04 November 2021

Müsəlman alimlər koronavirusun aşkarlanması üçün nanosensor düzəltdi

Az.shafaqna.com IRNA-ya istinadən xəbər verir ki, İranın Həmədan Texnoloji Universitetinin tələbələri “Royan” elmi-araşdırma institutunun araşdırmaçıları ilə əməkdaşlıq çərçivəsində COVID-19 virusunun sürətli aşkar edilməsi üçün nanosensor hazırlayıblar.

Təcrübə nəticələri göstərir ki, həmin nanosensor 1 testlə 10 virusu aşkar etmək qabiliyyətindədir.

Layihə araşdırmaçılarından biri Cavad Payəndə-Peyman koronavirusun sürətli müəyyən edilməsini infeksiyanın yayılmasının qarşısını almaq üçün yol adlandırıb.

ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirləri Yerevanda görüşüblər

Turan: ABŞ-ın Ermənistandakı, Gürcüstandakı və Azərbaycandakı səfirləri (Linn Treysi, Kelli Deqnan və Erl Litsenberger) ABŞ-ın İrəvandakı səfirliyində görüş keçiriblər.

Bu barədə məlumatı ABŞ-ın Ermənistandakı diplomatik missiyasının mətbuat xidməti Facebook səhifəsində yayıb.

Görüşdə ABŞ dövlət katibinin köməkçisinin müavini Erik Olson, ATƏT-in Minsk qrupunun ABŞ-dan həmsədri Endryu şofer və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya regionu üzrə Administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski də iştirak edirdi.

Xəyyam Abdinova qarşı irəli sürülən ittiham məlum olub

Müasir İncəsənət Muzeyinin sabiq direktoru Xəyyam Abdinovun nədə ittiham olunduğu məlum olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, sabiq direktor xüsusilə külli miqdarda dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.4-cü və 320-ci maddələri ilə ittiham verilib.

Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovananın sədrliyi ilə onun barəsində İstintaq orqanın təqdimatına baxılıb.

Hakim təqdimatı təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Britaniyadakı islamofob cinayətlərlə bağlı qorxunc statistika

Az.shafaqna.com “Evening Standard”-a istinadən xəbər verir ki, Böyük Britaniyada dinə nifrət zəminində törədilən cinayətlərin qurbanlarının, demək olar ki, yarısını müsəlmanlar təşkil edir.

Buna krallığın Daxili İşlər Nazirliyinin statistik məlumatları dəlalət edir.

Belə ki, 2020-ci il mart – 2021-ci il mart tarixləri arasında qeydə alınmış bu cür cinayətlərin 45%-i müsəlmanlara qarşı törədilib. Müsəlmanlar belə cinayət aktlarında 2 703 dəfə zərərçəkmiş tərəf olub.

Rusiya gəmisi Danimarkada saxlanılıb

Eastnews.org-un verdiyi xəbərə görə, Danimarka hakimiyyəti Okeanologiya İnstitutuna məxsus Rusiyanın “Akademik İoffe” tədqiqat gəmisini saxlayıb.   Bu barədə Rusiyanın Kopenhagendəki səfirliyi məlumat yayıb.   Hadisə noyabrın 1-də Skagen limanının yol kənarında gəmiyə yanacaq doldurarkən baş verib.   “Gəminin həbsi R/V Akademik İoffe-nin əvvəlki fəaliyyəti ilə bağlı üçüncü tərəf iddiası çərçivəsində müvəqqəti tədbir kimi həyata keçirilib”, - diplomatik agentliyin saytında dərc olunan məqalədə deyilir.

İranın nüvə danışıqlarını bərpa etmək qərarı neftin qiymətini aşağı salıb - BBC

 İran hökumətinin nüvə danışıqlarını bu ayın sonunda bərpa etmək qərarını açıqlaması dünya bazarlarında xam neftin qiymətini aşağı salıb.

SalamNews BBC-ə istinadla xəbər verir ki, ABŞ-ın İrana qarşı neft embarqosunun ləğvinə razılıq verməsi dünya bazarlarında təklifin artması deməkdir. Bu ehtimal nüvə sazişilə bağlı danışıqların başlaması və davam etməsilə daha da güclənir.

Güləş üzrə Azərbaycan millisi dünya çempionatında 6-cı olub

Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında klassik güləş üzrə yarışa yekun vurulub.

SalamNews xəbər verir ki, mundialda 10 çəkidən cəmi 7-sində təmsil olunan millimiz 3 medal qazandı və 67 xalla komanda hesabında 6-cı yeri tutdu.

