17 November 2021

Növbəti "Nardaran məhbusu" karserdə

Nardaran hadisələri zamanı həbs olunan Cabbar Cabbarov karserə salınıb. Bu barədə ailəsi məlumat verib. Onların bildirdiyinə görə 1-saylı müəsissədə cəza çəkən C. Cabbarov üç gün öncə, oktyabrın 15-də günahsız olaraq karserə salınıb. Ailəsinin iddiasına görə həbsxanada iki şəxs arasında yaranan münaqişə savaşa çevrilincə C. Cabbarovun bu işlə əsla əlaqəli olmadan onları ayırmağa qalxıb. Bütün həbsxana məhbusları ilə bərabər hadisə yerinə gələn gözətçilərdə hadisəni görüb.

Bayden Pekin olimpiadasını boykot etməyə hazırlaşır – “Vaşinqton Post”

Ağ ev 2022-ci ilin fevral ayında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə hazırlaşır. Novator.az-ın məlumatına görə, bunu ABŞ-ın “Vaşinqton Post” qəzeti yazıb.

Qəzet etibarlı mənbələrə istinadla boykot qərarını bu ayın sonu prezident Cozef Baydenin elan edəcəyini xəbər verib.

Ayətullah Ramazani: Bəşər cəmiyyətlərində ən gözəl bəşəri dəyərlərin təbliğatçısı olmalıyıq / Dünya Kilsələr Şurasının baş katibi: İran xalqı zülmə məruz qalıb

Ayətullah Ramazani: "İnsanların barışması və yer üzündə hər cür zülmün aradan qaldırılması ədalətin ən gözəl ifadəsidir. Biz insan cəmiyyətlərində ən gözəl bəşəri dəyərləri təbliğ etməliyik və belə dəyərlərin həyata keçirilməsi belə görüşlərin ən yaxşı nəticəsidir. Həmçinin bütün bəyanatlar dini liderlər vasitəsilə çatdırılmalıdır. Başqa dinlərin müqəddəslikləri təhqir edilməməlidir; Çünki söz azadlığı təhqirdən fərqlidir və təhqir bütün dinlərin ardıcıllarının qəlbini incidir.”

AB fermerlərin ehtiyaclarını ödəmək üçün İnnovativ layihələri dəstəkləyəcək

Turan:   Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsi çərçivəsində innovativ layihələr dəstəklənəcək.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, iİnnovativ layihələr pilot bölgələr olan Quba-Xaçmaz və Gəncə-Qazax regionlarındanseçilir. Məqsəd fermerlərin ehtiyaclarına cavab verən innovativ həllərin tapılmasıdır.

Mariya Zaxarova Bakı və Yerevanı təmkinli olmağa çağırıb

Turan:  Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa, yeni insidentlərə yol verməməyə və bütün mübahisələri yalnız siyasi-diplomatik yolla həll etməyə çağırır. Bu barədə çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

O qeyd edib ki, Bakı və Yerevan vəziyyəti diametral şəkildə fərqli qiymətləndirirlər və baş verənlərdə bir-birini ittiham edirlər. "Rusiya vəziyyətin dinc məcraya keçirilməsi üçün həm Azərbaycan, həm də Ermənistanla əlaqədə saxlayır", - o deyib.

İraq Polşa sərhədində qalmış vətəndaşlarının təxliyəsi üçün Belarusa təyyarə göndərir

Belarus-Polşa sərhədində toplaşmış miqrantlardan bir qismi İraqa qaytarılacaq.

SalamNews xəbər verir ki, bu barədə İraqın Hava Yolları Şirkəti rəsmi facebook səhifəsi vasitəsilə bəyanat verib.

Bildirilib ki, sabahdan İraqdan Belarusa təcili uçuş həyata keçiriləcək və bundan məqsəd Polşa sərhədində qalmış miqrantların bir qismini ölkəyə geri gətirməkdir.

Ayətullah Xamenei: "Bu vətənə xəyanətdir"

Eastnews.org-un verdiyi xəbərə görə, İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün səhər saatlarında gənclərlə görüşüb.   Tehranda İmam Xomeyni Hüseyniyyəsində keçirilən görüşdə Ayətullah Xamenei iranlı gənclərə xitab edərək deyib:   "Üstün ağıl və istedada malik olmaq Allahın bəxş etdiyi nemətlərdəndir. Bu nemətə görə Uca Allaha şükür etmək lazımdır. Bunu həmişə diqqətdə saxlamalısınız".   "Ölkəmiz əqli qabiliyyət və bacarıqlara görə dünyanın ortalama göstəricisindən yüksəkdir.

