10 October 2021

Livanda elektrik kəsintisi bir neçə gün davam edəcək

Livanda yanacaq çatışmazlığı ölkədəki iki ən böyük elektrik stansiyasının bağlanmasına səbəb olduğu üçün ölkə boyu mərkəzləşdirilmiş elektrik enerjisi yoxdur. Bu barədə şənbə günü hökumət rəsmisi Reutersə məlumat verib.

“Livanda elektrik şəbəkəsi bu gün gündüz vaxtında işləməyi tamamilə dayandırdı və gəln bazar ertəsinə qədər və ya bir neçə gün ərzində işləmək ehtimalı yoxdur,” rəsmi deyib.

Dövlət elektik şirkəti yaydığı bəyanatında bildirib ki, Zəhrani elektrik stansiyasındakı termoelektrik qurğunun işi dayanıb. Deir Ammar qurğusu cümə günü işləməyi dayandırıb.

Hicablı qadın: "Niyə mən şəkil çəkdirəndə başımı açmalıyam?!" VİDEO

“16 yaşımdan hicabdayam. Məktəbimizdə ilk mən başımı örtmüşəm. Direktor dedi ki, əgər başını açsan, sənə cavablarda kömək edərəm. Dedim, eybi yox, istəmirəm”. Bu hekayə Xalidə Əliyevanın başörtüsünə görə üzləşdiyi ilk ayrı-seçkilik idi. Gənc yaşlarında gördüyü fərqli münasibət sonrakı illərdə özünü qadağalarla əvəz edir.