1 qızıl və 2 bürünc medal əldə edən yığmamız U-23 dünya çempionatları tarixində medalların əyarına görə ən yaxşı nəticəsinə imza atdı.

ABŞ Dövlət katibi Ukraynadadır

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid Kiyevdə səfərdədir.   Bu barədə bu gün ABŞ-ın Ukraynadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.   Ukrayna və ABŞ prezidentləri Vladimir Zelenski və Cozef Bayden sentyabrın əvvəlində Vaşinqtonda görüş zamanı Strateji Tərəfdaşlıq Komissiyasının işini aktivləşdirmək barədə razılığa gəlmişdilər.

Rusiya müstəqil mediaya təzyiqi artırır

Rusiya müstəqil mediaya təzyiqləri artırır və onların çoxuna sistematik şəkildə “xarici agent” damğasını vuran qanun layihəsini tətbiq edir. Rusiyada “xarici agent” kateqoriyası tarixən “dövlət düşməni” düşüncəsi ilə əlaqələndirilir.

Dojd televiziya kanalı Rusiyada Kremlin nəzarətində olmayan tək-tük media orqanlarından biridir. Lakin həmin kanalın işçilərinin işlərini görmələri getdikcə çətinləşir, çünki rəsmilər onları “xarici agent” siyahısına əlavə edib.

Görəsən şiələr öz müxaliflərini “haramzadə” hesab edirlər? (2-ci hissə)

Əhli-sünnə rəvayətlərində halalzadə və haramzadənin nişanələri

a) Əmirəl-möminin Əli (ə) ilə düşmənçilik

Əllamə Şəmsuddin əl-Cəzri Şafei yazır:

عن عبادة بن الصامت رضي الله عنه قال : كنّا نَبُور أولادنا بحُبّ عليّ بن أبي طالب رضي الله عنه ، فاذا رأينا أحدهم لا يحب علي بن أبي طالب ، علمنا أنه ليس منا ، وأنه لغير رشده .

 

QMİ sədri: Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır

"Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsi dövründə öz geniş beynəlxalq əlaqələrindən istifadə edərək Ermənistanın işğalçılıq siyasətini və insanlığa qarşı hərbi cinayətlərini faktlarla ifşa edərək, erməni ekstremistləri tərəfindən dinc əhalimizə qarşı törədilən terror aktları, işğal olunmuş ərazilərimizdə yüzlərlə məscid, məbəd və kilsənin, minlərlə məzarlıqların dağıdılmasını, ümumislam əhəmiyyətli irs nümunələrinin mənşəyinin saxtalaşdırılmasını və dini məbədlərin erməniləşdirilməsini, əsarətdə qalan məscidlərimizdə İslamda haram buyurulan heyvanların saxlanılması kimi vandal həqarət

Həmas-dan sionist rejimə xəbərdarlıq

Fələstin islami müqavimət hərəkatı- Həmas dünən gecə sionist rejimə xəbərdarlıq edibdir ki, işğal olunmuş Qüdslə bağlı cinayətkarcasına hərəkətləri ona baha başa gələcək.

ABNA24 Xəbər Verir,Həmas-ın baş üzvü Harun Nasirəddin bir bəyanatda bildirib ki, sionist rejimlə problemlərin həlli üçün heç bir seçimdən söz getmir. Fələstinin bütün işğal olunmuş əraziləri xalqımızındır və qəsbkarlar və sionist qəsəbə sakinləri bu bölgələrdən çıxmalıdırlar.

Türkiyə İncirlik aviabazası ilə bağlı xəbəri təkzib etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Müdafiə Nazirliyi "S-400" hava hücumundan müdafiə raket sistemlərinin İncirlik aviabazasına ötürülməsi ilə bağlı xəbərləri təkzib edib.   Bu barədə "Anadolu" agentliyi Müdafiə Nazirliyindəki mənbələrə istinadən xəbər verib.   Rusiya və Türkiyə 2017-ci ildə "S-400" zenit-raket komplekslərinin alay dəsti üçün müqavilə imzalayıb, Türkiyə tərəfinə tədarüklər 2019-cu ilin yay-payız aylarında həyata keçirilib.

DTX məşhur şəxslə bağlı əməliyyat keçirdi - Xəyyam Abidinov saxlandı

Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov DTX tərərfindən saxlanılıb.

Bu haqda Musavat.com-a mötəbər mənbədən məlumat daxil olub.

Əldə edilən məlumata görə, Xəyyam Abidinovun barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Redaksiyamız Xəyyam Abdinovun cinayət əməllərinin mahiyyəti barədə məlumat əldə etdiyi təqdirdə əlavə məlumat təqdim ediləcək.

Musavat.com bildirir ki, Xəyyam Abidinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılmışdır.

