04 May 2021

Uşaqlarını dördüncü mərtəbədən atmaqda suçlanan ana hakim önündə

Bakıda iki azyaşlı övladı ilə birlikdə özünü yaşadıqları binanın dördüncü mərtəbəsindən atmaqda suçlanan Nigar Cəfərova hakim önünə çıxarılıb. Ana iki azyaşlı övladını öldürməyə cəhddə ittiham olunur.

30-yaşlı Cəfərova həbsdədir. Onun intihar cəhdinin fəsadları hələ də qalır. Mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına da əl ağacının köməyi ilə gətirilmişdi.

Putin və Makron Qarabağla bağlı konkret təşəbbüslə çıxış edəcəklər

“Rusiya Prezidenti Vladimir Putin və Fransanın dövlət başçısı Emmanuel Makron tezliklə Qarabağ məsələsinin davamlı həllinə yönəlmiş konkret təşəbbüslərlə çıxış edəcəklər”.

bunu Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Armenpress” agentliyinə müsahibəsində bildirib.

O, aprelin 26-da E.Makron ilə V.Putin arasında telefon danışığının baş tutduğunu xatırladıb.