19 November 2021

Ukraynanın Müdafiə naziri ABŞ-dan yeni hərbi yardım istəyib

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov yeni vəzifəsində ABŞ-a ilk səfəri zamanı Rusiya tərəfindən təcavüz ehtimalının artması fonunda hərbi yardım istədiyi bildirib.

Müdafiə naziri Lloyd Ostinlə görüşdən bir gün sonra noyabrın 19-da Ukraynanın Vaşinqtondakı səfirliyində jurnalistlərə açıqlama verən Reznikov deyib ki, Ukrayna Rusiya təhdidlərinin qarşısını almaq üçün hava və dəniz imkanlarını gücləndirməlidir.

“Aqressiyanı dayandırmaq üçün biz göstərməliyik ki, bu, onlara baha başa gələcək” – deyə, o qeyd edib.

İnqilab Rəhbəri höccətülislam Müctəhid-Şəbüstərinin vəfatı münasibətilə başsağlığı verib

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə mübariz din alimi höccətülislam vəlmüslimin Hacı Şeyx Möhsün Müctəhid-Şəbüstərinin vəfatı münasibətilə başsağlığı veriblər.

ABNA24 Xəbər Verir,  İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin başsağlığı müraciətinin mətnində belə deyilir:

Bismillahir-rəhmanir-rəhim

ATƏT sədri Lavrovla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Rusiya xarici işlər naziri Segey Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib.   Məlumata əsasən, bu barədə A. Linde Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Ali Məhkəməsinin Plenumu NİDA-çılardan bəzilərinə bəraət verib

Azərbaycan Ali Məhkəməsinin Plenumu “NİDA”-çıların işi üzrə məhkum olunmuş şəxslərdən 4 nəfərə bəraət verilməsi barədə qərar çıxarıb.

Bu barədə vəkil Əsabəli Mustafayev məlumat verib.

Vəkil qərarın Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli və Zaur Qurbanlı ilə bağlı olduğunu deyib

Onun sözlərinə görə qərara əsasən onlara ümumilikdə 188 000 manat məbləqində kompensasiya ödənilməlidir.

"Proses yazılı qaydada, yəni tərəflərin iştirakı olmadan keçirilib".

"Bazel"in hücumçusu "Barselona"nın hədəfində

Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Bazel"in futbolçusu Artur Kabral "Barselona"ya keçə bilər.

Qol.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı hücumçu ilə yaxından maraqlanır. Bunu klubun skautu Deku da təsdiqləyib.

"Barselona" Kabralı mövsümün sonunda 8 milyon avroya almaq şərti ilə qışda icarəyə götürə bilər. Kataloniya klubu hansısa oyunçunu satacağı və ya futbolçuların maaşlarını azaldacağı halda sözügedən transfer baş tuta bilər.

“TAĞI ƏHMƏDOV 1 MİLYONA 10 MİN QAZANC İSTƏMİŞDİ” – “Üç sellofan torba götürüb YAP-ın qərargahına gəlin...”

"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı biznes adıyla alıb ələ keçirməkdə suçlanan Səadət Xəlilov deyir ki, dələduzluq ittihamı yalandır. Onun sözlərinə görə, Əhmədov pulu onlara sələmlə vermişdi.

Britaniya HƏMAS-ın bütün qanadlarını “qara siyahı”sına qalıb

 Britaniya hökuməti Fələstinin İslami Müqavimət Hərəkatını (HƏMAS) "qara siyahı"ya salıb.

SalamNews xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Priti Patel rəsmi tvitter hesabında yazıb.

O iddia edib ki, “HƏMAS faktiki terror gücünə və terrorçuların təlimi üçün infranstrukturaya malikdir ki, bunun sayəsində geniş və inkişaf etmiş silahları da əldə edə bilər.”

ABŞ-dan Gürcüstana Saakaşvili ilə bağlı çağırış

Giperssilka Az.shafaqna.com-ya istinadən xəbər verir ki, ABŞ Gürcüstan rəhbərliyinə eks-prezident Mixail Saakaşvilini onun işi üzrə keçirilən bütün məhkəmə iclaslarına buraxmağa dair çağırış edib.

Bu barədə ABŞ Dövlət Departamentiin rəmisi Ned Prays bildirib.

Biz Gürcüstan rəhbərliyini cənab Saakaşvili ilə ədalətlə və ləyaqətin gözlənilməsi ilə rəftar etməyə çağırırıq”,

– deyə Prays qeyd edib.

Dövlət Departamenti həmçinin Saakaşvilinin bütün məhkəmə iclaslarında iştirakını təmin etməyə çağırıb.

Azərbaycan-İran sərhədində çəpərlərin quraşdırılması işləri gedir

Turan:Azərbaycanın İranla sərhədləri boyunca zəruri sərhəd müdafiə və mühafizə infrastruk­turunun yaradılması işləri davam etdirilir. Bu barədə Dövlət Sərhəd Xidmətinin noyabrın 19-da yaydığı məlumatda deyilir.

