10 November 2021

GƏLƏN İL MAAŞ VƏ PENSİYA ARTIMI NƏ QƏDƏR OLACAQ? - Nazir bir, iqtisadçı isə başqa rəqəm deyir

Prezident İlham Əliyevin 16 oktyabrda imzaladığı sərəncama uyğun olaraq gələn ilin əvvəlindən maaşların və pensiyaların artırılması nəzərdə tutulur. Qeyd edək ki, ilin əvvəlindən yanacağın, suyun, qazın və elektrik enerjisinin tariflərində müəyyən artımlar olub. Bu da əhalinin xərclərini artırıb.

Fransa: Biz Rusiyaya Qərbi Afrikadakı fəaliyyətləri ilə bağlı xəbərdarlıq edirik

Eastnews.org-un verdiyi xəbərə görə, Paris ikinci dəfə Rusiyanı inandırmaq niyyətindədir ki, Qərbi Afrika ilə münasibətlərin monopoliyasında və onun regionda mövcudluğu yalnız Fransanın əlindədir.   Fransanın müdafiə və xarici işlər nazirləri birgə bəyanatda bildiriblər ki, Parisdə rusiyalı həmkarları ilə görüşəcəklər. Yelisey Kremlin Qərbi Afrika regionundakı fəaliyyəti ilə bağlı ciddi narahatlıqlar ifadə edəcək.

Həbs edilmiş jurnalist beynəlxalq ictimaiyyətdən yardım istəyib

Turan: 16 saylı cəzaçəkmə müəssiəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin  Məmməd vəziyyətilə bağlı müstəqil media qurumlarına, beynəlxalq hüquq təşkilatlarına, xarici ölkə səfilrikklərinə və diplomatik nümayəndəliklərinə müraciət ünvanlayıb.

E.Məmməd iki ilə yaxındir ki, həbsdə saxlanılmasını “törətmədiyi cinayətə görə çəza çəkməsi", “girovluqda saxlanması" kimi dəyərləndirir. “Əsassız yerə həbs olunmağımla yanaşı, hüquqlarım pozulur və ayrı-seçkiliyə məruz qalıram. Mənə təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətlərim də rədd edilir”, deyə bildirir.

Amerikalı jurnalist terrorçuluqda ittiham olundu

Eastnews.org-un verdiyi xəbərə görə, Myanmada yaşayan amerikalı jurnalist Denni Fenster terrorçuluqda və hökumət əleyhinə fəaliyyətlərə təhrik etməkdə ittiham olunub.   Bu barədə jurnalistin 2019-2020-ci illərdə ABŞ-dan Myanmaya köçdükdən sonra müxbir və yayım redaktoru kimi çalışdığı "Myanmar Now" internet xəbər portalı Fensterin vəkilinə istinadən xəbər verib.

Amnistiya aktının icrasına başlandı – RƏSMİ

8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə jurnalistin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda aktının tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: “Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masa da keçiriləcək”.

Tbilisidə Saakaşviliyə görə yenidən aksiyalar keçirilib, saxlanılanlar var

Gürcüstanın paytaxtı Tbilisidə sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası qarşısında aksiya keçiriblər.

SalamNews xəbər verir ki, aksiya iştirakçılarının sayı bir neçə yüz nəfər olub.

Aksiya iştirakçıları sabiq prezidentin azadlığa buraxılmasını, həmçinin növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.

Müxalifətin keçirdiyi aksiya zamanı 46 nəfər saxlanılıb.

Şeyx Əli Salman ilə bağlı xəbərdarlıq olundu

Eastnews.org-un verdiyi xəbərə görə, Bəhreynin "Əl-Vifaq" Cəmiyyətinin sədri Şeyx Əli Salmanın səhətində problem yaranıb.   Bu barədə məlumatı "Bəhreyn İnsan Haqları Mərkəzi" yayıb.   Məlumatda vurğulanır ki, əgər Şeyx Əli Salman saxlanıldığı həbsxanadan xəstəxanaya göndərilməsə, səhhətində ciddi problemlər yarana bilər.   Bəhreyn hökumətindən beynəlxalq öhdəliklərə əməl etməsi tələb olunub. 

Gürcüstan müxalifəti yeni etiraz aksiyaları planlaşdırır

Gürcüstanda müxalifət partiyaları bir aydan çoxdur aclıq aksiyası keçirən sabiq prezident Mixail Saakaşvilinin həbsxana xəstəxanasında mühafizəçilər tərəfindən zorakılığa məruz qaldığını bildirməsindən sonra daha çox etiraz aksiyası keçirməyi planlaşdırır.

Noyabrın 8-də Azadlıq meydanında mitinq keçirən müxalifət partiyalarının bəzi nümayəndələri və tərəfdarları Tbilisidə hökumət administrasiyasının binası qarşısında gecələyiblər.

