02 October 2021

Prezident İlham Əliyev: “Qarabağın statusu olmayacaq, Paşinyanla görüşə hazıram”

"Mən  Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram”, - Azərbaycan prezidenti İlham Əliyev şənbə günü İspaniyanın  EFE agentliyinə müsahibəsində bildirib. O, Azərbaycan rəhbərliyilə görüşə hazır olmaqla bağlı Yerevandan səslənən bəyanatları belə şərh edib.

İran Bəhreyndə İsrail səfirliyinin açılmasına münasibət bildirib

“Şübhəsiz Təl-Əvivin bölgə və Bəhreyn üçün edəcəyi ərməğan təhlükə və sabitsizlikdir.”

Mehr agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan rəsmi tvitter səhifəsində yazıb.

İsrailin xarici işlər naziri Yair Lapidin Mənaməyə səfəri və burada İsrail səfirliyinin açılışını etməsinə münasibət bildirən İran XİN rəhbəri qeyd edib ki, Təl-Əvivin region və Bəhreyn üçün gətirəcəyi ərməğan təhlükə və sabitsizlikdir.

ABŞ İrana çağırış etdi

ABŞ-ın dövlət katibi Entoni Blinken İranın Avstriya paytaxtı Vyanada keçirilən Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) ilə bağlı danışıqlara qayıda biləcəyi vaxtın məhdudiyyətsiz olmayacağını bildirib. 

Bu barədə İLNA agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Avropa, Rusiya və Çin arasında da belə anlayış mövcuddur.

DTX: Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşı həbs edilib

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər davam etdirilir.