrın 19-da etdiyi bəyanatda deyilir.

“Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsini təklif edib.

Niderlandda polis aksiyaçılara atəş açıb, xəsarət alanlar var

Niderlandın Rotterdam şəhərində baş verən iğtişaşlar zamanı azı 7 nəfər yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə Niderlandın Yayım Korporasiyası (NTK) şəhərin meri Əhməd Abutalibə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, polisin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb, qarşıdurmalar zamanı habelə bir neçə polis əməkdaşı da xəsarət alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azı 20 nəfəri saxlayıb. Abutalibin sözlərinə görə, hazırda polis şəhərin mərkəzinə nəzarəti bərpa edib.

Saakaşvili hərbi hospitala köçürüldü

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bu gün gecə saatlarında Qoridəki hərbi hospitala köçürülüb.

İçərisində Saakaşvilinin olduğunu reanimobil bütün yolu maneəsiz və insidentsiz şəkildə qət edib.

Saakaşvilini şəxsi həkimi Nikoloz Kipşidze, həmçinin onu vəkilləri Nika Qvaramiya və Dmitri Sadzaqlişvili müşayiət ediblər.

Qori hospitalında sabiq prezidentin 50 gün davam edən aclıqdan sonra bərpası həyata keçiriləcək.

DSX-nin giziri Zəngilanda minaya düşüb

Noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

İranın Azərbaycandakı səfiri baş nazirin müavini Şahin Mustafayevlə görüşüb

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi baş nazirin müavini Şahin Mustafayevlə görüşüb. Tərəflər qarşılıqlı əlaqələri müzakirə ediblər.

SalamNews xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi rəsmi tvitter səhifəsində yazıb.

Türkiyənin İraqdakı bazasına hücum oldu

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Neynəva vilayətinin mərkəzi Mosul şəhərinin şərqindəki Bəşiqadakı Zələkan Hərbi Bazasına 3 raket atılıb.   Hücumda ölənlərin və ya maddi ziyanın olub-olmadığı barədə hələlik məlumat yoxdur.   Türkiyənin Bəşiqadakı hərbi bazası bundan əvvəl də bir neçə dəfə raket hücumlarına məruz qalıb.