Məlumata görə, noyabrda Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan - İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilib.

Fransada 18 İslam incəsənəti sərgisi açılacaq

Fransa hökuməti və Luvr İslam incəsənətinə həsr olunmuş misilsiz tədbir keçirəcək. Tədbir noyabrın 19-da başlayan tədbir gələn il martın 27-dək davam edəcək. Bu müddət ərzində ölkənin bir sıra şəhərlərində müsəlman ölkələrinin əntiq əşyaları və incəsənət sərgiləri keçiriləcək. Maraqlıdır ki, Fransa mədəniyyətinin mərkəzi sayılan Parisdə heç bir tədbir keçirilməyəcək. “Mən başa düşürəm ki, bu siyasi sərgidir.

Bolqarıstan səfiri Türkiyə XİN-ə çağırıldı

Eastnews.org-un verdiyi xəbərə görə, Bolqarıstanın ittihamlarından sonra Sofiya hökumətinin Ankaradakı səfiri Anguel Xristov Çolakov Xarici İşlər Nazirliyinə çağırılıb.   Bolqarıstanda keçirilən parlament və prezident seçkilərində seçicilərin Türkiyənin rəsmi orqanları tərəfindən manipulyasiya edildiyi və onların Bolqarıstanın daxili işlərinə müdaxilə edildiyinə dair iddialar rədd edilib.   Xatırladaq ki, 18 noyabrda Bolqarıstan Xarici İşlər Nazirliyi Türkiyənin Sofiyadakı səfirini nazirliyə çağırılmışdı.

Belarusun Brüsseldəki səfirliyi yandırılıb

Belarusun Belçikanın paytaxtı Brüsseldəki səfirliyi naməlum şəxslərin hücum hədəfinə çevrilib.

ABNA24 Xəbər Verir,  Belarusun Belçikadakı nümayəndəliyi dünən bir bəyanatda bildirib ki, naməlum hücumçular Belarus səfirliyinə hücumla səfrlik binasını yandırıblar.

Bu hücumdan sonra Belarus səfirliyi konsulluq işlərini həyata keçirmək üçün müraciət edənləri qəbul etməyi müvəqqəti olaraq dayandırıb.

Belçika hökuməti indiyədək bu hücum haqda bir bəyanat yaymayıb.

Qazaxın icra başçısının və oğlunun gözdeşən korrupsiyası - yarım milyonluq maşın hansı pulla alınıb?

Hüquqşünas: “Burada çirkli pulların əldə olunması məsələsi var”

Ölkənin bir sıra xəbər saytında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğlu Elşən Babaşzadənin 275 min dollarlıq (450 manat) dəyərində olan avtomobili haqqında məlumat yayılıb.

Bildirilir ki, başçı oğlu yarım milyonluq maşınına 50-100 minlik nömrə də bağlayıb.

Müqtəda Sədr: "İnklüziv hökumət sadiq tərəflərin iştirakı ilə mümkündür"

Giperssilka-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, İraqda oktyabr seçkilərində uduzan partiyalara müraciət edən Müqtəda Sədr deyib ki, bu siyasi yarışda məğlubiyyətlərinin İraqın siyasi quruluşunu sarsıtmasına imkan verməməlidirlər.  

Sədr fraksiyasının lideri Müqtəda Sədr son televiziya çıxışında yeni hökumətin formalaşdırılması prosesinə siyasi qüvvələrin daxil edilməsi üçün şərtlər qoyub.  

ERMƏNİSTAN RUSİYANIN TƏKLİFLƏRİNİ QƏBUL ETDİ – Zəngəzur dəhlizi məsələsi də çözüldümü?

Azərbaycan və Ermənistanın dövlət sərhədində baş verən hərbi toqquşmalardan sonra rəsmi İrəvan 10 noyabr bəyanatının yerinə yetirmədiyi iki maddəsinin icrasına hazır olduğunu bəyan edib.

Xatırladaq ki, atəşkəs razılaşmasının ildönümü ərəfəsində Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə keçiriləcəyi gözlənilən görüş baş turmayıb. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bu görüşdə iştirak etməkdən, orada qəbul olunacaq yeni razılaşmalara imza atmaqdan imtina edib.

BMT İsraildən təcili olaraq Livana 856 milyon dollar ödəməyi tələb edib

BMT neft quyusuna hava zərbələrinin ednrilməsi ilə bağlı Livana 856 milyon dollar vəsaitin ödənilməsini tələb edib.

SalamNews RT-ə istinadla xəbər verir ki, bu barədə BMT Baş Assambleyasında qərar qəbul edilib.

Səs çoxluğu ilə qəbul edilmiş qərara əsasən İsraildən Livana 856.4 milyon dollarlıq kompensasiyanın ödənilməsi tələb edilib.

