03 June 2021

Azərbaycanda vəzifəli şəxslər aeroportda əlbəyaxa olub

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

"Report"un iyunun 2-də verdiyi xəbərə görə, hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib. A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

Şikayətçi: "Firma rəhbəri 100-ə yaxın şəxsi aldadıb"

“Bakıda “Caspian Plaza”da fəaliyyət göstərən “Go Europa” firmasının sahibi Orxan İbrahimov dələduzluq yolu ilə vətəndaşları aldadaraq topladığı pullarla birlikdə ölkədən qaçıb”.

Bunu “Toplum TV”-yə zərərçəkənlərdən biri - Rasim Abıyev deyib. 

R. Abıyev iddia edir ki, “Go Europa” firması insanları Polşada işlə təmin edəcəyi vədilə aldadıb, müştərilərin hər birindən 500 manat və daha çox pul toplayaraq məqsədli şəkildə mənimsəyib. 

Müdafiə Nazirliyi: Erməni əsgərlər Azərbaycan ərazisinə daxil olub

İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycanın Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04′30″; E 45°54′42″) coğrafi koordinatlarında mövqe tutublar.

Bu barədə iyunun 2-də Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.