13 October 2021

Xankəndiyə qanunsuz yük aparan İran sürücülərinin öz ölkələrinə qaytarılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir - DGK

Bu gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanları tərəfindən saxlanılan İran İslam Respublikasının vətəndaşları olan sürücülərin öz ölkələrinə qaytarılmaları barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

ABŞ logistika karvanı Bəsrədə hədəf alınıb

Giperssilka “MEHR”ə istinadən xəbər verir ki, İraqın Bəsrə əyalətində başqa bir ABŞ hərbi logistika karvanı hədəf alınıb.
Hələlik heç bir qrup bu hücumun məsuliyyətini öz öhdəsinə götürməyib.

Xatırladaq ki, bu yaxınlarda Ziqar və Əl-Ənbar əyalətlərində ABŞ hərbi logistika konvoyu keçərkən, yol kənarında bomba partladılmışdı.

Məşhur avropalı yazıçı İsraili boykot etdi

Az.shafaqna.com “Arab News”-ə istinadən xəbər verir ki, məşhur irlandiyalı yazıçı Salli Runi İsrailə bağlı nəşriyyat evinin onun ən son romanını yəhudi dilinə tərcümə etmək təklifinə rədd cavabı verib.

Onun “Gözəl dünya, haradasan sən?” adlı kitabı sentyabr ayında işıq üzü görüb və bir anda ən çox satılan kitablardan birinə çevrilib.

Lakin müəllif “Modan” nəşriyyatının adıçəkilən kitabı yəhudi dilinə tərcümə etməsinə razılıq verməyib.

Moskva Əhli-beyt İslam Cəmiyyəti: “Fitnəkarlıq etmək istəyənlərin mənfur arzuları ürəklərində qalacaq”

Giperssilka xəbər verir ki, Moskva Əhli-beyt İslam Cəmiyyəti Azərbaycan KİV-də yayınlanmş və təhrif edilmiş materiallara cavab olaraq bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, Moskva Əhli-beyt İslam Cəmiyyətinin fəaliyyəti burada yaşayan müsəlmanlara, xüsusilə bu ölkədə böyüyüb başa çatan gənclərimizə dini, mənəvi, milli dəyərləri və vətənpərvərliyi aşılamağa yönəlib:

MƏSULİYYƏT HAKİMİYYƏTİN ÜZƏRİNƏ DÜŞƏCƏK

Müsəlman Birliyi Hərəkatının rəsmi facebook səhifəsi təxribat ehtimalı ilə bağlı bəyanat yaydı. Bəyanatda deyilir:
"Qanunların aliliyini həmişə mübarizə xəttində əsas meyar sayan Müsəlman Birliyi Hərəkatı, ünvanına səslənən əsassız iddihamları rədd etmiş və fəaliyyətini bu müstəvidə davam etdirmişdir. Təsadüfi deyildir ki, məhkəmələr zamanı ünvanına səslənən qanunsuz iddialara öz həqiqət duruşu ilə sinə gərmiş və bu gün də hər növ qanunsuzluğu rədd etməkdədir.

Səhih rəvayətlərdə İmam Mehdinin (ə) qeybət dövrü haqqında əvvəlcədən məlumat verilmişdirmi?

Bağışlayan və Mehriban Allahın adı ilə
1-ci hissə
Sualın izahı:
İmam Mehdinin (ə) qeybətindən bəhs edən rəvayətlərdə o Ağanın (ə.f) iki qeybət dövrü qeyd olunmuşdur: Kiçik və böyük qeybət dövrü. Sual bundan ibarətdir ki, bu mövzu ilə bağlı olan rəvayətlər səhihdirmi? Xahiş edirik ki, səhih rəvayətlər gətirməklə bunu izah edəsiniz.
Cavab: 
Araşdırmalara görə, İmamın (ə.f) qeybətini bəyan edən rəvayətlər iki qismə bölünür:
Birinci qisim rəvayətlər bu qeybətin iki hissədən – kiçik və böyük qeybətdən ibarət olduğunu bəyan edir. 

