01 June 2021

Rusiyadan Türkiyəyə uçuş qadağasının müddəti uzadıldı

Rusiya koronavirus infeksiyası səbəbindən Türkiyə ilə hava əlaqələrinə tətbiq etdiyi məhdudiyyətin vaxtını uzadıb.

TASS-ın iyunun 1-də verdiyi məlumata görə, koronavirusun yayılmasına qarşı aprel ayında tətbiq olunmuş qadağanın müddəti uzadılıb.

Bildirilir ki, iki ölkə arasında hava əlaqələrinin məhdudlaşdırılması rejimi iyunun 21-dək qüvvədə qalacaq. 

Rusiyada müxalifət siyasətçilərin həbsinə və təqibinə başlanılıb

Bu gün səhər Rusiya polisi müxalif siyasətçi və Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovun və onun bir neçə qohumunun evində axtarış aparıb. 

BBC-nin rus xidməti axtarışların səbəbinin məlum olmadığını bildirir. 

“Mənim Kolomna ətrafındakı bağ evimdə axtarış aparılır”, - Qudkov özünün teleqram kanalında yazıb. 

Qarabağ qazisi: Heç bir müalicə görmürəm, adi yoxlanma da olmayıb

“Övladımın sənədsiz olması məni çox narahat eləyir”

Qarabağ müharibəsində yaralanmış Turan İsgəndərov diqqətdən kənarda qaldığını deyir. Gədəbəy rayonunun Söyüdlü kənd sakini dövlət orqanlarının onun ən kiçik problemlərini belə, həll etmədiyini bildirir.

“Psixoloji problemlər yaşayıram”