10 June 2021

Sarkisyan ‘Paşinyanı ifşa edən’ səs yazısını açıqladığını deyir

İyunun 9-da Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan açıqlayacağını vəd etdiyi audioyazını ictimailəşdirib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Sarkisyanın sözlərinə görə, bu səs yazısı baş nazir əvəzi Nikol Paşinyanı Qarabağ tənzimləməsi məsələsində ifşa edir.

Serj Sarkisyan sözü gedən səs yazısını “Xidmətinizdəyəm” blokunun Geqarkunik vilayətində keçirilən tədbirində səsləndirib.

Hesablama Palatası hökumətin fəaliyyətini yetərli saymayıb

Hesablama Palatası “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyini yayımlayıb. Bu rəydə ötən il Azərbaycan iqtisadiyyatındakı geriləməyə qlobal səhiyyə böhranı və neft qiymətlərinin kəskin ucuzlaşmasının səbəb olduğu bildirilib. Qeyd edilib ki, bütövlükdə 2020-ci ildə neftə orta tələb göstəricisi gündə 90.5 milyon barel olmaqla, əvvəlki illə müqayisədə 10 faizə yaxın azalıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan üç iş üzrə qərarını elan edib

İyunun 10-da Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan daha üç iş üzrə qərarını elan edib.

“Emin Ələkbərov və başqaları (6 nəfər) Azərbaycana qarşı” iş üzrə Avropa məhkəməsi hesab edib ki, ərizəçilərə qarşı 5.1-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) maddə pozulub.

Məhkəmə 7 ərizəçinin hər birinə 3 min avro (cəmi 21 min avro) ödəmənilməsi barədə qərar çıxarıb. Daha 1 min avro bütün ərizəçilərin məhkəmə xərcləri üçün ödənilməlidir.

Nazir: 600-dən çox müharibə veteranına əlillik dərəcəsi verilib

"Əlillərə sosial ödənişlər təyin olunub"

“Yuxarı ətrafları amputasiya olunmuş müharibə veteranlarının son nəsil protezlərlə təminatı üçün işlər aparılır”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin kollegiya iclasında belə deyib.

Nazir bildirib ki, hazırda 25 müharibə veteranı yüksək texnologiyalı protezlə təmin edilib: “Daha 50 nəfərin isə protezlərlə təminatı prosesi yekunlaşır”.