05 October 2021

Ermənistan mətbuatı Azərbaycan Ordusu ilə bağlı növbəti yalan məlumat yayıb - MN

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır".

Trend xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.

Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçirib

Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

“Az.shafaqna.com”un məlumatına görə, təlimin ssenarisinə əsasən bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər.

Bölmələrin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq üçün komanda məntəqələrindən idarəetmə sistemləri vasitəsilə qoşunlar fasiləsiz idarə olunur, birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun fəaliyyət göstərirlər.

Saakaşvilinin ilk məhkəmə iclası noyabrın 10-na təyin edilib

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin işi üzrə ilk məhkəmə iclası noyabrın 10-na təyin edilib.

SalamNews xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan"a siyasətçinin vəkili Beka Basilaya məlumat verib.

Saakaşviliyə qarşı bir neçə cinayət işi açılıb. O, aclıq aksiyasına başlayıb və onu dayandırmaqdan imtina edir, bu səbəbdən müdafiə tərəfi prosesin sürətləndirilməsini tələb edir.

Əli Kərimli həbsdə olan mühafizəçisini aclığı dayandırmağa çağırıb

Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli həbsdə olan partiya fəalı Niyaməddin Əhmədovu aclığı dayandırmağa çağırıb.

Kərimli Facebook-da dərc etdiyi müraciətində Əhmədovun sentyabrın 22-dən aclıq etdiyini xatırladır. Bütün bu müddət ərzində o, ailə üzvləri və vəkili ilə ünsiyyət imkanından məhrum edilib.

Yalnız oktyabrın 3-də onun vəkili ilə əlaqə saxlamasına şərait yaradılıb. O, koronavirusa yoluxmasına baxmayaraq, aclıq etdiyini və dərmanlardan imtina etdiyini bildirib.

Görəsən Məfatihul-Cinan kitabının bəzi rəvayətləri Quranla müxalif deyil?

Bağışlayan və Mehriban Allahın adı ilə
Sual: Məfatihul-Cinan kitabında Cümə gününün əməllərinin 4-cü qismində deyilir ki, sübh namazından sonra Ər-Rəhman surəsi oxunsun və “fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsinə yetişdikdə “la bişeyin min alaikə rəbbi ukəzzib” kəlməsi işlədilsin. Məgər biz burada Qurana nə isə əlavə etmiş olmuruqmu?

Livandakı Hizbullah İcra Şurasının sədri: “İrandan yanacaq idxalı Livanın iqtisadi blokadasını pozdu”

Giperssilka.ru MEHR-ə istinadən xəbər verir ki, Livan Hizbullah İcra Şurasının sədri Seyyid Haşim Səfiəddin Livanın bu gün ABŞ, Qərb və sionist rejimin sui-qəsdləri ilə üz-üzə olduğunu söyləyib.

O qeyd edib ki, Fars körfəzindəki bəzi ölkələr ABŞ-a Livana qarşı sui-qəsdində kömək edirlər:

“Ancaq biz İrandan yanacaq idxal edərək Livan mühasirəsini pozduq. ABŞ və sionist rejim bilir ki, İrandan yanacaq idxalı yalnız başlanğıcdır.

Bakıda İmam Xameneinin ofisi və Əhli-beyt (ə) Hüseyniyyəsi bağlandı

Giperssilka.ru-nun etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, oktyabrın 5-i səhər saatlarından Bakıda Gənclik metrosu yaxınlığındakı Hüseyniyyə məscidi bağlanıb.

Məlumata görə, bu gün səhər saatlarında polis əməkdaşları məscidə yaxınlaşaraq hüseyniyyənin mühafizə xidmətindən ibadət məkanının açarlarını alaraq özünü da oradan çıxarıblar.

Qeyd edək ki, həmin məsciddə Ali Məqamlı Rəhbər Seyyid Əli Xameneinin Azərbaycan üzrə nümayəndəsi Seyyid Əliəkbər Ocaqnejad imam-camaat olaraq fəaliyyət göstərirdi.

İsrailin Süleymaninin qətlində rolu

İsrail Hərbi Kəşfiyyat Birliyinin rəhbəri Tamir Hayman, İsrailin İran Qüds Briqadası Komandiri Qasım Süleymaninin öldürülməsində əsas rol oynadığını bildirib. Hayman İsrailin Kanal 12 televiziya kanalına verdiyi açıqlamasında Süleymaninin öldürülməsi ilə əlaqədar Amerika rəhbərliyinə təsir edən ən əhəmiyyətli kəşfiyyat məlumatlarını onların verdiyini söyləyib.

