07 November 2021

İsraildən yersiz mövqe

İsrail baş naziri Bennett, ABŞ-ın Qüdsdə fələstinlilərə xidmət edəcək konsulluğu yenidən açmaq planı ilə əlaqədar olaraq, "ABŞ konsulluğunun Qüdsdə fələstinlilərə xidmətinə yer yoxdur" deyib. Bu barədə məlumatı Rasthaber-ə istinadən Operativ.tv verib. "Qüdsdə ABŞ konsulluğunun fələstinlilərə xidmət göstərməsinin yeri yoxdur. Qüds sadəcə İsrailin paytaxtıdır" - Bennet bunu bildirərək əlavə edib: “Biz öz mövqeyimizi ardıcıl, sakit şəkildə ifadə edirik və ümid edirik ki, başa düşüləcək”.

“Qarabağ”dan darmadağın, “Qəbələ” səfər qələbəsi ilə ikinci pilləyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub. “Zəfər turu”nun ikinci oyun günündə daha iki qarşılaşma baş tutub. Maraqlıdır ki, ötəngünkü matçlar kimi, bugünkü görüşlər də bol qollu alınıb.

Öncə, “Səbail” öz meydanında “Qəbələ”ni qəbul edib. “Qırmızı-qaralar” final fiti ərəfəsində iki dəfə fərqlənərək çətin səfər qələbəsi qazanıb. Bu, “Qəbələ”nin turnir cədvəlində “Neftçi”ni geridə qoyaraq 2-ci pilləyə yüksəlməsi ilə nəticələnib.

Cəbrayılda bir nəfər mülki şəxs minaya düşüb

Noyabrın 7-si saat 16 radələrində 1967-ci il təvəllüdlü Xanlar Aslanovun Cəbrayıl rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəbrayıl rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla Xanlar Aslanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

"İslami Cihad" rəsmisi Mahmud Abbasa çağırış etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstinin "İslami Cihad" hərəkatının siyasi bürosunun üzvü Nasir Əbu Şərif İsrail rejimi və Mahmud Abbas hökuməti ilə bağlı açıqlama verib.   O, verdiyi açıqlamada vurğulayıb ki, "İslami Cihad" hərəkatı İsrail rejimini Fələstin xalqının düşməni olaraq görür və mübarizə aparmaqdan geri addımlamaq fikrində deyil.   "Mahmud Abbas hökuməti İsrail rejimi ilə əməkdaşlıq etməməlidir.

R.Kadırov: Hər bir qafqazlı kimi, mən də bu əbədi ittihamdan artıq bezmişəm

Çeçenistanın rəhbəri Ramzan Kadırov Moskvada, Novıe Vatutinkidə uşaqla olan kişiyə hücumda “Şimali Qafqazlıların” iştirakı ilə bağlı xəbərlər yayan KİV-ləri tənqid edib.

"Hər bir qafqazlı kimi, mən də hər hansı, hətta kiçik bir hadisəyə görə bu əbədi ittihamdan artıq bezmişəm. Bir neçə gün ərzində bütün internet istisnasız olaraq bütün qafqazlıların qeyri-münasib davranışları haqqında bəyanatlarla dolub", - Kadırov yazır.

Kadırov, Simonyana onun özünün də qafqazlı olduğunu xatırladıb

Ətraf mühit fəalları Qlazqo sammitinin kənarında aksiya keçiriblər

Ətraf mühit fəalları Britaniyada keçirilən Qlazqo İqlim Sammitinin kənarında nümayiş keçirərək, dövlət başçılarını ciddi və təcili tədbirlər görmək üçün öhdəlik götürməyə çağırıblar.

ABNA24 Xəbər Verir, Qlazqo İqlim Sammitinin beşinci günü, yerli vaxtla cümə günü günorta saatlarında minlərlə gənc və ətraf mühit fəalları aksiya keçirərək, bir sıra şüarlar səsləndiriblər və sammitdə iştirak edən başçıları qlobal istiləşməni azaltmaq üçün real və mənalı dəyişikliklər yaratmağa çağırıblar. 

“AZƏRBAYCANDA DEVALVASİYA QƏDƏR TƏHLÜKƏLİ PROSES GEDİR” - "Maaş və təqaüdlərlə paralel qiymət artımının şahidi oluruq"

Azərbaycanda qiymətlər durmadan artır. Avtomobillər üçün yanacağın qiymətinin bahalaşması, bunun ardınca xidmət sahələrindəki artım artıq ərzaq bazarına da sirayət edib. Hökumət dövlət rüsumlarını da artırmaq qərarı verib. Bir çox ekspertlər bütün istiqamətlərdə qiymət artımını pandemiya və qlobal iqtisadi proseslərlə əlaqələndirir. Bəzi mütəxəssislər isə qiymət artımının kəskin inflyasiya və hətta devalvasiyaya gətirib çıxaracağını bildirir.

