12 October 2021

Husilər Mərib əyalətində 600 kvadrat km ərazini nəzarətə götürdüklərini bildiriblər

Husilər Yəmənin Mərib əyalətində irəlilədiklərini bildiriblər.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin (husilər) mətbuat katibi Yəhya Səri bəyanat verib.

Bildirilib ki, Mərib əyalətinin inzibati mərkəzinin cənubunda strateji bölgələr nəzarətə keçirilib. Nəzarətə götürülən ərazilərin 600 kvadrat km olduğu deyilir.

Mili Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlamentin nümayəndə heyəti 3-cü Avrasiya Qadın Forumunda iştirak etmək üçün oktyabrın 12-də Rusiya Federasiyanın Sankt-Peterburq şəhərinə səfər edib.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə bildirilib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Hicran Hüseynova, deputatlardan Pərvin Kərimzadə, Sevinc Fətəliyeva, Ülviyyə Həmzəyeva, Fatma Yıldırım və digər rəsmi şəxslər daxildirlər.

Taliban və Avropa Birliyi: danışıqlar

 Operativ.tv-nin Euronews-a istinadən yaydığı məlumata görə Avropa Birliyi nümayəndələri Taliban hərəkatının rəsmilərini ilə çərşənbə axşamı günü Qətərin paytaxtı Dohada görüşüb. Avropa Birliyi sözçüsünün qeyd etdiyi kimi, söhbət Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban hökumətinin rəsmi tanınmasından getmir. Brüssel tərəfdən onların məqsədi ölkəni tərk etmək istəyən insanların hərəkət azadlığını, humanitar yardım və qadın hüquqlarını əldə etmək imkanlarını müzakirə etmək olub. AB həmçinin Əfqanıstanı terrorçuların sığınacağına çevrilməsinin qarşısını almağa çalışır.

Neonasist məsciddə terror aktı törətməyi planlaşdırırdı

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Şotlandiyada islamofob şəxs məhkəmə qarşısına çıxarılıb. Sem İmri məsciddə terror aktı törətməyi planlaşdırırdı.

O, Fayfdakı (Fife) İslami Mərkəzdə terror aktı törətmək və bunu sosial şəbəkələdə canlı şəkildə yayımlamaq istəməkdə ittiham edilir.

İstintaq müəyyən edib ki, 24 yaşlı müttəhimin çox sayda silahları olub və qatı neonasist, islamofob və antisemit baxışlara sahib idi.

Bildirilir ki, o, terror planları haqda özü sosial şəbəkə üzərindən bəyan edirdi.

Fransa mediası: “İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa etmək astanasındadır”

Giperssilka.ru Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Fransa mediası İran və Səudiyyə Ərəbistanının gərginliyi azaltmaq və diplomatik əlaqələri yenidən qurmaq üçün razılaşma astanasında olduğunu yazıb.

Məlumata görə, İran-Səudiyyə münasibətlərinin yenidən qurulmasının yaxın bir neçə həftə ərzində rəsmən elan ediləcəyi gözlənilir.

Kölndə cümə günləri azanın verilməsinə icazə verildi

Giperssilka "Shafaqna"ya istinadən xəbər verir ki, Almaniyanın Köln şəhərində cümə günləri səsucaldanlardan azanın verilməsinə icazə verilib.

Bu barədə adıçəkilən şəhərin meri Henrietta Reker elan edib.

Bildirilib ki, bu, ikillik pilot layihə çərçivəsində həyata keçiriləcək.

“Kölnün bir çox sakinləri müsəlmanlardır. Nəzərimcə, müəzzinin çağırışına icazənin verilməsi ehtiram əlamətidir”, – deyə Reker qeyd edib.

Onun sözlərinə görə, müsəlmanların azanı şəhərin müxtəlifliyini nümayiş etdirəcək.

İsrail işğal altında olan Colan Yüksəkliklərinə əlavə hərbi qüvvələr ezam edib

İsrail işğal etdiyi Colan Yüksəkliklərinə ağır hərbi texnikalar göndərib.