Komitə sədri: 'Qonşu ölkələrdə dərmanların qiyməti bir neçə dəfə ucuzdur'

Noyabrın 16-da Səhiyyə nazirinin əvəzi Teymur Musayev Azərbaycanda dərmanların keyfiyyətinin yaxşılaşdırılması və qiymətləri ilə bağlı təkliflər hazırlandığını bildirib.

Artıq illərdir ki, Azərbaycanda dərmanların keyfiyyəti və qiymətləri ilə bağlı müxtəlif şikayətlər eşidilir. Üstəlik də, "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı 100 manatdan 150 manata qaldırılır.

“Bavariya” kapitanı ilə müqaviləni yeniləyəcək

“Bavariya”nın kapitanı Manuel Noyer klubla müqavilə müddətini yeniləyəcək.

Apasport.az saytının məlumatına görə, bu proses tezliklə rəsmiləşəcək.

Tərəflər arasında danışıqlar başa çatmaq üzrədir. 35 yaşlı qolkiper karyerasını Münhen klubunda bitirmək arzusundadır. O, 2023-cü ilin yayına qədər olan müqaviləsini ən azı 2 illik uzatmaq niyyətindədir. Almaniya millisinin üzvünün ilin sonuna anlaşmaya qol çəkməsi gözlənilir.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir.

“MALİYYƏ MƏSƏLƏLƏRİNƏ ƏLİ HƏSƏNOVUN OĞLU BAXIRDI...” – "KİVDF işi"ndə yeni adlar çəkildi

Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində jurnalistlər üçün binalar tikmiş "Portos" şirkəti Prezidentin keçmiş köməkçisi Əli Həsənovun baldızı Gülər Vəliyevaya məxsus olub.

"AzPolitika.info" xəbər verir ki, bunu bu gün - noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində şirkətin keçmiş direktoru Nadir Məmmədov deyib.

Nüvə müzakirələrində bütün sanksiyaların ləğvində tamamilə ciddiyik

“Nüvə müzakirələrində bütün sanksiyaların ləğvində tamamilə ciddiyik”. Bunu, Rusiya prezidentilə telefon söhbətində İran İslam Respublikasının prezidenti vurğulayıb.

ABNA24 Xəbər Verir,  Bu gün telefon əlaqəsi saxlamasına görə Rusiya prezidenti Vladimir Putinə təşəkkür edən Seyid İbrahim Rəisi İran İslam Respublikasının iradəsini Rusiya ilə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi adlandırıb.

Saleh: İraq ərəblər, türklər və farsların dialoq meydançasıdır

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İraq prezidenti Bərham Saleh hesab edir ki, ölkəsi regiondakı ərəblər, türklər və farsların dialoq mərkəzidir.

O, bu fikri Dohuk şəhərində keçirilən “Yaxın Şərqdə sülh və təhlükəsizlik” forumunda səsləndirib.

Saleh qeyd edib ki, İraq hələ də təhlükəsizliklə bağlı problemlərlə üzləşir və bu problemlərin aradan qaldırılması üçün regional əməkdaşlıq mühümdür.

BƏƏ milli təhlükəsizlik müşaviri İrana səfər edəcək

Eastnews.org-un verdiyi xəbərə görə, xəbər mənbələri BƏƏ milli təhlükəsizlik müşavirinin yaxın günlərdə İrana səfər edəcəyini bildirib. Lakin onlar Əmirliyin təhlükəsizlik rəsmisinin məsləhətləşmələrinin təfərrüatlarını qeyd etməyiblər.   Bu barədə Əmirliyin xəbər saytı Əbu-Dabidəki məlumatlı mənbəyə istinadən məlumat yayıb.   Məlumata görə, BƏƏ-nin Milli Təhlükəsizlik Müşaviri gözlənilmədən İrana səfər edəcək. Şeyx Təhnun ibn Zayed Nəhyan gələn həftə məsləhətləşmələr üçün İrana gedəcək.

Rusiya və Aİ Azərbaycan-Ermənistan sərhədində vəziyyəti müzakirə edib

Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.

SalamNews-un xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Telefon danışığı zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsini müzakirə ediblər.

ERMƏNİSTAN MN İTKİLƏRİNİ AÇIQLADI - 1-nəfəri ölməklə 13 nəfər saxlanılıb, 24 hərbçi itkin düşüb...

Ermənistan Müdafiə Nazirliyi ötən gün Azərbaycanla sərhəddə baş verən toqquşmalar nəticəsində itkilərinin sayını rəsmi olaraq açıqlayıb. Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.

Qurumdan bildirilib ki, toqquşmalar nəticəsində bir hərbçi ölüb, 13 nəfər Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanılıb, daha 24 nəfərin aqibəti barədə isə məlumat yoxdur.