AzadlıqRadiosunun gürcü xidməti xəbər verir ki, noyabrın 9-da səhər saatlarında ərazidə bir neçə yüz adam olub və polis metal baryerlər qurub.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində Saleh Rüstəmova təzyiq göstərilir

Turan: Gədəbəy rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan keçmiş başçısı Saleh Rüstəmovun səhhətinin normal olduğu bildirilir. O, noyabrın 6-dan aclığa başlayıb. Bu barədə Turan agentliyinə vəkil Bəhruz Bayramov bildirib.

“Saleh Rüstəmov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, həkim nəzarətindədir. Mən onunla görüşdüm, Salehi halsız vəziyyətdə gördüm”, deyə vəkil qeyd edib.

Saakaşvili məhkəmə zalına gətirilmədi – SƏBƏB

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, sabiq prezident Mixail Saakaşvilinin silahdaşları həbsxana xəstəxanasına aparan yolun qarşısını kəsərək xaos yaratmağa çalışa bilərdi və bu da eks-prezidentin Tbilisi Şəhər Məhkəməsinə gətirilməsinə mane ola bilərdi.

Bu barədə Gürcüstan Penitensiar Xidmətinin bəyanatında deyilir.

Qeyd edilib ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir neçə gün öncə təxribatın hazırlanması ilə bağlı xəbərdarlıq edib.

Döydüyü 4 əsgər özünü öldürmək istəyib - Gizirlə bağlı yeni detallar

Bir müddət öncə Müdafiə Nazirliyinin N saylı hərbi hissənin giziri Rəsul Quliyev Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciət yayımlamışdı. Daha sonra R.Quliyev yeni bir video yayaraq ona zor tətbiq edilmədiyini, boynundakı qızartıların cücü dişləməsinə görə olduğunu bildirmişdi. Hərbi qulluqçu üçüncü videosunda isə yenidən təzyiqlərə məruz qaldığını deyib. O qeyd edib ki, buna görə şikayətini təkzib etməyə məcbur olub. Gizir əslində Qubadlı Hərbi Prokurorluğunda təhqir olunduğunu və 4 nəfər tərəfindən döyüldüyünü vurğulayıb.

Taliban: Əfqanıstanda İŞİD-i nəzarətdə saxlayırıq

 İŞİD qonşu ölkələr üçün təhlükə deyil. O Əfqanıstanda artıq nəzarət altındadır.

SalamNews AmajNews-a istinadən xəbər verir ki, bunu Taliban hökumətinin sözçüsü Zəbihulla Mücahid bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, İŞİD terror təşkilatı artıq qonşu dövlətlər üçün təhlükə deyil və Əfqanıstanda onun fəaliyyəti nəzarətə götürülüb.

“Keşlə” klubu “Şamaxı” adlandırılacaq

Şamaxı şəhər stadionunun istismara verilməsi ilə əlaqədar AFFA və “Keşlə” futbol klubu arasında müzakirə aparılıb. Bölgələrdə futbolun inkişafına dəstək verilməsi, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə” klubuna “Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bununla əlaqədar “Keşlə” klubunun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Azərbaycan millisinin futbolçuları Türkiyə klubuna keçiblər

Qadınlardan ibarət Azərbaycan millisinin futbolçuları Ayşən Əhmədova və Aysun Əliyeva eyni klubda legioner həyatı yaşayacaq.

Apasport.az saytının məlumatına görə, yığmamızın oyunçuları Türkiyə klubu “Çaykur Rizəspor”la anlaşıb.

Rizə təmsilçisi bütün yeni transferlərini təqdim edib ki, onlar arasında Ayşənlə Aysun da var. Qardaş ölkə klubu həmyerlilərimizlə müqavilə müddəti barədə məlumat yaymayıb.

ATƏT PA nümayəndə heyəti və Ərdoğan Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətlərini müzakirə edib

Noyabrın 9-da ATƏT Parlament Assambleyasının (ATƏT PA) nümayəndə heyəti Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Erdoğan və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla Ankarada görüş keçirib.

İran İsrailin hədəfində

Times of Israel qəzetinin verdiyi xəbərə görə, Baş Qərargah rəisi Aviv Koçavi, İsrail Parlamentinin Xarici Əlaqələr Komitəsində etdiyi çıxışda: “Hərbçilər hərbi nüvə təhlükəsi olan İranla mübarizə aparmaq üçün əməliyyat planlaşdırmağa hazırlığı sürətləndirir.”-bildirib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib.

Hökumətin 2021-2022-ci illər üçün parlamentdən keçəcək büdcə planlarına işarə edən Köçavi büdcədə orduya ayrılan payın İranın təhdidlərinə qarşı durma ehtimalına uyğun olduğunu bildirib.

Qoca Səmədov “Şəhidlər Fondu” üçün yığılan pulları da mənimsəyib

Rüşvət almaqda, dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə təqsirləndirilərək həbs edilən Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun kimdən nə qədər pul alması və rayonun tabeliyində olan müəssisələrdən aylıq nə qədər pul alması məlum olub. Hətta Q.Səmədov Şəhidlər Fondu” üçün yığılan pulu mənimsəyib. Özü də məhkəmədə bunları etiraf edib.

Bu gündən şagirdlərin elektron yerdəyişməsi başlayır

Bu gün saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start verilir.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.