Əbu Ömər əl-Cəbabi ləqəbli İŞİD-çi məhv edildi

Suriya təhlükəsizlik qüvvələri uğurlu anti-terror əməliyyatı keçiriblər.

Operativ.tv Az.shafaqna.com-a istinadən xəbər verir ki, Dəra əyalətinin Təfas şəhərində keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının Cənub regionundakı iri başçılarından biri zərərsizləşdirilib.

“Əbu Ömər əl-Cəbabi” ləqəbli Mahmud Əhməd əl-Həllak adlı terrorçu xüsusi əməliyyat nəticəsində məhv edilib.

O, Yərmuk çayı hövzəsində İŞİD terror təşkilatının hərbi qanadına başçılıq edib.