09 September 2021

Əhməd Şah Məsudun dağıdılmış qəbrinin yeni görüntüləri yayıldı - VİDEO

Əfqanıstanın milli qəhrəmanı olan Əhməd Şah Məsudun Taliban hərəkatı tərəfindəndağıdırılmış və təhqir edilmiş qəbrinin yeni videosu yayılıb.

 

Bu barədə Fars agentliyi məlumat yayıb. 

 

Məlumatda bildirilir ki, hazırda Taliban hərəkatı Əfqanıstanın milli qəhrəmanının dəfn edildiyi Pəncşiri və onun məqbərəsini nəzarətə götürüb.

 

MTN generalının cinayət işi icraata verilib, 4 zərərçəkmiş var

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi icraata verilib.

Məhkəmə iclasına Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov sədrlik edəcək.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

İcra başçısı ilə vətəndaşlar arasında nə baş verib? - VİDEO

Sosial şəbəkələrdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla vətəndaşlar arasında baş verən gərginliklə bağlı video yayılıb. 

 

Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, hadisə rayonun Seydimli kəndində baş verib. İcra başçısı ilə görüş zamanı kənd sakinləri Vətən müharibəsi zamanı onların evlərinə dəymiş ziyanın ödənilməməsinə görə etiraz ediblər. Bundan əlavə, M. Məmmədovun onun videosunu çəkən vətəndaşlara polis vasitəsilə təzyiq etdiyi iddia edilir. 

Avqustda işıqpulu çox yazılıb? - `Azərişıq`dan iddialara cavab

Avqustda işıqpulunun digər aylarla müqayisədə həddən artıq çox yazılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəzi vətəndaşlar iddia edirlər ki, əvvəlki aylarda da kondisionerdən istifadə olunub, lakin son ayda enerji sərfiyyatı həddən artıq çox yazılıb.

 

Məsələ ilə əlaqədar "Azərişıq" ASC-dən Trend-ə bildirilib ki, avqust ayında enerji istehlakı ötən aylarla müqayisədə xeyli çox olub və vətəndaşlara iddia edildiyi kimi artıq sərfiyyat yazılması mümkün deyil:

 

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib

Sentyabrın 9-da Ermənistanın müdafiə naziri Arşak Karapetyan Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokovu qəbul edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Karapetyan görüşdə Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşdirilməsi səylərini və Qarabağdakı Rusiya sülhməramlı missiyasının rolunu yüksək qiymətləndirib.