Müsəlmanlar bir ay ərzində kanadalılara İslamdan danışacaqlar

Hər ilin oktyabr ərzində Kanada ənənəvi olaraq İslam tarixi aylığını qeyd edir.

Az.Shafaqna.com-un verdiyi xəbərə görə, bu il tədbirdə əsas diqqət təcrübə mübadiləsi, həmçinin irqçilik və islamofobiyadan qurtulmaq üsullarına həsr ediləcək.

“Kanadada İslam tarixi aylığının (IHMC) məramı zəngin müsəlman irsi və müsəlmanların cəmiyyətin inkişafına verdikləri töhfələrlə digər kanadalılarla bölüşmək və onları məlumatlandırmaqdan ibarətdir”, – tədbirin saytında bildirilir.

Eymen Susan: İran, Rusiya və Hizbullah terrora qarşı zəfərdə Suriyanın ortağıdır

Suriya xarici işlər nazirinin müavini Eymen Susan terrorla mübarizədə İran, Rusiya və Hizbullahın rolunu vurğulayaraq "Amerika Əfqanıstanda olduğu kimi Suriyadan da çıxmalıdır" deyib.
Susan çıxışında, terrorla mübarizədə və Amerikanın 10 illik müharibəsində sui-qəsd planına qarşı onların zəfər ərəfəsində olduqlarını və bu qələbənin Suriya düşmənlərinin bölgədə layihələrinin məğlubiyyətə səbəb olacağını bildirib.

İraqda seçkilər və Amerikanın yaratmaq istədiyi xaosun önündə duran müctəhidlər.

İraqda parlament seçkilərinə hazırlıqlar davam edir. Bu çərçivədə İraq təhlükəsizlik qüvvələri  2000 seçki dairəsində seçicilərin təhlükəsizliyini qurmağa hazırdır. "İraqda qarşıdan gələn parlament seçkilərinin nəticələri nə olacaq, necə qarşılanacaq və istədikləri dəyişiklikləri edə biləcəklərmi?" kimi suallar bu ölkənin düşüncələrini məşğul edən mövzulardır.

Liviyada daha bir kütləvi məzarlıq tapılıb

Liviyanın Tarhuna şəhəri ərazisində 12 cəsədin olduğu daha bir kütləvi məzarlıq tapılıb.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Liviyanın aidiyyatı qrumları məlumat veriblər.

İtmiş şəxləsrin axtarışı ilə məşğul olan Liviya dövlət qurumu ötən gün ölkənin qərbində Tarhuna şəhərinin zibilliyi ərazisində 12 cəsədin olduğu kütləvi məzarlığın aşkarlandığını bildirib.

Sosial şəbəkələrin çökməsi dünya iqtisadiyyatına nə qədər zərər vurub?

Dünən axşam sosial şəbəkələrin çökməsi qlobal iqtisadiyyata da ziyansız ötüşməyib. NetBlocks şirkətinin hesablamalarına görə, Facebook, Instagram, Twitter və WhatsApp və Facebook Messenger-in çalışmadığı hər saat dünya iqtisadiyyatında 215 milyon dollar xərc yaradıb. Həmin şəbəkələrin 3 saat ərzində çalışmamaları dünya üçün 645 milyon dollar xərc demək idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Ayətullah Sistani İraqdakı seçkilərlə bağlı açıqlama verdi

Az.shafaqna.com xəbər verir ki, İraqın ən böyük nüfuzlu din mərcəsi, Ayətullahül Üzma Seyid Sistani yaxınlaşan seçkilərlə bağlı açıqlama verib.

Açıqlamasında o hər hansı bir namizəd və ya siyahını dəstəkləmədiyini deyən Ayətullah Sistani seçkilərə təsir etməyəcəyini önə çəkib.

Ayətullah Sistaninin ofisindən yayılan açıqlamada baş tutacaq ölkə seçkilərində hər kəsə məsuliyyətli və ağıla söykənərək iştirak etmək tövsiyə olunub.

Bu yolla siyasi böhran və təxribatların qarşısının alınacağı da açıqlama yer alıb.

Peyğəmbərin (s) vəfat günü münasibətilə İmam Əli (ə) ziyarətgahı qaraya boyandı

Az.shafaqna.com xəbər verir ki, İraqın Nəcəf şəhərində, İmam Əli (ə) ziyarətgahı İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s.ə) rehləti münasibətilə qara bayraq və parçalarla örtülüb.

Qeyd edək ki, İslam Peyğəmbəri hicri 11-ci ildə Səfər ayının 28-də vəfat etmişdir. Bu il 5 oktyabr axşamı və 6 oktyabr günü olaraq Həzrətin vəfat mərasimləri keçiriləcək.