Məscid axundundan islamofob caniyə qarşı insani rəftar

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Miçiqan ştatından olan axund məscidə hücum etmiş vandala təsir etmək üçün qeyri-adi yol tapmaq qərarına gəlib.

Qeyd edək ki, müsəlman ibadətgahı bir həftə öncə hücuma məruz qalıb. İslamofob kişi məscidin girişindəki şüşə qapını sındırıb. Cani müşahidə kameralarına düşüb.

Məscid imamı Şəmşad Nasir gözlənilməz xahişlə həmin cinayətkara müraciət edib.

Bağdadda Həşdüş-Şəbi komandirlərindən birinin evinə hücum olub

Giperssilka “ABNA”ya istinadən xəbər verir ki, naməlum şəxslər Əş-şölə bölgəsində İraqın Əl-Həşdüş-Şəbi 33-cü Diviziyasının komandiri Həqqi Əbuəkbərin evinə iki əl qumbarası atıblar.

Komandirin ailə üzvlərindən bir neçəsi yaralanıb.

Hücum İraq parlamentində bir çox namizədin İraq Yüksək Seçki Komissiyasının açıqladığı nəticələrə etiraz etdiyi və nəticələrin açıqlanmasında şəffaflıq tələb etdiyi bir vaxta təsadüf edir.

İraq Müqavimət Qruplarının Əlaqələndirmə Şurası “seçkilərin nəticələrinin manipulyasiya edildiyini” açıqlayıb.

MN: Qanunsuz erməni silahlı dəstələri Suqovuşandan Kəlbəcərə gedən mülki avtomobil karvanını atəşə tutub

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb.

Qarabağ münaqişəsi artıq başa çatıb, indi sülh haqqında danışmaq vaxtıdır - Allahşükür Paşazadə

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında suveren hüquqları əsasında BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdi. Qarabağ münaqişəsi artıq başa çatıb, indi gələcək haqqında, sülh haqqında danışmaq, regionu sabit və təhlükəsiz etmək vaxtıdır.

İqor Korotçenko: "Ermənistan Azərbaycana müharibənin nəticələrinin aradan qaldırılmasında heç bir şəkildə kömək etməyəcək"

Gəncəyə raket zərbəsi endirmək əmrini verənlər və həyata keçirənlər hərbi cinayətkarlardır, onlar məsuliyyətə cəlb olunmalıdır.
Operativ.tv-Vesti.az-dan əldə etdiyi məlumatına görə, bunu "Milli Müdafiə" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Vestnik Kavkaza" ya müsahibəsində Ermənistan tərəfinin Gəncəyə hücumunun ildönümünü şərh edərkən bildirib.

İmam Hüseynin (ə) hərəmində il yarımdan sonra camaat namazı

Bu gün (12 oktyabr) İmam Hüseynin (ə) mütəhhər hərəmində gündəlik camaat namazları il yarımlıq fasilədən sonra yenidən bərpa olunub.

Deyerler.org xəbər verir ki, müqəddəs ziyarətgaha bağlı “İmamhussain” saytı bu gün Şeyx Əbdül Mehdi Əl-Kərbəlayinin imamlığı ilə il yarımlıq fasilədən sonra qılınan ilk camaat namazından görüntüləri paylaşıb.

Amazon və Google şirkətlərinin işçiləri İsrail rejimini boykot etməyə çağırıb

Giperssilka.ru İran KİV-ə istinadən xəbər verir ki, Amazon və Google pərakəndə satış şirkətlərinin 400-dən çox əməkdaşı şirkət rəhbərlərini Fələstində insan haqlarına qarşı repressiv hərəkətlərinə görə İsraili boykot etməyə çağırıb.