ABŞ İrana yeni sanksiya tətbiq etdi

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Maliyyə Nazirliyi 2020-ci il prezident seçkilərinə kiberhücumla təsir göstərməyə çalışdıqları iddiası ilə 6 İran vətəndaşı və 1 şirkətə sanksiya tətbiq etdiyini açıqlayıb.   Açıqlamada, həmçinin iddia edilib ki, sözügedən şəxslər ABŞ-dakı seçki prosesinə seçicilərin inamını sarsıtmağa çalışıblar.   ABŞ bundan əvvəl Rusiyanın seçkilərə müdaxilə etməyə çalışdığını iddia etmişdi. 

Nikolas Heras: “Birinin başını kəsirsən, yerinə başqası çıxır.”

Noyabrın 7-də İraqın baş naziri Mustafa Əl-Kazımiyə sui-qəsd cəhdinə görə məsuliyyəti üzərinə götürən olmayıb. Yaxın Şərq üzrə müşahidəçi Xalid Əbu Zəhr Səudiyyə Ərəbistanının News Daily qəzetində sui-qəsd cəhdini İranın üzərinə qoymağa çalışıb və bu da təsadüfi deyil. İraqın daxilində şiələrin nüfuzu və Səduyyə Ərəbistanı da daxil olmaqla Amerikanın maraqlarının bu ölkədə məhdudlaşması onlar tərəfindən yetərincə narahatlıqla qarşılanır.

“Mançester Yunayted” Sulşerlə bağlı qərarını verib

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerlə bağlı qərar verib.

Apasport.az saytım məlumatına görə, Premyer Liqa klubu norveçli mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

İngiltərənin “Mançester Yunayted” klubunun rəhbərliyi baş məşqçi Ole-Qunnar Sulşerlə bağlı qərar verib.

Apasport.az saytım məlumatına görə, Premyer Liqa klubu norveçli mütəxəssisi istefaya göndərmək qərarına gəlib.

İraqda İŞİD lideri ələ keçdi

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın əl-Ənbar vilayətində İŞİD terrorçu qruplaşması liderlərindən biri ələ keçib.   Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda vurğulanır ki, baş tutan əməliyyat zamanı 5 İŞİD terrorçusu da məhv edilib.   Adı açıqlanmayan terrorçu liderin sorğusunun davam etdiyi diqqətə çatdırılır. 

ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB - Siyahı

Ermənistan noyabrın 16-da dövlət sərhədində törətdiyi təxribat zamanı verdiyi itkiləri açıqlamağa başlayıb.

APA xəbər xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi bu günə olan məlumata görə, sərhəddəki döyüşlərdə 6 hərbçinin öldüyünü açıqlayıb.

Nazirlikdən ölənlərin baş leytenant Taron Saakyan, müqaviləli hərbi qulluqçular Merujan Arutunyan, Qurqen Sarkisyan, Artur Martirosyan və David Əmiryan olduğu bildirilib.

Hicablı xanımdan Kanada seçkilərində tarixi qələbə

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, kanadalı müsəlman namizədlərin sentyabr seçkilərindəki uğurlarından sonra Londondan olan (Ontario) daha bir hicablı xanım şəhər şurasına seçilib.

O, bu postu tutan ilk müsəlman xanım kimi tarixə düşüb.

Özlərini hər kəsdən fərqli hiss edən insanlar özlərini məndə görə bilərlər. Mənim misalım digərlərini də məqsədlərinə nail olmağa ruhlandıra bilər”, – deyə Məryəm Hamu bildirib.

Xatırladaq ki, sentyabr seçkiləri zamanı 12 müsəlman namizəd qalib gəlib.

Səudiyyə Ərəbistanı bir günə Yəmənə 65 hava zərbəsi endirib

"Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya son 24 saat ərzində Yəmənin müxtəlif əyalətlərinə 65 hava zərbəsi endirib."

SalamNews xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələrinin” (husilər) mətbuat katibi Yəhya Səri məlumat verib.

O rəsmi tvitter səhifəsində yazıb ki, Səudiyyə Ərəbistanı son 24 saat ərzində ölkənin müxtəlif əyalətlərinə 65 hava zərbəsi endirib.

Vəkil: Saleh Rüstəmli aclıq aksiyasını sonadək keçirməkdə israrlıdır

Gədəbəy rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmli aclıq aksiyasını davam etdirir.

Vəkil Bəhruz Bayramov Amerikanın səsinə verdiyi müsahibəsinə görə, artıq Saleh Rüstəmlinin aclıq aksiyasının 13-cü günüdür.

Rüstəmovun aclıq aksiyasına başlamasına səbəb icrasına başlanılan Amnistiya Aktına düşməməsi, qanunsuz olaraq üç ilədək həbsdə saxlanılması və ailəsinin mülkünün müsadirə edilməsidir.

Vəkil deyib ki, keçmiş icra başçısıın səhhətində problemlər yaranıb.