SalamNews RT-ə istinadla xəbər verir ki, ərəblərin və druzların etiraz aksiyalarının şahidi olan Colana ağır hərbi texnikalar göndərilib.

Məlumata görə, çoxlu sayda tank bölgəyə aparılmaqdadır.

Xalq Cəbhəsi Partiyasının fəalı məhkəmə qarşısına çıxacaq

Xalq Cəbhəsi Partiyasının fəalı, bu il avqustun 11-də saxlanılan Aqil Hümbətovun işi üzrə ibtidai istintaq başa çatıb. Yaxın günlərdə o, məhkəmə qarşısında dayanacaq. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrliyilə baxılacaq.

Hümbətov Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə təhlükəli üsulla sağlamlığa ağır ziyan vurma) maddəsi ilə ittiham olunur ki, bu da 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

O, Zirə qəsəbə sakini Yamən Məmmədova bıçaqla zərbə vurmaqda təqsirli bilinir.

Sənədsiz evləri hansı hallarda qanuniləşdirmək olar?

İlk növbədə onu bildirək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmçinin, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.

Abbas Hüseyn: "Haqqımızda yanlış düşünənlər, mənim yazıma da, öz düşüncələrinizə də diqqət edin"

Haqqımızda yanlış düşünənlər, mənim yazıma da, düşüncələrinizə də diqqət edin. Müsəlman birinin haqqına girməyin. Öz fərziyyələrinizlə cəmiyyəti də yanlışa sürükləməyin. Mən islam dövlətinin ali dini lideri və rəhbərinə qarşı çıxmamışam. İran dövlətinin bu günki siyasi-iqtisadi marağı üçün Ermənistanla yanlış əlaqələrinə bir müsəlman və milli vətəndaş kimi öz iradımı bildirmişəm.
Mənə etiraz edənlərin çoxu bəlkə yazımı heç açıb oxumayıb. Yazımda islam dövlətinin bizə yardım etmədiyinə dair bir söz də yazmamışam.

Vəkil Niyaməddin Əhmədovun intihara cəhd etməsi barədə məlumatı təkzib edib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Niyaməddin əhmədovun intihara cəhd etməsi barədə xəbərlər təsdiqini tapmayıb, bu barədə onun vəkili Zübeydə Sadıqova bildirib.

«Hazırda Niyaməddin Əhmədovla görüşdən gəlirəm. Özünə qəsd etməsi xəbəri doğru deyil. Səhhəti yaxşı olmasa da, aclığı davam etdirir. Partiya rəhbərliyinin, valideynlərinin aclığı dayandırmaqla bağlı xahişlərini bir daha Niyaməddin Əhmədova çatdırdım. Sabah bu barədə qərar verəcək", - vəkil deyib.

Vəkil sabah yenidən İstintaq Təcridxanasında Niyaməddin Əhmədovla görüşəcəyini bildirib.

Turan.

İraqdakı parlament seçkilərinin ilkin nəticələri

Az.shafaqna.com xəbər verir ki, İraqdakı parlament seçkilərinin ilkin nəticələrinə əsasən, Müqtəda əs-Sədrin bloku parlamentdəki 329 yerdən 73-nü qazanıb.

Bu barədə İraq rəsmi informasiya agentliyi məlumat verib.

Parlamentin keçmiş spikeri Məhəmməd əl-Xalbusinin başçılıq etdiyi “Təqəddüm” partiyası isə parlamentdəki 2-ci ən böyük fraksiya ola bilər – 38 yer.

Sabiq baş nazir Nuri əl-Malikinin koalisiyası isə 37 deputat mandatı ilə 3-cü yeri tutub.

Hələ ki, seçkilərin yekun nəticələri açıqlanmayıb.

Bu şəhərdə yüzlərlə Quran hafizi yaşayır

Az.shafaqna.com IQNA-ya istinadən xəbər verir ki, Tunisin Bəni Hədaş şəhəri Qurani-Kərim hafizlərinin şəhəri kimi tanınır.

Yüksək dağlıq ərazidə yerləşən bu sakit şəhərdə təxminən 500 Quran hafizi var.