Ermənistan MN həmçinin iki döyüş postunun Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayıb.

Azərbaycan və Ermənistan MDB-nin iclasında iştirak edir

Eastnews.org-un verdiyi xəbərə görə, Ermənistan və Azərbaycanın Təhlükəsizlik Şuralarının katibləri bu gün Moskvada Müstəqil Dövlətlər Birliyində (MDB) həmkarları ilə illik iclasda iştirak edirlər.   Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.   Dünən Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını, hərbi əməliyyatların davam etdiyini bildirmişdi.

Muxtar əl-Musəvi: “ABŞ İraqda şiələr arasında fitnə yarada bilmədi”

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, İraqın Fəthi Koalisiyasının üzvü Muxtar əl-Musəvi ABŞ-ın İraqın daxili işlərinə davamlı müdaxiləsini pisləyib:

"İş o yerə çatdı ki, Vaşinqton səsvermə prosesinə müdaxilə edərək hadisələrin gedişatını şiələr qarşıdurmasına doğru sövq etməyə səy göstərdi, lakin bu plan uğursuzluğa düçar oldu".

“Şiə anasına ən çox bənzəyən qızın xüsusiyyətləri” adlı virtual görüş keçirilib

Giperssilka.ru "HÖVZƏ"yə istinadən xəbər verir ki, Höccətül-islam vəl-müslimin Cavad İsmayıl Nia Hörmüzqan qadınlarının dini məktəblərinin işçiləri, müəllimləri və tələbələrinin iştirakı ilə keçirilən "şiə anaya ən çox oxşar qız" adlı virtual görüşdə çıxış edib.

O bildirib ki, Həzrət Məsumə (s) məsum olmasa da, kiçik bir məsumluğa çatıb. İmam Rza (ə) bu böyük şəxsiyyətin ziyarətini cənnətə çatmağın səbəbi kimi tanıtdırıb. Həmçinin ona Məsumə ləqəbini verib.

"Taliban" Əfqanıstanın qonşularının növbəti nazirlər görüşünə dəvət olunacaq

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın qonşularının nazirlərin üçüncü görüşünə “Taliban” hərəkatının nümayəndələri dəvət olunacaq.   Bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi bildirib.   “Əfqanıstanın müvəqqəti hökuməti Əfqanıstanın qonşularının növbəti iclasına dəvət olunacaq”, - deyə "Dawn” qəzeti bu gün Senatın Xarici Əlaqələr Komitəsinin iclasında xarici işlər nazirindən sitat gətirib. İslamabadın strategiyası Kabillə konstruktiv əlaqələri saxlamaqdan ibarətdir.

Almaniya XİN-in nümayəndə heyəti Azərbaycana gəlib

Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov Almaniyanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

İranla Azərbaycan arsdında nəqliyyat əməkdaşlıqları müzakirə olunur

Bakıda Azərbaycan və İranın yol nəqliyyatı ilə bağlı birgə komissiyası işinə başlayıb.

ABNA24 Xəbər Verir,  ötən gündən başlayaraq iki ölkənin yol və yükdaşıma nəqliyyatı ilə bağlı birgə komissiyası işinə başlayıb. Bu komissiyanın iclasları bir neçə gün çəkəcək.

İclasda İran tərəfini bu ölkənin Yol Nəqliyyatı və Yükdaşıma Təşkilatının rəsmisi Cavad Hidayəti və onun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

İsrail Dəməşqin cənubunu hədəfə alıb, havadan müdafiə hərəkətə keçib

İsrail işğal altında olan Colan Yüksəkliklərindən Dəməşqin cənubunda bir tərk edilmiş binanı hədəfə alıb.

SalamNews əl-İxbariyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Suriyanın hərbi mənbələri məlumat veriblər.

Bildirilib ki, ötən gecə saat 01 radələrində İsrail işğal edilmiş Colan Yüksəkliklərindən Dəməşqin cənub nahiyəsində yerləşən bir tərk edilmiş binanı hədəfə alıb.

Argentina DÇ-2022-yə yüksəlib

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonası üzrə XIV turu daha bir komandanın mundiala vəsiqə qazanması ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, Braziliyadan sonra Argentina yığması da dünya çempionatında iştirak hüququ əldə edib.

Lionel Messinin komandası məhz “sambaçılar”la qarşılaşmadan sonra vəsiqəni təmin edib. San Xuandakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb və 29 xalla ikinci pillədə qərarlaşan Argentinanın sona 4 tur qalmış ilk “dördlüy”ü tərk etməyəcəyi dəqiqləşib.