Nazir: “Sərhədlərin müəyyənləşməsindən sonra Ermənistanla münasibətlər normallaşacaq”

“Pandemiya dövründə daşınmaların sayı azalmayıb, əksinə artıb”.

SalamNews-un xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

Dünya sülh və stabilliyə doğru səylərini əsirgəməməlidir - Vanq Çao

Beynəlxalq ictimaiyyət pandemiyadan sonra dünyanın necə nizamlanacağını düşünməlidir. Hər bir ölkə çalışmalıdır ki, bu yöndə müsbət nəticələr əldə etsin. Biz dünya nizamı barədə düşünməliyik.

Trend-in məlumatına görə, bunu Çinin Xarici Əlaqələr İnstitutunun Prezidenti Vanq Çao Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

Əbdüs-salam: “Allahın köməyi ilə Səud Koalisiyasının məqsədi reallaşmayacaq”

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Yəmənin Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri Məhəmməd Əbdüs-Salam bildirib ki, Səudiyyə koalisiyası Yəmənə qarşı qəddar təcavüzünü davam etdirməkdə israr etməklə, habelə Yəməni mühasirə ilə boğmaqla səhvə yol verməkdədir.

İranda bu gün geniş miqyaslı mitinq olacaq

Bu gün İranda İmperializmlə Ümumdünya Milli Mübarizə Günü münasibətilə ABŞ əleyhinə mitinq keçiriləcək. 4 noyabr 1979-cu ildə İranda "casus yuvası" adlandırılan ABŞ səfirliyi universitet tələbələri tərəfindən mühasirəyə alınmış və bəzi səfirlik əməkdaşları girov götürülmüşdü. İranda hər il Qlobal İmperializmlə Milli Mübarizə Günü adı altında müxtəlif tədbirlər keçirilir.

Müfti: Miqrantların sayının azaldılması Moskvada məscid çatışmazlığı problemini həll etməyəcək

Rusiya Müftilər Şurasının sədr müavini, Moskva vilayətinin müftisi Ruşan Abyasov RİA Novosti-yə müsahibəsində bildirib ki, miqrantların sayının azaldılması “nəfəs almağı asanlaşdıracaq”, lakin Moskva vilayətində məscid çatışmazlığı problemini həll etməyəcək.

“Əvvəllər Moskva meri Sergey Sobyanin Moskvada məscidlərə əsasən miqrantların gəldiyi və yerli sakinlər üçün dörd məscidin kifayət etdiyi ruhunda dəfələrlə çıxış edib.”

Pentaqon: "Hərbçilərimizin Kabildə 10 mülki şəxsi öldürməsində qanun pozuntusu yoxdur"

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ-ın Müdafiə Nazirliyinin apardığı araşdırma avqustun sonunda Əfqanıstanın paytaxtı Kabildə 10 mülki şəxsin ölümü ilə nəticələnən hava hücumunda qanun pozuntusu aşkarlamayıb.   Bu barədə çərşənbə günü keçirdiyi brifinqdə ABŞ Hərbi Hava Qüvvələrinin baş müfəttişi general Sami Said bildirib.

Əlcəzair vətəndaşlarının ölümünə görə Mərakeşdən intiqam alacağını bildirib

Əlcəzair-Mavritaniya sərhədində birincinin üç vətəndaşının hava zərbələri nəticəsində öldüyü bildirilib. Əlcəzair Xarici İşlər Nazirliyi bu təcavüzün arxasında Mərakeşin durduğunu bildirib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Əlcəzairin Xarici İşlər Nazirliyi bu ölkə ilə Mavritaniya sərhədində üç vətəndaşın maşınları ilə birgə Mərakeş tərəfindən hava zərbələrinə məruz qaldığını bildirib.

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin IV tur matçlarından sonra UEFA iddiaçıları açıqlayıb.

Qitə futbol qurumu həmişəki kimi, 4 oyunçunu fərqləndirib. Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”), Paulo Dibala (“Yuventus”) və Robert Levandovskidir (“Bavariya”).

Qalib azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Razi Hümbətovun məhkəməsi bu gün davam edəcək-Yenilənib

18:00

Bu gün ictimai fəal Razi Hümbətovun Bakı Ağır Cinayətlər Məhkəməsində nəzərdə tutulan prossesi şahidlərin məhkəməyə gəlməməsi səbəbi ilə 18 noyabr tatixinə qədər təxirə salınıb.

 

 

****

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Razı Hümbətovun növbəti məhkəmə iclası bu gün saat 16:30-da davam edəcək. Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək dinləmələr pandemiya səbəbindən ümumi kütləyə qapalıdır.