Maraqlıdır ki, “Quran-hafizləri” şəhərində kişilərlə yanaşı xanımlar da Quranı tam şəkildə əzbərləyirlər. Belə ki, şəhərdə 250 qadın hafiz var və onlardan da 10-u yerli Quran mərkəzindəki təhsillərini yenicə bitiriblər.

Həmçinin hafizlər arasında çox sayda uşaqlar da var.

Serbiya: “Səfirliyimizi Qüdsə köçürməyəcəyik”

Giperssilka.ru YJC-ya istinadən xəbər verir ki, Serbiya prezidenti Aleksandr Vuçiç Fələstin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.

O, ölkəsinin beynəlxalq hüquqa tam sadiq olduğunu və səfirliyini Qüdsə köçürməyəcəyini vurğulayıb..

Serbiya prezidenti əlavə edib ki, Serbiya Fələstin dəyərlərinə sadiqdir və Fələstin xalqının hüquqlarını müdafiə edir:

“Fələstin Serbiyanı məyus etmədiyi kimi, biz də xəyanət etməmişik və onları məyus etmirik”.

“WhatsApp”dan səsli mesajlarla bağlı yenilik

Giperssilka Oxu.az-a istinadən xəbər verir ki, “WhatsApp” şirkəti messencerlə tez-tez səsli mesaj yollayanlar üçün çox lazımlı bir seçim hazırlayır.

Yeni funksiya səsli mesajlar zamanı fasilə etməyə, sonra başqa rahat bir vaxtda davam etməyə imkan verir. Beləliklə, səsi yenidən yazmağa ehtiyac qalmayacaq.

Bu xüsusiyyət istifadəçilərin hər hansı bir səbəbdən dayandırmaq məcburiyyətində qalan səsli mesajı yenidən yazmaması üçündür.

Fasilə düyməsinə basılmış səs yazısına istənilən vaxt davam etmək mümkündür.

Hindistanda 300-ə yaxın müsəlman həbs edilib

Giperssilka Qərbi Asiya mənbələrinə istinadən xəbər verir ki, Hindistan polisi Kəşmir bölgəsində üç hindunun öldürülməsini bəhanə edərək dini azlıqları hədəf alıb.

Belə ki, təhlükəsizlik qüvvələri bu bəhanə ilə bölgəyə basqın edərək ən azı 300 nəfəri həbs edib.

Saxlanılanlar arasında İslam Cəmiyyəti və Azadlıq Konfransı təşkilatlarının üzvləri də var.

Türkiyə və ABŞ prezidentləri Qarabağı müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Cozef Baydenlə Qarabağı müzakirə edəcək.

SalamNews xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın "Milliyet" qəzetinə müsahibəsində deyib.

O, 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G-20 liderlərinin sammiti çərçivəsində iki ölkə prezidentlərinin ikitərəfli görüşündə müzakirə edilməsi planlaşdırılan məsələləri qeyd edib:

Azərbaycanda kitablar ƏDV-dən azad edilməlidir - Təklif

Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında çıxış edib.

F.Mustafa bildirib ki, kitabların vergidən azad edilməsi dövlət büdcəsinə elə bir təsir göstərməz.

Deputat vurğulayıb ki, xüsusilə regionlarda kitaba marağı artırmaq lazımdır:

Lapşin Bakıya qarşı: Avropa İnsan Haqları Məhkəməsi qərarı qüvvədə saxladı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) blogger və jurnalist Aleksandr Lapşinin qanunsuz olaraq həbs edilməsi, Bakı həbsxanasında ona işgəncə verilməsi və öldürülməsinə cəhddə bu ölkə hökumətini təqsirli bilərək Azərbaycanın 21 may 2021-ci il tarixli qərarı ilə bağlı apellyasiya şikayətini rədd edib.
Operativ.tv-nin Euronews-ə istinadən yaydığı məlumata görə AİHM əvvəlki qərarı dəyişməz olaraq qüvvədə saxlayıb və Bakının yenidən Lapşinə 30.000 avro məbləğində təzminat ödəməsini istəyib.