İşçilərin şirkət rəhbərlərinə ünvanladığı məktubda belə yazılıb:

"Biz hazırladığımız məhsulların fələstinliləri əsas hüquqlarından məhrum etmələri, evlərini tərk etmələrinə məcbur edilmələri və Qəzza Zolağında fələstinlilərə hücum etmək üçün istifadə edilməsini göz ardı edə bilmərik."

Aksiyaya cəhd edənlər saxlanılıb

Azadlıq qəzeti özünün facebook səhifəsində aksiyaya cəhd etməyə çalışan bir neçə ictimai fəalın saxlanıldığını paylaşıb:
"İctimai fəallar Rüstəm İsmayılbəyli, Samir Axundzadə, Elmir Abbasov, Əli Mahmudlu, Əhməd Məmmədli və Fərid İmanov YAP-ın qərargahının önündə son günlər baş verən siyasi həbslərə etiraz olaraq aksiyaya cəhd edərkən zorakılıqla saxlanılıblar."

 

DİN məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlara münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır:

Dünyanın ən böyük Quran nüsxəsi sərgiyə çıxarıldı

Pakistanlı İslami İncəsənət ustasının hazırlamaqda olduğu dünyanın ən böyük Quran nüsxəsinin bir hissəsi BƏƏ-nin Dubay əmirliyində keçirilən "EXPO-2020" sərgisində nümayiş edilib.

Pakistanlı incəsənət ustası bu Quran nüsxəsini Osmanlı, İran və Ərəb incəsənətindən ilham alaraq, təbii rənglərlə canlı nümunələr əsasında qızıl üzlük çəkilmiş alüminium vərəqlər üzərində işləmişdir.

Putin MDB ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.

TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Görüş video konfrans formatında baş tutacaq. Görüşdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.

Hazırda Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur – BQXK

“Beynəlxalq Qızıl Xaç Komitəsi bu ilin yanvar-iyun ayları ərzində 14 məktub xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verilib”.

“Az.shafaqna.com” xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

BQXK rəsmisi bildirib ki, itkin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.

İran xarici kəşfiyyata cəsusluq edən 10 nəfəri ələ keçirdiyini bildirib

 İranın Buşehr əyalətində xarici kəşfiyyatın lehinə cəsusluq etdiyi deyilən 10 nəfərin ələ keçirildiyi bildirilib.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Buşehrdə xarici kəşfiyyatın lehinə cəsusluq edən 10 nəfər ələ keçirilib.

Qətər G-20 Zirvə Toplantısı

Əfqanıstan əhalisinə humanitar yardım, terrorizmə qarşı mübarizə, qadın hüquqlarının qorunması, Əfqanıstan vətəndaşlarının həm ölkə daxilində, həm də xaricdə sərbəst hərəkət etməsi - bu və digər məsələlər Çərşənbə axşamı günü Romada açılan G 20 sammitinin gündəliyində oldu. Bu barədə məlumatı Euronews-a istinadən Operativ.tv verib. Onlayn formatda konfransda BMT, BVF və Dünya Bankının nümayəndələri də iştirak ediblər. 

Biz sağçıyıq, yoxsa solçu?

Sağçılıq və solçuluq nə deməkdir?
Sağçılıq adət-ənənəyə, müəyyən şəxslərin gücünə daha çox üstünlük verən (güclü olan haqdır prinsipinə əsasən) siyasi görüşə deyilir. Bu azad bazar və şəxsi mülkiyyətə üstünlük verən bir ideologiyadır.
Solçuluq isə müsavatı (bərabərlik) dəstəkləyən, heç nədən zəngin olan kəslərə qarşı şiddətli mövqeyi ilə seçilən ideologiyadır.
Sağçılar mühafizəkar, milliyyətçi demokrat, kapitalist, monarxistlərlər qrupuna daxildir.
Solçular isə tərəqqi, kommunist, sosialist, sekulyarist, anarxistlər qrupuna daxildir.