Hindistanda xəstəxanada yanğın baş verib, ölən və yaralılar var

Hindistanın qərbindəki Əhmədnaqar şəhərində dövlət xəstəxanasının reanimasiya şöbəsində yanğın baş verib, ən azı 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.

Məlumata görə, yanğının səbəbləri araşdırlırı, ilkin ehtimala görə hadisə elektrik avadanlıqlarında baş verən qısa qapanma nəticəsində baş verib.

Yaralılardan ikisinin vəziyyəti kritik, digərlərinin isə stabil qiymətləndirilir.

AŞPA-nın Hüquq Komitəsində “Tərtər işi” müzakirə edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin noyabrın 5-də keçirlən iclasında “Tərtər işi”nə həsr olunmuş müzakirə keçirilib.

Bu barədə Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin üzvü Erkin Qədirlinin üzvü olduğu REAL Partiyası Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, Erkin Qədirli AŞPA Hüquq Komitəsinin iclasında "Tərtər işi"nə həsr olunmuş müzakirədə çıxış edib.

Sierra Leone-də yanacaq daşıyan maşınla yük maşını toqquşub, ən azı 99 nəfər ölüb

Afrikanın Sierra Leone-nin paytaxtı Fritaun şəhərində yük maşınının yanacaq daşıyan maşınla toqquşması nəticəsində ən azı 99 nəfər həlak olub.

Hadisə noyabrın 6-da baş verib.

Toqquşma güclü partlayışla nəticələndiyindən çoxsaylı insan təlafatından başqa yüzdən çox zərərçəkən şəhərin müxtəlif xəstəxanalarına və sağlamlıq mərkəzlərinə çatdırılıb.

Yanğından əvvəl yanacaq tankerindən ətrafa dağılıb. BBC xəbər verir ki, qəza insanların sıx olduğu yol kəsişməsində baş verib, buna görə də alov sonradan çoxlu insanı, avtomobilləri və binaları bürüyüb.

"İran və Azərbaycan rəsmilərinin müdrikliyi ilə anlaşılmazlıqlar dövrü arxada qaldı"

İranın xarici işlər naziri, azərbaycanlı həmkarı ilə baş tutan telefon danışığında, İran və Azərbaycan Respublikası rəsmilərinin müdrikliyi ilə anlaşılmazlıqlar dövrünün arxada qaldığını vurğulayıb.

ABNA24 Xəbər Verir, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub, tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər. 

Fələstin prezidentinin Rusiyaya səfər edəcəyi tarix açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas noyabrın 23-də Rusiyaya rəsmi səfər edəcək və burada Rusiya lideri Vladimir Putinlə danışıqlar aparacaq.   Bu barədə bu gün Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri Riyad əl-Maliki bildirib.   “Cənab prezident Rusiyaya səfərinin və prezident Putinlə görüşün ayın 23-də baş tutacağını bildirib,” - deyə “Fələstinin səsi” radiostansiyasına müsahibəsində diplomat vurğulayıb.

Bakı metrosunda qatarların hərəkəti və stansiyaların işi avtomatlaşdırılacaq

Gələcəkdə Bakı metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.

Əli Əliyev və Elçin Rəhimzadə DTX-da sorğu-sual edildilıblər

Turan: Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ilə Bumerang Media kanalının rəhbəri Elçin Rəhimzadə bu gün, noyabrın 6-da Bakı vaxtı ilə saat 13-də kimliyi bilinməyən şəxslər tərəfindən partiyanın qərargahından naməlum istiqamətə aparılıblar.

Bu barədə Vətəndaş və İnkişaf Partiyasının bəyanatında deyilir.

Azərbaycan güləşçisi dünya çempionatının qızıl medalı uğrunda yarışacaq

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı sona yaxınlaşır.

Trend xəbər verir ki, altıncı yarış günündə mübarizəyə 1/8 final mərhələsindən qoşulan Osman Nurməhəmmədov (92 kq) Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb.

Millimizin üzvü 1/4 finalda Almaniya idmançısına da heç bir şans verməyib. Yarımfinalda İran pəhləvanından da güclü olan O.Nurməhəmmədov adını finala yazdırıb.

Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən 7900 nəfərə 15700 sosial ödəniş təyin edilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır.