Bundan sonra Kölndə azan səsgücləndirici ilə səslənəcək

Operativ.tv-nin yaydığı məlumata görə Almaniyanın Köln şəhəri, şəhər məscidlərinə azanın səsgücləndiricilərlə yayımlamasına icazə verəcək.

Şəhər sözçüsü Katya Reyter Reuters -ə verdiyi açıqlasında, cümə günü, günorta namazı üçün azanın hər həftə 5 dəqiqə yayımlanacağını, məscidlərin və ibadət evlərində azanın səsləndirilməsinə icazə verildiyini söyləyib.

Azanın yayılmasına icazə üçün Köln məscidləri qayda olaraq müraciət etməlidir. Təşəbbüs iki illik bir zamanı əhatə edəcək, iki ilin tamamında məhdudlaşdırılacaq. Sonrakı dövrdə yenidən mövzu nəzərdən keçiriləcək.

Şəhərin meri bu qərarı alqışlayaraq, "kilsə zənglərinin səsinə əlavə olaraq, müəzzinin çağırışını da eşitsək, bu Kölndə müxtəlifliyin dəyər verildiyini və yaşadığını göstərər" deyə bildirib.

Bələdiyyə başçısı Henrietta Recker keçən həftə müəzzinin azan verməsinə icazəni hörmət əlaməti adlandırıb. Almaniyanın bir çox şəhərində xristian kilsəsinin zəngləri hər gün çalınır.

Ölkənin qərbindəki milyonluq şəhərlərdən biri olan Köln Almaniyanın ən böyük bir müsəlman icmasına və təxminən 35 məscidinə ev sahiblik edir. Müsəlmanların çoxu əslində 60 il əvvəl Türkiyədən qonaq işçi olaraq bura gəlmiş və sonralar ailələrini də gətirməklə buranın sakininə çevrilmişlər.